Hüseyn Səfərov keçmiş naziri İFŞA ETDİ... - "Fikrət Yusifov kabinetində diz çöküb yalvardı ki..."
Sabiq maliyyə naziri Fikrət Yusifovun bu yaxınlarda həbs eilmiş sabiq nazir Səlim Müslümov və digərləri haqqında “Yeni Müsavat” qəzetinə müsahibəsi ətrafında qalmaqal bitib-tükənmir. Belə ki, F.Yusifovun həmin müsahibəsindəki bəzi fikirləri ilə razılaşmayan keçmiş Respublika Əmanət Bankı İdarə Heyətinin sədri Hüseyn Səfərovun “Təzadlar”ın ötən sayındakı cavab-müsahibəsi vəziyyəti bir az da gərginləşdirib. O mənada ki, Fikrət Yusifov bu gün bəzi saytlarda H.Səfərova təhqiramiz cavab yazıb. “Sabiq nazirdən şok: 150 milyardı talayan bankir kimdir?” başlıqlı yazıda bildirilir ki, “…sabiq maliyyə naziri Fikrət Yusifov 1990-cı illərin ortalarında Respublika Əmanət Bankının sədri vəzifəsində çalışmış Hüseyn Səfərovun ağlasığmaz talançılıq etməsi ilə bağlı şok faktı ictimailəşdirib. O bildirib ki, H.Səfərov cəmi 1 il vəzifədə olsa da, o vaxtkı Azərbaycanın bank sistemi tarixində ən böyük talanın müəllifidir. “H.Səfərov Respublika Əmanət Bankının sədri vəzifəsində işlədiyi 1 il müddətində o vaxtın pulu ilə 150 milyard manat krediti bankın yerli filialları və ilk növbədə Səbail rayonunun Bayıl ərazisində yerləşən və onun özünə şəxsən aid olan filialda mal-qara tədarükü adı altında nağdlaşdıraraq mənimsəmişdir” deyən sabiq nazirə isə Hüseyn Səfərovun cavabı özünü çox gözlətmədi. “Təzadlar”ın əməkdaşı H.Səfərovla telefon əlaqəsi saxlayaraq 150 milyard manat məsələsinə dair mövqeyini soruşmuşdur. Müsahibimiz bunları söylədi:
- Yəqin siz də Fikrət Yusifovun bu gün özünə yaxın saytlarda mənim açıqlamalarıma cavabını oxuyub tanış olmusunuz... Göründüyü kimi, mən Fikrət Yusifovun cinayət əməllərini faktlarla ortaya qoyan müsahibəmdə nə lazımdır demişəm. Hələ deyiləsi və ortaya qoyulası şok faktlar var ki, yaxın günlərdə sənədlərlə ölkə ictimaiyyətınə təqdim edəcəyəm. Amma bu kəmsavad sabiq nazir mənim söylədiklərimə cavab vermək əvəzinə, şantaja keçərək absurd rəqəmləri söyləyir. Məsələn, o, deyir ki, guya mən Əmanət Bankın İH sədri işləyərkən 150 milyard manat pulu talamışam və bu qədər pulu kənd təsərrüfatı məqsədli kredit adı ilə kiməsə vermişəm. O dövrdə maliyyə naziri işləmiş, yaxud özünü bu vəzifəyə layiq hesab edən şəxs gərək danışığına fikir versin, əgər nəsə deyirsə, arqumenti sübutlu olmalıdır. Fikrət Yusifovun diqqətinə çatdırıram ki, ola bilər iqtisadi savadı çatmır, amma bilməlidir: 150 milyard manat o dövrün kursu ilə (1 dollar- 3900 manat) hesablayanda 38 milyon 462 min dollar vəsait edir. Bu qədər vəsaiti isə mal-qara tədarükü üçün, özü də ölkənin o dövrdəki iqtisadi vəziyyətində kiməsə kredit kimi verilə bilməzdi.
Ən azı ona görə ki, Respublika Əmanət Bankının müxbir hesabında bir manat belə sərbəst vəsait yox idisə, bu qədər pulu necə kredit kimi, özü də mal-qara tədarükünə sərf oluna bilərdi??? Əvvəla, bu keçmiş nazir belə bir rəqəm səsləndirirsə, buyursun, həmin kreditin kimin adına verilməsini və nə məqsədə verildiyini söyləsin, ortaya sənəd qoysun. Varmı belə bir adam, belə bir sənəd? Təbii ki, yoxdur. Olsaydı, o, həmin krediti almış şəxsin adını mütləq deyərdi... İkincisi, mən həmin dövrdə Respublika Əmanət Bankının Bayıl şöbəsinin müdiri idim. Heç vaxt mənim müdiri olduğum həmin bankda da 40-50 min manatdan artıq sərbəst vəsait olmayıb. Çünki həmin dövrdə infilyasiyanı yaradan Fikrət Yusifovun günahı üzündən həmin pul infilyasiya səbəbindən indiki kursla 10-12 min manat edə bilərdi. Yəni, onun söylədiklərinin hamısı yalan və böhtan xarakterli məlumatdır. Hansı ki, həmin dövrdə F.Yusifov illik kreditin illik faizini 300-350 faiz müəyyən etdirmişdi. İndi bu adam nağıl danışır. Onun yaratdığı qondarma, naşı və korrupsiyalaşmış maliyyə-bank siyasəti sayəsində həmin dövrdə aylıq infilyasiya 100 faiz idi. Bəs maliyyə naziri hara baxırdı? Krediti də ilik 300-350 faizlə verdirirdi... Fikrət Yusifov deyir ki, guya mən respublika Əmanət Bankın sədri işləyərkən (1995-ci ildə) mənim vaxtilə müdir işlədiyim filiala müfəttişlərini yoxlamaya göndərib, amma mən onları, cənab Prezidentin aforizmə çevrilmiş sözləri ilə desəm, oradan iti qovan kimi qovmuşam və yoxlamaya imkan verməmişəm... Əvvəla, Maliyyə Nazirliyinin bank filialına yoxlama göndərmək səlahiyyəti yox idi. İkincisi, əgər belə bir fakt var idisə, niyə indi yadına düşdü? Görünür, Fikrət Yusifovun daha deməli olduğu bəzi vacib və üstü açılmalı faktlar yadından çıxıb. Bu təbiidir, çünki dövlət çevrilişində iştirak edib həbsdə yatan adamın yaddaşı hardan olsun ki?! AMMA MƏN ONUN YADINA BİR NEÇƏ FAKTI SALIM, XATIRLASIN! Məsələn, 1995-ci ildə bu Fikrət Yusifov mənə rəsmi məktub yazıb xahiş etmişdi ki, Maliyyə Nazirliyinə bir "Jiquli-06" alıb hədiyyə edim. Mən təəccüblənib ona zəng edərək dedim ki, bəs bu pulu necə siləcəyik? Dedi ki, noolsun, cibindən al. Dedim, Fikrət, bəs yaxşı bu maşını neyləyirsən? Dedi ki, arvadıma mühafizəçilər tutmuşam, onlara verəcəyəm. Güldüm, dedim, a kişi, indi mən dövlətin puluna sənin həyat yoldaşının mühafizəçilərinə silim? Və dediyini etmədim... Başladı mənimlə intriqalara... Bir dəfə də mənə zəng vurub dedi ki, sənin adamların qardaşım İlham Yusifovu döyüblər. Dedim, gəlirəm yanına... Getdim, görüşdük, dedim, indi danış... Məlum oldu ki, onun qardaşını pul atdığı şərikləri əzişdirib. Və necə pərt oldusa, diz çöküb məndən yüz dəfə üzr istədi. Yalvardı ki, bu barədə heç kimə demə. Məcbur etdi ki, gedək çörək kəsək, bu məsələyə nöqtə qoyaq. Dedim, Fikrət, sənin kimi şantajçı bir adamın çörəyini kəsə bilmərəm... Bir dəfə isə, mən Respublika Əmanət Bankına təzəcə sədr təyin ediləndən sonra spiker Rəsul Quliyev məni Parlamentdəki iş yerinə dəvət etdi. Görüşdük, yaxından tanış olduq, dedi, sən Fikrət nə deyirsə, onu elə. Dedim, nəyi edim? Dedi, bizim komandamız var, Fikrət koordinatordu... Baxdım, səviyyəmi gözləyib sakitcə dedim ki, axı mən Heydər Əliyev kursunun davamçısıyam, mən sizin komandaya necə qoşulum? Axı bir də, məgər siz Heydər Əliyevin komandasında deyilsiz ki?! Baxdı, gülümsədi, dedi, Fikrət sənə lazım olan sözü deyəcək... Aradan bir-iki il keçdi, Fikrət dövlət çevrilişi cinayətinə görə həbs ediləndə artıq sözünü istintaqda deməkdə idi... İndi belə bir admla hansı dildə danışasan, bilmirəm... Fikrət Yusifovun psixi durumu yerində deyil, ona görə də ağzına gələni danışır, ağlına gələni söyləyir. Ona görə də onun himayəçilərindən xahiş edirəm, bu adamı müalicə etdirin, yazıqdır...
P.S.Yazının şərh bölümünə belə bir maraqlı məlumat yazılıb: "F.Yusifov həbs edilən zaman Ədliyyə Nazirliyinin 9 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkirdi. Onu adi məhbusların deyil, öz xahişi ilə hüquq mühafizə orqanı əməkdaşı olub cinayət əməlinə görə cəza çəkənlərin yanına yerləşdirmişdilər. Tanışım olan məhbuslardan biri deyirdi ki, onda psixi narahatlıq əmələ gəlmişdi, hər gün İƏM-nin həyətində mayallaq aşırdı...".
Maraqlı hadisədir... //tezadlar.az//
Paylaş:
Müəllif : Yazar
Tarix:13-02-2021, 09:35
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:13-02-2021, 09:35
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
29-11-2024, 12:38
Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
29-11-2024, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
29-11-2024, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |