Kürdəmirdə tibb bacısı kənd sakinlərini necə aldadıb? — ŞOK TƏFƏRRÜAT
Kürdəmir rayon Mərkəzi Xəstəxanasının polikninika şöbəsində tibb bacısı işləmiş Rəna Qəniyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Rəna Qəniyeva dələduzluq, yəni etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək niyyəti ilə Kürdəmir rayonunun Sığırlı kənd sakini İlham İsmayılovun xəstəliklə pensiyaya çıxmaq istədiyini öyrəndikdən sonra onun pulunu ələ keçirtmək niyyətinə düşüb.
Rəna Qəniyeva İlham İsmayılovun etibarından sui istifadə etməklə, onu 1-ci qrup əlillik dərəcəsi alıb pensiyaya çıxardacağı barədə yalan vəd verib, aldadaraq, ilk dəfə 2017-ci ilin noyabr ayının 5-də Kürdəmir şəhəri H.Əliyev prospektində yerləşən Kürdəmir rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinin inzibati binasında sonuncudan 900 manat, daha sonra həmin ayın sonuna qədər eyni yerdə bir neçə dəfəyə 3800 manat pul alıb.
Bundan başqa o, Kürdəmir rayonunun Qaraqocalı kənd sakini Mayis Nəsibovun xəstəliklə pensiyaya çıxmaq istədiyini öyrəndikdən sonra onun xəstəkliklə pensiyaya çıxardacağı barədə yalan vəd verib. Aldatmaqla 2017-ci ilin noyabr ayının sonlarında yaşadığı Kürdəmir şəhəri Aran qəsəbəsində Mayis Nəsibovun arvadı Ağgül Nəsibovanın yanında 2400 manat alıb.
Daha sonra Rəna Qəniyeva eyni əməllə Kürdəmir sakinləri - Xalidə əsədovadan 2400, Ələz Baxşıyevdən 2500, Elbrus Əliyevdən 3400, Xankişi Eminovdan 2000, Zahid Cəlilovdan 3300 manat alaraq ələ keçirib.
Bundan başqa, Rəna Qəniyeva təkrarən Kürdəmir şəhər sakini Xalidə Əsədovanın qızı Günelin pensiyaya çıxarkən iş stajının yazılmasını istədiyini öyrənib. O, Xalidə Əsədovanın etibarından sui-istifadə etməkləqızını iş stajı ilə birlikdə xəstəliklə pensiyaya çıxardacağı barədə yalan vəd verib, aldatma yolu ilə ilk dəfə 2018-ci ilin yanvar ayının sonlarında Kürdəmir şəhəri H.Əliyev prospektində yerləşən Kürdəmir rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinin inzibati binasında sonuncudan 2000 manat, daha sonra 2018-ci ilin fevral ayının əvvəllərində eyni yerdə 800 manat pul alıb.
İstintaq orqanı tərəfindən Rəna Qəniyevanın barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.
Kürdəmir rayon Məhkəməsinin hökmü ilə Rəna Qəniyeva 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub. Onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməməsi, cəzaçəkmə müddətinin əvvəlinin 30 avqust 2019-cu il tarixdən hesablanması hökm edilib.
Rənad Qəniyevanın üzərinə Kürdəmir rayonunun ərazi hüdüdlarını tərk etməmək, yaşayış yeri olan Kürdəmir şəhəri, Aran qəsəbəsində yerləşən evi gecə saat 24.00-dan səhər saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədın məlumatlandırmaq vəzifəsinin qoyulub.
Həmçinin Rəna Qəniyevanın üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçrilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi, zərərçəkmiş şəxslərə mülki qaydada məhkəmədə iddia qaldırmaq hüquqlarının izah edilməsi qərara alınıb.
Bu hökmdən narazı qalan zərərçəkmişlər - İlham İsmayılov, Zahid Cəlilov, Mayis Nəsibov, Xalidə Əsədova, Ələz Baxşıyev vəXankişi Eminov apelyasiya şikayəti veriblər.
Apelyasiya şikayətində göstərilib ki, məhkəmə işin faktiki hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun məhkumluğunu xarakterizə edən halları kifayət qədər nəzərə almayıb və ona yungul cəza təyin edib.
Zərərçəkmişlər Kürdəmir rayon Məhkəməsinin hökmünün dəyişdirilməsini, ona azadlıqdan məhrum etmə ilə nəzərdə tutulan cəza təyin olunmasını xahiş ediblər.
Zərərçəkmişlərin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Kamil Bəşirovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətlərinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.
Qərara görə, zərərçəkmişlərin apelyasiya şikayətləri təmin olunub və Kürdəmir rayon Məhkəməsinin hökmü dəyişdirilib.
Rəna Qəniyevanın barəsində 2 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub. Onun barəsidə həbs qətimkan tədbiri seçilib və məhkəmə zalından həbs olunub.
Paylaş:
Müəllif : Yazar
Tarix:29-01-2021, 11:51
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:29-01-2021, 11:51
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01