Bahalaşma ilə bağlı cavabsız suallar - Nə əhalinin vəziyyəti nəzərə alınıb, nə də qanunlar...
2021-ci ilin ilk ayı yanacağın və suyun qiymətinin kəskin bahalaşması ilə yadda qaldı. Tarif Şurası yanvarın 4-də dizeli 33 faiz, Aİ-92 oktanlı benzini 10 faiz, suyun qiymətini isə 100 faiz artırdı. Hər iki qərarda tariflərin dəyişdirilməsi istehsalçı şirkətlərin gəlirlərinin artırılması, büdcədən verilən dotasiyanın azaldılması, xərclərin optimallaşdırılması və xidmətin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə izah edildi.
Amma yeni qiymətləri ödəyəcək istehlakçıların sosial vəziyyəti ilə bağlı qiymətləndirmə aparılmadı. Xüsusən, hələ də davam edən pandemiya rejiminin ölkə iqtisadiyyatına və əhalinin gəlirlərinə vurduğu ağır zərbə nəzərə alınmadı. Tarif Şurası iddia edir ki, bundan əvvəl suyun tariflərinin dəyişdirildiyi 2013-cü illə müqayisdə əhalinin gəlirləri xeyli artıb, ona görə də bahalaşma insanları yeni sosial çətinliklərlə üz-üzə qoymayacaq.
Reallıqda vəziyyət necədir, əhalinin gəlirləri doğrudan da artıbmı? Ümumiyyətlə, dəyişən tariflər “Azərsu” ASC-nin “yaralarına” məlhəm olacaqmı? Daha bir sual Tarif Şurasının qiymət artımı modelinin ölkə qanunlarına nə qədər uyğun olmasıdır.
İqtisadçı Nemət Əliyev hesab edir ki, suyun 2 dəfə bahalaşdırılması üçün əsas yoxdur, bəhanə var. Onun sözlərinə görə, əhalinin gəlirlərinin adambaşına düşən həcmi 171 manat azalıbsa, ÜDM-in adambaşına düşən məbləği isə 984 manata düşübsə, su təchizatına və tullantı sularının axıdılmasına görə xidmət haqlarının 2 dəfə artırılması haqqında çıxarılan qərar heç bir halda əsaslı sayıla bilməz:
“Orta aylıq əməkhaqqı səviyyəsi 41 manat enibsə və işsizlik səviyyəsi 49 faizdən çox yüksəlibsə, suyun bahalaşdırılması təşəbbüsü dərhal rədd edilməliydi”.
Əliyevin fikrincə, dövlət kommersiya şirkəti deyil ki, mənfəət güdə və “Azərsu” ASC kimi xərclərini normal şəkildə idarə edə bilməyən bir şirkətin bəhanələrinə istinad edib, bahalaşma qərarı verə:
“Dövlətin bundan da vacib olan sosial öhdəliyi var. Əhalinin həyat səviyyəsi daha vacibdir. Əhalinin gəlirləri azalıbsa, üstəlik də toplu halda qiymətlər artıbsa, kütləvi istehlak malı kimi suyun əlavə bahalaşdırılması prosesi mütləq durdurulmalı, ölkədə həyat səviyyəsinin daha da pisləşməsinə imkan verilməməli idi”.
İqtisadçı Rövşən Ağayev isə hesab edir ki, tariflər hesabına davamlı olaraq gəlirləri artırmaq çıxış yolu deyil – xərclərin optimllaşdırılması baş verməyincə, bu şirkətləri büdcənin boynundan endirmək mümkün olmayacaq:
“Elə götürək, vətəndaşlar üçün tarifləri qaldırmaqda “çempion” olan “Azərsu”nu. 2019-cu maliyyə ilinin nəticələrinə görə, yekun zərəri 592.5 mln. manat olub. Satışların maya dəyəri və bütün digər əməliyyat xərcləri birlikdə 800 mln. manat ətrafında dolaşıb. Ümumi gəliri 200 mln. manatdan bir az çox olub. Nəticədə 600 mln. manata yaxın əməliyyat zərəri yaranıb. İndi deyək ki, tarifləri iki dəfə artırmaqla zərərin 200 mln. manata yaxın hissəsini xalqdan çıxardınız. Bəs, hazırkı xərcləmələrlə 400 mln. manatlıq zərəri neyləyəcəksiniz? Yenə də büdcədən nasos kimi sorma davam edəcəkmi? Bəs, xərcləri optimallaşdırmaq üçün hansı tədbirlər var? Niyə Hesablama Palatası hansı xərc maddələrində mümkün şişirtmələrin olduğuna dair mövqeyini ortaya qoymasın ki? Bu qurum hansı gün üçün yaradılıb?!”
Hüquq və İnkişaf Mərkəzinin rəhbəri Hafiz Həsənov “Press Klub”a şərhində bildirdi ki, Tarif Şurası tərəfindən artıq ənənə halını almış qiymət artımları qeyri-şəffafdır və istehlakçıların hüquqlarının pozulması ilə müşayiət olunur:
“Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 8-ci maddəsinə görə, bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyri-bərabər şərtlər təklif etməməlidir. Lakin Tarif Şurası tərəfindən müəyyən edilən qiymətlər istehsalçı ilə istehlakçı arasında istehsalçının xeyrinə qeyri-bərabər vəziyyət yaradır. Həmçinin, bazarda hökmran mövqe tutan istehsalçı və icraçı ilə müqavilələr də standart xarakter daşıyır və birtərəfli qaydada daha çox istehlakçının üstün hüquqlarını nəzərdə tutur. Təbii ki, bu cür müqavilələr də özlüyündə istehlakçının hüquqlarını pozur və müqavilə bağlanmasında tərəflərin müstəqilliyi və bərabərliyi prinsipini pozur”.
Hüquqşünas hesab edir ki, bununla yanaşı, “İctimai iştirakçılıq haqqında” qanuna görə, ictimai əhəmiyyətli qərarların qəbulu proseslərində vətəndaş cəmiyyəti institutları nümayəndələrinin, ayrı-ayrı vətəndaşların, mütəxəssis və ekspertlərin iştirakı ilə ictimai müzakirələr keçirilməlidir:
“Əvvəllər olduğu kimi, indiki halda da Tarif Şurası bu cür məsələlər üzrə qərarları ictimai müzakirələr aparmadan, ictimai rəyi öyrənmədən və ciddi iqtisadi və hüquqi əsaslar gətirmədən qəbul edir. Bunlardan başqa, “Tənzimlənən qiymətlər haqqında” qanunun 4-cü maddəsinə görə, təbii inhisar subyektlərinin qiymətlərinin tənzimlənməsində onun ölkənin sosial-iqtisadi inkişafına səmərəli təsirinin təmin olunması nəzərə alınmalıdır. Lakin Tarif Şurası tərəfindən qiymətlərin tənzimlənməsində bu prinsip də nəzərə alınmır. Bu cür qiymət tənzimləmələri gəlirləri yetərli olmayan və ümumiyyətlə, gəliri olmayan əhali qruplarının sosial vəziyyətini bir qədər də pisləşdirir. Halbuki Konstitusiya ilə ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsini təmin etmək dövlətin əsas məqsədlərindən biri kimi bəyan edilib”. //PRESSKLUB.AZ//
Paylaş:
Müəllif : Yazar
Tarix:5-02-2021, 09:24
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:5-02-2021, 09:24
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:53
“BU SAXTAKARLIĞA GÖRƏ CƏZALANDIRILAN OLUBMU? “ - Sabiq deputat maraqlı rəqəmlər açıqladı
29-11-2024, 12:38
Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
29-11-2024, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
29-11-2024, 08:32