Xanlar Vəliyevin “Tik-Tok” istinadı və Hərbi Prokurorluğun “görmədiyi” qanunsuzluqlar...
Düşmən gülləsindən qorxmayan əsgər və zabitlərimiz Hərbi Prokurorluğun “qələm”i qarşısında sındırılır.
Saytımızda dərc olunan “Xanlar Vəliyevin “DƏYİŞMƏZ HƏDƏF”İ: Hərbi prokurorluq niyə xain generalları yox, qalib əsgəri əzir?” yazısından sonra onlarla hərbçi redaksiyaya şikayət məktubu göndərərək, problemləri barədə məlumat veriblər.
Hərbçilərin sözlərinə görə, Hərbi Prokurorluq onları sözün əsl mənasında cana yığıb. Hərbi Prokurorluğun müstəntiqləri döyüşlərin gedişində yaralanaraq huşunu itirən, bu zaman üzərlərində hansı ləvazimatların olduğunu xatırlamayan hərbçilərə münasibətdə hədsiz aqressivliklə davranaraq, onlardan xəritə və silahların yerini söyləməyi tələb edirlər.
İstintaqa cəlb olunan zabit və əsgərlərin dili ilə desək, Hərbi Prokurorluqda onlara “qənimət” gözü ilə baxılır. Təsəvvür edin ki, müharibə vaxtı hansı hərbçinin videosu yayılıbsa, Hərbi Prokurorluqda ona qarşı dərhal cinayət işi açılır, düşmən qarşısında sınmayan hərbçiləri ya soğan kimi soyur, ya da həbsə göndərirlər.
Cinayət işinin başlanmasına əsas yaradan hallardan biri də sosial şəbəkələrdə paylaşılan məlumatlardır. Məsələ ondadır ki, Xanlar Vəliyevin rəhbərlik etdiyi Hərbi Prokurorluq həmin “əsas”ları sanballı mətbautdan yox, hər kəsin qeyri-ciddi platforma kimi gördüyü “Tik-Tok”dan əldə edir. Əslində, bu da özünəməxsus göstəricisidir. Keçək konkret faktlara.
Hərbi Prokurorluqda ölkə prezidenti tərəfindən 3 medalla təltif edilən zabit barəsində cinayət işi açılıb. Adının çəkilməsini istəməyən zabit bildirir ki, müharibənin gedişində ayağından yaralanıb, hazırda mülki xəstəxanada müalicə alır.
Ancaq Hərbi Prokurorluqdan zəng edib deyiblər ki, bu, cinayət əməlidir, sən gedib xidmət etməlisən. Bütün sənədləri qaydasında olsa da, Hərbi Prokurorluq zabitə xəstəxanada rahat müalicə almağa imkan vermir.
Xatırlayırsızsa, 2017-ci ildə məlum “Casus qalmaqalı” vüsət alanda da Hərbi Prokurorluq istintaqa cəlb edilmiş çox sayda hərbçinin həyatını cəhənnəmə çevirmişdi. Hətta bir neçə hərbçi saxlanılarkən və ya istintaq zamanı işgəncəyə məruz qalaraq, öldürülmüşdü. Daha sonra həmin hərbçilərin ailələrinə onların günahsızlıqlarını təsdiqləyən bəraət sənədləri göndərilmişdi. O vaxt hərbçilərə qarşı həyata keçirilən bu total repressiyanın başında artıq xidmətdən azad edilmiş general-mayor Ramin Əsgərov və Xanlar Vəliyevin müavini Şəfayət İmranovun dayandığı bildirilirdi.
“Təmizlik əməliyyatı”ndan daha çox Ordunun sındırılması planına bənzəyən bu “Casus qalmaqalı” zamanı hərbçilərdən ümumilikdə bir neçə milyon manat rüşvət alınaraq, “adları siyahı”dan çıxarılıb. İndi sual yaranır, ölkəni silkələyən belə böyük miqyaslı rəzalətdən Xanlar Vəliyevin xəbəri olmayıb?
“Casus qalmaqalı”nda adı keçən hərbçilərdən bir neçəsinin vəkili ilə söhbət zamanı mənə bildirdi ki, Hərbi Prokurorluğun müstəntiqləri “ittiham” olunan hərbçilərin adının “siyahı”dan çıxarılması üçün konkret məbləğdə rüşvət tələb edirdilər. Tələb olunan rüşvətin minimal məbləği isə 70 min manat idi.
5 gün sonra Azərbaycanın hərbi prokuroru təyin edilməsinin 16 ili tamam olacaq Xanlar Vəliyevin tabeliyindəki kadrların bu qanunsuz əməllərindən xəbərsiz olması qətiyyən inandırıcı deyil.
Adı “Casus qalmaqalı”nda hallanan hərbçilərdən birinin valideyni müstəntiqdən oğlunun “casus” olduğunu isbatlayan foto, ya da video formasında hər hansı sübut təqdim olunmasını tələb edib. Müstəntiq isə cavabında bildirib ki, “Xanlar müəllim tapşırıb, kimin adı çəkilibsə, hamısı içəri getməlidir”. Daha sonra elə həmin müstəntiq o valideyndən 50 min manat tələb edib. O, xüsusi qeydlə əlavə edib ki, “pul ona çatmayacaq, yuxarıya gedəcək”.
Müharibə vaxtı xalqın orduya hansı fədakarlıqla dəstək verdiyini hamı bilir, ölkədə elə fərd yoxdur ki, bu işdən kənarda qalsın, hər kəs imkanı daxilində yardım göstərirdi.
Əsgərin təminatının xalq yardımı ilə deyil, dövlətin Müdafiə Nazirliyinə ayırdığı çoxmilyardlıq vəsait hesabına qarşılanmalı olduğunu xatırladaraq, sual ünvanlayıram: Hərbi Prokurorluq döyüşən ordunun təminatını çatdıra bilməyən Müdafiə Nazirliyinin məsul şəxsləri barəsində cinayət işi açıb?
Nə edək, indi gedib bu sualları “Tik-Tok”da səsləndirək ki, Xanlar Vəliyev görsün? Döyüşən ordunun təminatını çatdıra bilməyənlərə “qaşın üstə gözün var” deməyən Hərbi Prokurorluq nədən ermənilərə qan udduran qəhrəmanlarımıza qənim kəsilib?
Erməni əsirinə şillə vuranları, onlara “Beyləqana salam” dedirdənlərin boğazına çök, ancaq başqa videolarda postlarımızın bərbad gündə olmasını, əsgərin “soyuqdan ölürük” deməsini görməzdən gəl. Bunun izahı nədir?
Hərbçilərimiz qışın bu çağında Laçında, Kəlbəcərdə sözün əsl mənasında zülm çəkirlər. Onlar “Tik-Tok”da kifayət qədər videolar yayıblar, ölkə rəhbərliyinə müraciətlər edirlər. Düşünürsüz ki, “Xanlar Vəliyev bunları niyə görmür?”, – deyə sual verəcəm? Yox, görür və şəraitsizlikdən gileylənən həmin hərbçiləri cəzalandırır. Ancaq müharibənin 3 aydır, bitməsinə baxmayaraq, o hərbçiləri modul tipli kazarmalarla təmin etməyənlər barədə heç bir ölçü götürmür.
Sizcə, niyə?
Yeni Sabah Səxavət Məmməd
Paylaş:
Müəllif : Fuad
Tarix:5-02-2021, 23:02
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:5-02-2021, 23:02
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11