YENİ ÜÇLÜ HƏRBİ ALYANS QURULA BİLƏR - Türkiyə - Azərbaycan - Pakistan ittifaqı
Pakistanın, Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri yanvarın 13-də İslamabadda görüşdülər, üç ölkənin dostluq-qardaşlıq və strateji əməkdaşlığından bəhs edən vacib mesajlar verdilər. Bu, üç dost və qardaş dövlətin xarici işlər nazirlərinin ikinci görüşüdür. Görüşün nəticəsində İslamabadda birgə bəyanat imzalandı, hansı ki, orada çox vacib məsələlər yer alır.
Beləliklə, Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun çoxgünlük Pakistan səfəri başa çatdı. Baş diplomatımız dost ölkədə ən yüksək səviyyələrdə qəbul olundu. Keçirilən görüşlərin, imzalanan sənədlərin, Pakistan rəhbərliyinin verdiyi bəyanatların perspektiv baxımından önəmi çox yüksəkdir. Bu arada məlum oldu ki, dost ölkə azad edilən ərazilərimizin bərpasında da həlledici rol oynayacaq.
“Pakistan və Türkiyədən olan şirkətləri işğaldan azad edilmiş torpaqlarımızın bərpasında iştirak etməyə dəvət edirəm”. Bunu İslamabadda Pakistan, Türkiyə və Azərbaycan xarici işlər nazirlərinin İkinci Üçtərəfli Görüşündən sonra keçirilən mətbuat konfransında Azərbaycanın XİN başçısı Ceyhun Bayramov deyib. “İşğal altındakı torpaqlarımızı azad edərkən sizin verdiyiniz dəstəkdən qürur duyduq. Bu torpaqlara həyat vermək və rifah gətirmək üçün sizin dəstəyinizi gözləyirik”, - deyə XİN başçısı qeyd edib.
Qeyd edək ki, Prezident İlham Əliyev “biz istəyirik ki, şəhərlərimizin və kəndlərimizin bərpasına dost ölkələrdən olan şirkətlər cəlb edilsin”, deyə müraciət etmişdi. Artıq İslamabad bərpa işlərində iştirak istəyini ifadə edib.
Bu günlərdə Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələri (HHQ) komandanı aviasiya marşalı Mücahid Anvar Xanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdə oldu və mühüm görüşlər keçirildi. Hərbi hava qüvvələri rəhbərliyinin səfəri də bu sahədə əməkdaşlığın yüksək səviyyəyə daşındığını demək imkanı yaradır.
O da məlum oldu ki, Azərbaycan və Pakistan Silahlı Qüvvələrinin gələn ildən etibarən birgə hərbi təlimlərinə start veriləcək. Bütün bunlar iki qardaş ölkənin əməkdaşlığı baxımından çox önəmlidir. Unutmayaq ki, Pakistan nüvə silahına malik yeganə müsəlman dövlətidir və bu, mühüm amildir. Qeyd edək ki, İslamabadda həmçinin Pakistan, Azərbaycan və Türkiyə XİN rəhbərlərinin üçlü zirvəsi keçirildi.
Əslində bunu “Qardaşlıq Zirvəsi” də adlandırmaq olar. Çünki Qarabağın işğaldan azad olunmasında bu üç dövlətin mövqeyi bir-birindən heç zaman fərqlənmədi, Azərbaycan iki qardaş ölkəni və xalqı daim yanında gördü. Təsadüfi deyil ki, Azərbaycanın hər yerində bu üç qardaş ölkənin bayraqları və dövlət başçılarının portretləri asılıb. Amma düşmənə göz dağı olan əməkdaşlığın davamı da arzuolunandır.
Beləliklə, üç ölkə arasında hərbi ittifaqın yaranması mümkündürmü? Ümumiyyətlə, ekspertlər İslamabad zirvəsini, Azərbaycan-Türkiyə-Pakistan əməkdaşlığını necə dəyərləndirir?
Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a şərhində öncə xatırlatdı ki, bu, Türkiyə, Azərbaycan və Pakistan xarici işlər nazirlərinin üçtərəfli əməkdaşlıq formatı çərçivəsində ikinci görüşü idi: “İlk görüş 2017-cü ildə keçirilmişdi və bu görüşdə imzalanan bəyannamə ilə iqtisadi, siyasi, humanitar və hərbi sahədə üçtərəfli əməkdaşlığın əsası qoyulmuşdu. Bu əməkdaşlığın kifayət qədər ciddi perspektivə malik olduğunu əsaslandırmaq üçün öncə bir məqama diqqət çəkmək istəyirəm: Türkiyə, Azərbaycan, Pakistan üçtərəfli əməkdaşlıq formatı yeganə formatdır ki, bu ölkələrin hər biri ayrı-ayrılıqda bir-birinə dost və qardaş münasibəti bəsləyirlər, aralarında heç bir ziddiyyət yoxdur və hər üç ölkənin xalqları bir-birinə böyük sevgi ilə yanaşırlar. İslamabadda keçirilən görüşə və imzalanan bəyannaməyə gəldikdə isə mən bu sənədin yaxın gələcəkdə ciddi bir ittifaqın ilkin hüquqi bazasını təşkil edəcəyini düşünürəm. Ola bilsin ki, format üçtərəfli deyil, 5, 6, yaxud daha çox tərəfləri bir araya gətirsin, amma təməlində Azərbaycan, Türkiyə və Pakistan birliyinin dayanacağına şübhə etmirəm”.
E.Mirzəbəyli hesab edir ki, yaxın gələcəkdə Əfqanıstan da bu prosesdə yer ala bilər: “Pakistan olduqca əlverişli coğrafi mövqeyə sahibdir. Ölkənin Əfqanıstan, İran, Hindistan və Çinlə quru sərhədləri var. Çinin 1,5, Hindistanın 1,4 milyarda yaxın, Pakistanın 208, İranın 84, Əfqanıstanın isə 38 milyon nəfər əhalisi olduğunu nəzərə alsaq, ərazinin Azərbaycan və Türkiyə istehsalçıları üçün nə qədər əlverişli olduğunu müəyyənləşdirə bilərik. Doğrudur, Pakistan-Hindistan münasibətləri iqtisadi proseslərin dinamikasına müəyyən təsir göstərə bilər. Amma beynəlxalq nəqliyyat dəhlizləri ilə bağlı məsələlərdə, bu münasibətlər hər hansı bir formada rol oynamır. Digər tərəfdən bölgədə Hindistanla rəqabətdə olan Çinin Pakistanla daha yaxın münasibətlər qurmasına imkan yaradır. Pakistanın Ərəb dənizi vasitəsi ilə Hind okeanına çıxış imkanları bu ölkənin Azərbaycan və Türkiyə üçün cazibədarlığını daha da artırır. Pakistanın Fars körfəzi ölkələrindəki enerji mənbələrinə yaxın ərazidə yerləşməsi də bu ölkənin geoiqtisadi önəmini artıran amillərdən biridir. Pakistan ərazisindən keçən nəqliyyat dəhlizləri bu ölkəni Avropa və Asiya dövlətləri ilə birləşdirir, Ərəb dənizinə çıxış imkanı isə Fars körfəzi ölkələrindən nəhəng yükdaşınmaları əlverişli edir”.
Politoloq xatırlatdı ki, Pakistan 2016-cı ildən Şimal-Cənub dəhlizinə maraq göstərir və bu sahədə Azərbaycanla əməkdaşlıq edir: “Global Firepower"in son hesabatına görə Pakistan və Türkiyənin silahlı qüvvələri dünya reytinqində 10-11-ci yerləri bölüşürlər. “Pakistan Aeronautical Complex” şirkəti aviasiya texnikalarının istehsalı üzrə son illərdə xeyli irəliləyişə nail olub. Türkiyənin isə Pilotsuz Uçuş Aparatlarının istehsalı sahəsində böyük uğurlara imza atdığını nəzərə alsaq, həmçinin Azərbaycan müdafiə sənayesinin inkişaf perspektivlərini də diqqətdən qaçırmasaq, üç ölkənin hərbi sahədəki əməkdaşlığının ciddi nailiyyətlərə yol aça biləcəyini deyə bilərik. Qeyd edim ki, Türkiyə, Pakistan və Azərbaycan silahlı qüvvələri “Global Firepower”in reytinq göstəricilərini müəyyənləşdirən 50 istiqamət üzrə bir-birilərini tamamlayırlar və bu üç ölkənin birlikdə olan hərbi potensialı onları dünya reytinqinin ilk pillələrinə, ən pis halda ilk beşliyə çıxara bilər. Pakistanın nüvə silahına sahib olması isə şübhəsiz ki, bu hərbi əməkdaşlığın təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Bütövlükdə isə, Türkiyə, Azərbaycan, Pakistan üçtərəfli formatının daha ciddi əməkdaşlıq müstəvisinə keçməsi perspektivi bu ölkələrin liderlərinin siyasi iradəsini ifadə etməklə yanaşı, həm də Türkiyə, Azərbaycan, Pakistan xalqlarının arzusudur. Bu, çox önəmli faktordur və hazırda dünyada mövcud olan hərbi-siyasi əməkdaşlıq formatlarının heç biri bu üstünlüyə malik deyil. Digər tərəfdən, əsrin TAP adlı enerji layihəsi olduğu halda TAP - Türkiyə-Azərbaycan-Pakistan - adlı ittifaqı niyə olmasın ki?"
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu İslamabad görüşündən çıxan nəticələr barədə fikirlərini bölüşüи: “Birincisi, imzalanan bəyanatda qeyd olundu ki, Pakistan, Türkiyə və Azərbaycan bir çox ölkədə müsəlman azlıqlarlara qarşı İslamofobiya meyllərinin əleyhinədirlər. Bu bənd hər 3 dövlət üçün vacibdir. Türkiyə müxtəlif ölkələrdə, o cümlədən İsraildə, Birmada və eləcə də Avropa ölkələrində müsəlman azlıqlara qarşı təzyiqləri tənqid edir. Azərbaycanla Ermənistan arasında müharibədən sonra müəyyənləşdi ki, işğaldan azad olunan böglələrdə məscidlər dağıdılıb. Azərbaycan istəyir ki, müsəlman ölkələri məscidlərin dağıdılmasını pisləsinlər. Pakistan isə Hindistanın Kəşmir bölgəsində yerli müsəlmanlara qarşı təzyiq siyasətini pisləyir. Ona görə də Pakistanın, Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri dünyanın müxtəlif yerlərində müsəlman icmalarına qarşı törədilmiş ciddi insan haqları pozuntuları və insanlıq əleyhinə cinayətlər barədə ciddi narahatlıqlarını ifadə etdilər.
İkincisi, Pakistanın və Türkiyənin xarici işlər nazirləri bir daha Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini qeyd etdilər, o cümlədən Ankara və İslamabad Azərbaycanın işğaldan azad edilmiş ərazilərin bərpasında iştirak edəcəklərini bildirdilər. 3 ölkə arasında qarşılılıqlı investisiyalar da artacaq. Pakistan və Azərbaycan Türkiyənin Aralıq dənizi və Kipr siyasətini dəstəklədiklərini bildirdilər. Eyni zamanda Azərbaycan və Türkiyə Pakistanın Kəşmir siyasətini dəstəklədiklərini vurğuladılar. Bəyanatda qeyd edildi ki, Cammu və Kəşmir münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri çərçivəsində, sülh yolu ilə həll edilməlidir”.
E.Şahinoğlu xatırlatdı ki,Türkiyənin və Azərbaycanın xarici işlər nazirləri Pakistanın Əfqanıstanda sülh prosesini dəstəklədiklərini bildirdilər: “Xarici işlər nazirləri İslamabadda görüşərkən, Azərbaycan prezidenti Əfqanistanda səfirliyin açılması barədə qərarı imzaladı. Dördüncüsü, bəyanatda 3 ölkənin nəqliyyat, ticarət, enerji, insanlar arasındakı əlaqələr, təhsil, sosial və mədəni mübadilə, turizm və İKT sahələrində də əməkdaşlıq edəcəyi bildirildi. Beləliklə, 10 ildən sonra Azərbaycan xarici işlər naziri ilk dəfə Pakistana səfər etdi. Sonuncu səfər 2010-cu ildə olmuşdu. Azərbaycan, Pakistan və Türkiyə arasında ittifaq güclənir. Azərbaycan bu ittifaqın güclənməsində maraqlıdır. Türkiyə ilə yanaşı Pakistan Ermənistanla müharibədə Azərbaycana böyük dəstək verdi. Buna görə də Azərbaycan hakimiyyəti, siyasi dairələri və cəmiyyəti Pakistan və bu ölkənin vətəndaşlarına simpatiya ilə yanaşırlar. Pakistan Azərbaycanla müttəfiqliyi gücləndirmək istəyir. Nazirlərin görüşündən əvvəl Pakistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilirdi: ”Azərbaycan Pakistanın əzəli dostu və tərəfdaşıdır. Ölkələr tarixi, dini və mədəni əlaqələrə əsaslanan nümunəvi münasibətlərə malikdirlər"".
Politoloq təsdiqlədi ki, Pakistan işğalçı ilə müharibədə Azərbaycanı dəstəklədi: “Eyni zamanda Azərbaycan Kəşmir məsələsində Pakistanın mövqeyini nəzərə alır. İslamabad Azərbaycanın Kəşmir məsələsindəki mövqeyindən razıdır. Azərbaycan İslam Konfransı Təşkilatı çərçivəsində Kəşmirlə bağlı Təmas Qrupunun üzvüdür. Azərbaycan da digər müsəlman ölkələri kimi Kəşmir məsələsinin BMT qətnamələri çərçivəsində həllinə dəstək verir”.
“Atlas” rəhbəri qeyd etdi ki, Azərbaycanla Pakistan arasında siyasi əlaqələrin yüksək olmasına baxmayaraq, hərbi və iqtisadi əlaqələr yüksək səviyyədə deyil: “Azərbaycan Pakistandan böyük miqdarda hərbi texnika almayıb. Halbuki, belə xəbərlər yayılmışdı ki, Azərbaycan Pakistandan hərbi təyyarələr alacaq. Azərbaycan 1991-ci ildə müstəqilliyini əldə etdikdə Pakistan Azərbaycana maliyyə yardımı ayırdı. O zaman Azərbaycan kasıb dövləti idi. 30 il keçdikdən sonra Azərbaycan neft və qazın satışı hesabına milyardlarla dollar qazanc eldə etdi. Ona görə də hazırda Azərbaycanın Pakistana investisiya qoyuluşuna ehtiyacı var. İki ölkə arasında kənd təsərrüfatı sahəsində də əməkdaşlığı artırmağa ehtiyac var. Azərbaycanın Pakistanla sıx əlaqələrə baxmayaraq, rəsmi Bakı Hindistanla da münasibətlərə əhəmiyyət verir. Hindistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığı kimi Azərbaycan da Hindistanın ərazi bütövlüyünü tanıyır və bu ölkə ilə sıx iqtisadi əlaqələrə malikdir. İki ölkə arasında illik ticarət mübadiləsinin həcmi 1 milyard dollara yaxındır. Türkiyənin də Hindistanla münasibətlərində problem yoxdur. Yəni Azərbaycan-Pakistan və ya Türkiyə-Azərbaycan-Pakistan ittifaqı Hindistana qarşı yönəlməyib”.
Paylaş:
Müəllif : Fuad
Tarix:16-01-2021, 10:49
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:16-01-2021, 10:49
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti