İqtidar yeni ilə yeni media siyasəti ilə başlayır - böyük dəyişikliklər astanasında...
KİVDF-nin bazasında fəaliyyət sferası daha geniş olan yeni qurum yaradılır, Milli Məclisə təzə qanun layihəsi göndərilir, onlayn və sosial mediadakı xaotik vəziyyət tənzimlənə, vahid vəsiqə sistemi tətbiq oluna bilər; Mətbuat Şurası və media holdinq rəhbərindən açıqlamalar...
Yaxın günlərdə Azərbaycanda informasiya-kommunikasiya, medianın fəaliyyəti sahəsində geniş islahatlara start veriləcək.
APA-nın əldə etdiyi məlumata görə, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) bazasında səlahiyyətləri, fəaliyyət sferası daha geniş olan yeni qurumun yaradılması planlaşdırılır.
Bundan başqa, KİV-lərin fəaliyyətini tənzimləyən qanunvericiliyə yenidən baxılması və media ilə bağlı yeni qanunun qəbul olunması gözlənilir. Gələn ay qanun layihəsinin Milli Məclisə təqdim olunacağı bildirilir.
Əvvəllər də ekspertlər bildirirdilər ki, 2000-ci illərin əvvəlində sürətli inkişaf dövrünə qədəm qoyan media hazırda durğunluq mərhələsindədir.
Mövcud qanunvericilik yeni dövrün reallıqlarına uyğun deyil, kommunikasiya sahəsində son 20 ildə baş verən dəyişiklikləri əhatə etmir. Bu isə istər onlayn, istərsə də sosial media sahəsində xaotik vəziyyətin yaranmasına səbəb olub.
Qarşıdan gələn dövrdə həyata keçiriləcək tədbirlərin medianın inkişafına təkan verəcəyi, bu sahədə fəaliyyətin təkmilləşdirilməsinə, müasir standartların geniş tətbiqinə səbəb olacağı gözlənilir.
Nəzərə alsaq ki, media artıq ənənəvi üslubundan çıxmaqdadır, sosial media platformaları önə çıxıb, o halda dəyişikliklər də qaçılmazdır.
Dövrün nəbzinə uyğun, onunla ayaqlaşa bilən, mobil və çevik bir medianın inkişafına ehtiyac var. O baxımdan bu yeniliklər olduqca mühümdür və hamımızı əhatə edən dəyişikliklər gəlir.
Hakimiyyət və onun media üzrə yetkililəri də tendensiyanı izləyirlər, gedişatın dəyişiklikləri qaçılmaz etdiyini qəbul edirlər. İstər qanunvericilikdə, istərsə mətbuatın fəaliyyətində müasir mexanizmlərin tətbiqinə zərurət var.
“APA Group”un təsisçisi Vüsalə Mahirqızı yayılan informasiya ilə bağlı “Yeni Müsavat”a bildirdi ki, yeni ildə yeni media siyasətinə start veriləcəyi görünür. Onun sözlərinə görə, dövlətin media siyasəti ilə bağlı yeni düzənləməsi olacaq və təzə qurumun yaradılması gözlənilir: “Həmin qurumdan yeni vahid media siyasəti həyata keçirəcəyini gözləyə bilərik.
Bu məqsədlə onlayn mediaya dəstək nəzərdə tutulub-tutulmadığını deyə bilmərəm, amma indiki halda əsas məsələ sosial media analizləri, dövlət dəstəyindən daha çox, vahid konsepsiya yaradılması olmalıdır.
Burada heç də medianın vahid konsepsiya ilə idarə edilməsindən söhbət getmir. Sadəcə, bir sistem olmalıdır".
V.Mahirqızı hesab edir ki, yaranmış xaotik vəziyyətdə vahid vəsiqə sistemi tətbiq oluna bilər: “Bu, dünya ölkələrində, o cümlədən qonşu dövlətlərdə var.
Biz son dövrlərdə görə bilirik ki, müxtəlif blogerlər meydana çıxıb, sonra hərənin əlində bir press-kart, əynində gödəkçə, vəsiqəni də özü təsdiqləyir, yəni özünə vəsiqə verir, bununla media nümayəndəsi adlanır. Bu mənada vahid vəsiqə sistemi ola bilər. Qardaş Türkiyədə də medianın vahid kart sistemi mövcuddur".
V.Mahirqızının fikrincə, bu qurumların vahid normaları, qaydaları var, daha doğrusu, standartlara riayət edəndə media qurumları kimi tanınırlar:
“Hesab edirəm ki, yaranması gözlənilən yeni qurumun əsas fəaliyyəti bundan ibarət olmalıdır. Eyni zamanda media ilə məşğul olmaq standartlarını müəyyənləşdirməlidir. Yəni həmin qurum bunun əsasında fəaliyyətini qurmalıdır ki, ortadakı xaotik vəziyyət aradan qalxsın. Ancaq kimin nəyi, necə yazması, reklam siyasəti media qurumunun öz işidir.
Lori dildə desək, İqtisadiyyat Nazirliyi çörək bişirməklə məşğul olmur, yaxud Kənd Təsərrüfatı Nazirliyi əkin sahəsində necə çalışmağı müəyyən etmir. Amma illik hansı sahədə nə qədər məhsul lazımdır, bu haqda proqnozlar verir, subsidiyalar ayırır.
Belə deyək, stimullaşdırıcı dəstəyi həyata keçirir, sahibkarlıq subyekti öz işini görür. Media ilə bağlı yeni qurum da bu cür fəaliyyət göstərməlidir".
Onun sözlərinə görə, həmin yeni orqan standartları, nəzarət mexanizmlərini müəyyənləşdirməlidir: “Sonra subsidiyaların verilməsi müəyyənləşməlidir və media öz işini qurmalı, media biznesi ilə məşğul olmalıdır.
O ki qaldı dövlətin dəstəyinin olub-olmamasına, bu, onun imkanlarına, humanizm prinsiplərinə bağlı olan məsələdir.
Fikrimcə, dövlət dəstəyindən daha çox, subsidiyaların verilməsi, bu sahənin biznes mühitinə çevrilməsi üçün layihələrin stimullaşdırılmasına üstünlük vermək lazımdır. Sosial media isə tamamilə başqa siyasətdir.
Mən deyə bilmərəm ki, yaranacaq həmin qurumun bu siyasəti həyata keçirmək səlahiyyəti olacaq, ya yox... Amma sosial media ilə bağlı ciddi analitik mərkəz işləməlidir".
Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli “Yeni Müsavat”a açıqlamasında KİVDF-nin bazasında yeni yaradılacaq qurumla bağlı səhih məlumata malik olmadığını qeyd etsə də, “KİV haqqında” yeni qanuna zərurət yarandığını vurğuladı. Onun sözlərinə görə, hazırkı “KİV haqqında” Qanun müasir dövrün tələblərinə cavab vermir: “Xüsusi olaraq, qanun onlayn medianın fəaliyyətinin tənzimlənməsini əhatə etmir.
Baxmayaraq ki, “KİV haqqında” Qanunun 3-cü maddəsində göstərilir ki, internet üzərindən yayılan məlumatlar da kütəvi informasiya hesab edilir.
Amma ənənəvi mediadan fərqli olaraq, yeni medianın strukturlaşması və fəaliyyətinin tənzimlənməsi haqda qanunda aydın təsəvvürlər yoxdur.
Məsələn, qanunun ümumi anlayışlar bölməsində göstərilir ki, çap maşını ilə çoxaldılan, tirajı 100 nüsxədən çox olan, ayda bir dəfədən az olmayaraq çap edilən çap məhsulu qəzetdir.
Bu, qəzetin tərtibatı, dövrülüyü, tirajı və sair barədə təsəvvürləri müəyyən edir. Televiziya və radio yayımının tərtibatı barədə də qanunda aydın təsəvvür var. Amma onlayn media haqda bu təsəvvürlər yoxdur.
Eyni zamanda qanunun 28-ci maddəsində KİV-lərin istinad məlumatlarının - rekzivizitlərinin, ünvan, əlaqə vasitələrinin tərtibi barədə təsəvvür verilir.
Təəssüf ki, onlayn media ilə bağlı məsələlərdə bu standartlar qanunda bəlli olmur. Burada bir vacib nüansı da nəzərdən qaçırmaq olmaz: söhbət ənənəvi KİV-lərin onlayn versiyasından getmir. Misal üçün, “Yeni Müsavat” qəzetinin həm də onlayn versiyası fəaliyyətdədir və burada tərtibat qanunvericiliyə uyğundur.
Söhbət yeni medianın məhz internet üzərində qurulan, strukturlaşan formalarından, xəbər portallarından, sosial şəbəkədə yayılan onlayn televiziyalardan və sair gedir.
Onların strukturlaşdırılması, rekzivitləri, dövriyyəsi, ən əsası isə məsuliyyəti haqda aydın təsəvvür yoxdur. Bu da cəmiyyətdə çaşqınlıq yaradır.
Kimsə internet üzərində, xüsusən sosial şəbəkələrdə onlayn televiziya açır, orada istədiyini danışır, adını KİV qurumu qoyur, amma nə danışdıqları, nə strukturu, nə də məsuliyyəti qanunvericiliklə uyğunluq təşkil etmir.
Buradakı pozuntular barədə ölçü götürmək üçün konkret hüquqi baza yoxdur. Bu, KİV adından sui-istifadə halları, KİV adından manipulyasiyalar etmək üçün münbit şərait yaradır.
Qanundakı mövcud boşluqlar onlayn media sahəsində fəaliyyət göstərən peşəkarlar üçün problemlər yaradır, onların statuslarının tanınması baxımından problemlər yaradır. Amma KİV-dən neqativ məqsədləri üçün istifadə edənlər üçün şərait yaradır, onları məsuliyyətdən yayındırır, qol-qanad açmalarına şərait yaradır.
Nəzərə alaq ki, dövrümüzdə kommunikasiyanın əsası internet üzərində qurulub, internet informasiya resursları informasiya təminatında böyük paya malikdirlər, ən azı ənənəvi KİV-lər qədər paya malikdirlər".
MŞ sədrinin müavini hesab edir ki, “KİV haqqında” Qanun təcili şəkildə dəyişdirilməlidir. Bu, ictimai sifarişdir.
Onun sözlərinə görə, digər bir məqam ondan ibarətdir ki, informasiya alınması və yayılmasına aidiyyəti olan qanunların kəmiyyəti yüksəkdir: Çoxsaylı qanunların məzmununda biri digərini inkar edən maddələr var. Misal olaraq, “KİV haqqında” Qanunun 7-ci maddəsi ilə “Fövqəladə vəziyyət haqqında” Qanunun 8-ci maddəsini göstərmək olar.
Bu çoxsaylı qanunların mərkəzində “KİV haqqında” Qanun əsas rol oynamalıdır, informasiya yayımına aidiyyəti olan digər qanunlar ona uyğunlaşdırılmalıdır.
Amma indi əksinədir. “KİV haqqında” Qanunun özündə boşluqlar olduğu üçün digərlərində də problemlər ortaya çıxır. Bu ziddiyyətlər aradan qaldırılmalıdır.
Ümumiyyətlə, hesab edirəm ki, informasiyanın alınması və yayılması haqda qanunlarda yeniləşmə, uyğunlaşdırılma aparılmalıdır, vahid məcəllə hazırlanmalıdır. Söhbət ondan gedir ki, mövcud qanunda düzəlişlərə artıq yer qalmayıb.
1999-cu ildə qəbul edilən mövcud “KİV haqqında” Qanunun 62 maddəsi var, amma bu qanuna 78 dəfə düzəliş olunub. Ona görə düzəlişə yox, yeni qanunun qəbuluna ehtiyac var".
Qeyd edək ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən qəzet redaksiyalarına 2021-ci ilin I yarısı üçün maliyyə yardımının göstərilməsi ilə bağlı müsabiqə yekunlaşıb.
Bu barədə Musavat.com-a Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondundan məlumat verilib.
Bildirilib ki, “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nda müəyyən edilmiş 19 sahə üzrə keçirilmiş maliyyə yardımı müsabiqəsinə 25 qəzet redaksiyası tərəfindən sənəd təqdim edilib.
Qeyd olunub ki, müsabiqə qaydalarına əsasən müstəqil ekspertlər tərəfindən həyata keçirilmiş qiymətləndirmənin nəticələrinə uyğun olaraq 19 ictimai-siyasi qəzetin maliyyələşdirilməsi ilə bağlı qərar qəbul olunub.
Paylaş:
Müəllif : Yazar
Tarix:7-01-2021, 10:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:7-01-2021, 10:40
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01