Azərbaycanda deputatlığa keçmiş namizəd qadına təcavüz edib — ŞOK FAKTLAR
Azərbaycanda qadına təcavüz etməkdə ittiham olunan deputatlığa keçmiş namizəd, 1987-ci il təvəllüdlü Məsləhət Zərbalıbəylinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Məsləhət Zərbalıbəyli 26 dekabr 2014-cü il tarixdə Abşeron rayonunun ərazisində yerləşən “Şən” MMC-yə məxsus “Neapol” istirahət mərkəzinin motelində Fərqanə Məmmədovaya (ad və soyad şərti verilib – red.) zor tətbiq edib, öldürməklə hədələyərək onunla cinsi əlaqədə olmağa cəhd edib.
Bundan başqa, Məsləhət Zərbalıbəyli Fərqanə Məmmədovaya qarşı zor tətbiq etməklə seksual xarakterli digər zorakılıq hərəkətləri edib.
Belə ki, o, 6 yanvar 2015-ci il tarixdən 7 yanvar 2015-ci il tarixə keçən gecə Səbail rayonunun ərazisindəki “Şıxov” çimərliyində Fəqanə Məmmədovanı zorlayıb.
İstintaq sənədlərinə görə, Məsləhət Zəbalıbəyli 2014-cü ilin sentyabr ayında “instaqram” sosial şəbəkəsi vasitəsilə tanış olduğu və nikaha daxil olacağını vəd etdiyi Fərqanə Məmmədova ilə cinsi əlaqədə olmaq qərarına gəlib.
O, idarə etdiyi avtomobillə 26 dekabr 2014-cü il tarixdə, gecə saat 2 radələrində Fərqanə Məmmədovanı Bakı-Sumqayıt şossesinin 33-cü kilometrliyində yerləşən “Şən” MMC-yə məxsus “Neapol” istirahət mərkəzinin motelinə gətirib.
Bundan sonra Məsləhət Zərbalıbəyli Fərqanə Məmmədovanı avtomobildən düşürüb və əvvəlcədən sifariş verdiyi istirahət mərkəzinin 22 nömrəli otağına gətirib. Onunla zorla cinsi əlaqədə olmaq məqsədilə Fərqanə Məmmədova ilə üz və bədən nahiyəsinə zərbələr vurmaqla itələyərək çarpayının üstünə yıxıb. Saçlarını dizinin altına qoyaraq cibindən çıxardığı bıçağı boyun nahiyyəsinə dirəyib, onu öldürəcəyi ilə hədələyib.
Bu zaman sol əlinin üçüncü barmağının orta falanqasının arxa səthinə dərəcəsinə görə sağlamlığa zərər vurmayan (dərəcəsi təyin edilməyən) xəsarət yetirərək kəsib. Hədənin real və həyata keçirilə bilən olmasını nümayiş etdirən Məsləhət Zərbalıbəyli Fərqanə Məmmədovaya müqavimət göstərmək imkanından məhrum edib, onu soyundurub.
Məsləhət Zərbalıbəylinin özü də soyunduqdan sonra Fərqanə Məmmədovanın “tursik”ini çıxardarkən, onun “menstruasiya (ay başı)” olduğunu görüb, öz iradəsindən asılı olmayan səbəblərdən cinayət əməlini başa çatdıra bilməyib.
Bundan sonra Məsləhət Zərbalıbəyli cinsi ehtirasını pozğun formada təmin etmək məqsədilə Fərqanə Məmmədovaya qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.
Təqsirləndirilən şəxs Məsləhət Zərbalıbəyli öz cinayətkar niyyətinə nail olmaq məqsədilə 6 yanvar 2015-ci il tarixdə saat 22.00-da Fərqanə Məmmədova ilə Səbail rayonu, Neftçilər prospektində “Qız qalası” abidəsinin qarşısında görüşüb və onu idarə etdiyi “Rang Rover” markalı avtomobillə Bakı-Salyan şossesinin 14-cü kilometrliyində “Şıxov” çimərliyinə gətirib.
Yanvarın 7-də, gecə saat 02.00-dək olan müddət ərzində avtomobilin sağ ön oturacağında oturaraq Fərqanə Məmmədovanın etirazına və müqavimət göstərməsinə baxmayaraq zor tətbiq etməklə avtomobilin içərisində təhlükəsizlik kəmərini onun boyun nahiyyəsinə dolayaraq baş və sifət nahiyyəsinə, eləcə də bədəninin digər yerlərinə çoxsaylı zərbələr vurub.
Ona dərəcəsi təyin edilməyən sol qulaqarxası nahiyyədə təxminən 8x3,5 sm, sol gözaltı nahiyyədə təxminən 5x3,5 sm sahədə qeyri-müəyyən formalı qançır, həmçinin sağlamlığa zərərvurma dərəcəsi nəzərə alınmayan üst çənədə sağdan XVII dişin mina qatının ovxalanma tipli defekti xəsarətləri yetirib.
Avtomobildən götürdüyü biz və bıçaqla öldürməklə hədələyərək hədənin real və həyata keçirilə bilən olmasını nümayiş etdirməklə Fərqanə Məmmədovanın müqavimət göstərmək imkanından məhrum edib.
Bundan sonra Məsləhət Zərbalıbəyli Fərqanə Məmmədovanı soyundurub və özü də soyunduqdan sonra oturacağın üstündə sonuncu ilə onun iradəsi əleyhinə cinsi əlaqədə olub, zərərçəkmiş şəxsə qarşı zor tətbiq edib, öldürməklə hədələyib.
Məsləhət Zərbalıbəyli Fərqanə Məmmədovanı təkrarən zorlayıb.
İstintaq orqanı tərəfindən Məsləhət Zərbalıbəylinin barəsində Cinayət Məcəlləsinin 29,149.2.4-cü (zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla zorlamağa cəhd), 149.2.4-cü (zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla zorlama), 149.2.5-ci (təkrar zorlama) və 150.1-ci (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) maddələri ilə ittiham elan olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Məsləhət Zərbalıbəyli 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin 23 oktyabr 2017-ci il tarixdən hesablanması hökm edilib.
Hökmdən narazı qalan Məsləhət Zərbalıbəylinın vəkilləri apelyasiya şikayəti verib. Vəkillər müdafiə etdiyi şəxsin əməlində cinayət tərkibinin olmadığını qeyd ediblər, onun barəsində bəraət hökmünün çıxarılmasının istəyiblər.
Bakı Apelyasiya Məhkəməsinin 1 oktyabr 2019-cu il tarixli qərarı ilə Məsləhət Zərbalıbəylinin ittiham olunduğu Cinayət Məcəlləsinin 29, 149.2.4, 149.2.4, 149.2.5 və 150.1-ci maddələri ilə təqsirliliyi sübuta yetirilməyib və ona bəraət verilib.
Bu qərardan narazı qalan prokuror kasasiya protesti verib. Prokuror Bakı Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, işin apelyasiya instansiya məhkəməsində yeni baxışa təyin edilməsi xahiş edib.
Prokuror qeyd edib ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq tədqiq edilməyib, əsassız olaraq zərərçəkmiş Fərqanə Məmmədovanın ifadələrinin yalan olması nəticəsinə gəlib, bu niyyətini həyata keçirmək üçün iş materiallarını yanlış təhlil etməkdən çəkinməyib.
Prokuror hesab edib ki, Məsləhət Zərbalıbəylinin Cinayət Məxəlləsinin 29,149.2.4, 149.2.4, 149.2.5 və 150.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsiri aparılan ibtidai istintaq və məhkəmə istintaqı zamanı toplanmış sübutlarla tam təsdiq olunub.
Prokurorun fikrincə, apelyasiya instansiyası məhkəməsi iş üzrə obyektiv ifadə verən zərərçəkmiş Fərqanə Məmmədovanın və onunla oxşar məzmunda ifadə verən şahidlərin ifadələrini qəbul etməməsinin səbəblərini əsaslandırmayıb.
Həmçinin zərərçəkmiş Fərqanə Məmmədova da kasasiya şikayəti verib. O, Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 oktyabr 2019-cu il tarixli hökmünün ləğv edilməsi və iş üzrə obyektiv qərar qəbul edilməsi xahiş edib.
Zərərçəkmiş bildirib ki, məhkəmə kollegiyası toplanılmış sübutlar əsasında deyil, şəxsi mülahizələr əsasında əsassız nəticəyə gəlibb, məhkəmənin müəyyən etdiyi hallar işin faktiki hallarına uyğun olmayıb, məhkəmə işi qeyri-obyektiv, birtərəfli və qərəzli şəkildə apararaq cinayət qanunun və cinayət-prosessual qanunun normalarının tələblərini pozub, bunun nəticəsi olaraq zərərçəkmiş şəxsə qarşı zorlama, seksual xarakterli digər zorakı hərəkətləri ağır cinayət törətmiş Məsləhət Zərbalıbəyliyə guya təqsirliliyinin sübuta yetirilmədiyi əsası ilə bəraət verib.
Prokurorun protesti və zərərçəkmişin şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.
Hakim Tahir Kazımovun sədrliyi ilə baş tutan iclasda araşdırma aparılıb və sonda qərar verilib. Qərara görə, prokurorun kasasiya protesti, zərərçəkmiş şəxsin kasasiya şikayəti təmin olunmayıb.
Qeyd edək ki, Zərbalıbəyli Məsləhət Hacağa oğlu 2015-ci ildə Milli Dirçəliş Hərəkat Partiyası tərəfindən 63 saylı Sabirabad birinci seçki dairəsindən millət vəkilliyinə namizəd olub. İxtisasca hüquqşünasdır.
Paylaş:
Müəllif : Yazar
Tarix:8-01-2021, 12:43
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:8-01-2021, 12:43
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti