Təhsilimiz imtahandan kəsildi: “2” - PROBLEM
2020-ci ilin mart ayından ölkədə dərslər onlayn qaydada həyata keçirilir. Dərslərin ənənəvi mühitdən onlayn qaydaya keçməsi gözlənilməz və anidən olsa da, o vaxtdan bu yana kifayət qədər vaxtımız olub. Daha doğrusu, Təhsil Nazirliyinin vaxtı olub ki, şagirdlərin problemlərini araşdırsın və həmin problemlərə uyğun həll yolları tapsın.
Lakin aylar keçməsinə baxmayaraq, şagirdlərin və valideynlərin onlayn dərslərlə bağlı əsas problemi – internet və texniki vasitələrin çatışmazlığı elə problem olaraq da qalmaqdadır. Kimin imkanı çatdısa, bu problemləri öz vəsaiti hesabına həll edə bildi, kimin də maddi imkanı olmadısa, pandemiyanın bitməsini, ənənəvi formada dərslərin davam edəcəyini gözləməkdən başqa çarəsi qalmadı.
Yəqin ki, karantin rejimində maddi gəliri daha da zəifləyən, gündəlik yemək ehtiyaclarını qarşılamaqda çətinlik çəkən ailələrin varlığı heç kəsə sirr deyil. Əlbəttə ki, belə vəziyyətdə onlayn dərslərə qoşulmaq üçün telefon, planşet kimi texniki vasitələr almaq, internet problemini həll etmək imkansızdır. Lakin həlli tapılmayan problemlərə baxmayaraq, imtahanlar qapımızı döymək üzrədir.
Bu ərəfədə 9-cu sinif şagirdlərinin buraxılış imtahanı ilə bağlı verilən qərara görə, imtahan bir mərhələdə həyata keçiriləcək. Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib ki, yeni imtahan modelinə uyğun olaraq imtahanda şagirdlərə həm açıq, həm də qapalı tipli tapşırıqlar təqdim olunacaq.
DİM-in açıqlamasında da bildirilir ki, 2021-ci ildə 9-cu siniflər üzrə buraxılış imtahanları yeni imtahan modeli əsasında bir mərhələdə həyata keçiriləcək. İmtahanda şagirdlərə tədris dili fənni üzrə 30, riyaziyyat fənni üzrə 25, xarici dil fənni üzrə 30 tapşırıq olmaqla, ümumilikdə 85 tapşırıq təqdim olunacaq. Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak edənlər üçün ümumi bal hesablanarkən, hər fənn üzrə toplanan nisbi ballar cəmlənir. Bu zaman fənlər üzrə nisbi ballar hesablandıqdan sonra 0.1-ə qədər yuvarlaqlaşdırılır.
İmtahanda toplanıla bilən maksimal ümumi bal hər fənn üzrə 100 bal olmaqla 300-dür. Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün "Abituriyent" jurnalının xüsusi buraxılışında СОVID-19 pandemiyası ilə əlaqədar xüsusi karantin qaydalarının tədris prosesinə bilavasitə təsiri nəzərə alınaraq tərtib edilmiş proqramları və yeni tapşırıq modellərinin variantları təqdim olunub.
AYNA məsələyə aydınlıq gətirmək üçün maraqlı tərəflərin və ekspertlərin fikirlərini təqdim edir.
Gədəbəy rayonu İntiqam Mahmudov adına tam orta məktəbin 9-cu sinif şagirdi Rəqsanə Musayeva deyir ki, imtahanın bir mərhələdə həyata keçirilməsi onların da ürəyincə olub, amma internet probleminə görə dərslərə qoşula bilməyən şagird yoldaşlarının işi hər bir halda çətin olacaq: “Özüm dərslərə qoşula bilmişəm. Dərslərimiz kifayət qədər yaxşı keçib, tapşırıqları etmişik. Ancaq imtahanda uğurlu nəticə göstərə bilməyim üçün onlayn dərslər kifayət etməzdi. Buna görə repetitor yanına gedirəm. Fikirləşirəm ki, imtahanı uğurla verəcəm”.
“İnterneti olmadığına görə dərslərə qoşula bilməyən, həmçinin imkanı olmadığı üçün repetitor yanına gedə bilməyən yoldaşlarımız da var. Onlar üçün yəqin ki, imtahandan keçmək çətin olacaq. Ümumilikdə isə, əsas çətinliklərdən biri də xarici dildən “listening” suallarını cavablandırmada yaşayırıq. Bunun üçün kifayət qədər praktikanın olması lazımdır. Onlayn dərslərdə isə bu, qismən mümkün oldu”, - şagird bildirir.
Valideyn Eyyub Kərimli də onlayn dərslərin qanedici olmadığından narazıdır: “Övladlarımdan biri 9-cu sinifdə, digəri isə 10-cu sinifdə oxuyur. Düzdür, onlayn dərslər keçirilir, ancaq hər iki övladım da repetitor yanına hazırlığa gedir. Sabah onlar imtahandan uğurla keçəcək, amma ona görə yox ki, onlayn dərslərdə iştirak ediblər, ona görə ki, repetitor yanına hazırlığa gediblər”.
“Mən özüm valideyn olaraq onlayn dərslərdən çox narazıyam. Bəzi müəllimlər dərslərə qoşulmurlar, rəhbərlik də buna nəzarət etmir. Xəstəlik səbəbi ilə dərsə qoşula bilməyən müəllimlər olur ki, onların dərsləri əvəzlənmir. Onsuz da dərs saatları azaldılıb, bir tərəfdən də müəllimlər laqeyd yanaşdıqda mövzular keçirilməmiş olur. Ümumilikdə onlayn dərslərə nəzarət çox zəifdir”, - valideyn vurğulayır.
Bu günlərdə Azərbaycan İnternet Formunun (AİF) rəhbəri Osman Gündüz də sosial media hesabından DİM-in buraxılış imtahanı ilə bağlı qərarına münasibət bildirib. O, əvvəlki illərdə şagirdlərin riyaziyyat fənnindən aşağı nəticələr göstərdiyinə diqqət çəkib: “Xatırlayıram ki, son 2-3 ildir, 9-cu siniflərin buraxılış imtahanlarının 1-ci mərhələsində (kurikulum) riyaziyyat fənnindən nəticələri ağlasığmaz dərəcədə aşağı səviyyədə olur. DİM-in elmi-statistik nəticələrini araşdırmaqla, mən bir neçə dəfə buna münasibət bildirmişəm. Məsələn, ötən dərs ili ölkə üzrə 50% 9-cu sinif şagirdi 1-ci mərhələdə imtahan vərəqələrini heç nə yazmadan geri qaytarmışdı. 9-cu siniflərin 50%-i sıfır bal toplamışdı. Ölkə üzrə riyaziyyat fənnindən 1-ci mərhələdə orta bal isə (%-lə) 10 bal olub. Bu, anlaşıqlı formada o deməkdir ki, klassik qiymətləndrimə ilə ölkə üzrə bütün 9-cular ötən dərs ilində riyaziyyat kurrikulumdan “2” qiymət alıblar”.
“Xatırlayıram ki, 2 il öncə də 9-cu siniflər riyaziyyat fənnindən buraxılış imtahanlarında çox bərbad nəticələr göstərmişdi. Həmin ildə 1-ci mərhələ riyaziyyat imtahanında ölkə üzrə 41% 9-cu sinif şagirdi "0" bal, 33% isə cəmi 6 bal toplamışdı (30 ballıq sistemdə). Bu isə köhnə - klassik qiymətləndirmə sistemi ilə, təxminən 74% şagirdin "2" qiymət alması anlamına gəlirdi. Təhsil naziri, xatırlayıram ki, bu nəticələri ciddi təhlil edib, riyaziyyat və informatika fənlərinin tədrisinin yaxşılaşdırılması ilə bağlı xüsusi bir əmr də imzalamışdı. İndi yeni model təklif olunub. Güman ki, bu model həm əvvəlki illərin kurikulum nəticələrinin hədsiz aşağı olması, həm də cari ildə pandemiya ilə əlaqəli təhsil sistemində yaranmış vəziyyət nəzərə alınmaqla tətbiq edilib. Güman etmək olar ki, yaranmış situasiya ilə əlaqəli hələlik adı çəkilən fənnin tədrisində ciddi keyfiyyət dəyişikliklərinə nail olmaq mümkün olmayıb. Əgər DİM-in əvvəlki illərin klassik metodunun tətbiqi baş versəydi, 9-cuların riyaziyyatdan kurikulum üzrə buraxılış qiymətlərini proqnozlaşdırmaq elə də çətin olmazdı”, - ekspert qeyd edib.
Təhsil eksperti Elvin Bədirov hesab edir ki, dövlət imtahan mərkəzinin verdiyi bu qərar ancaq pamdemiyanın yaratmış olduğu situasiya ilə əlaqədardır: “Növbəti il üçün yenidən iki mərhələli imtahan, ehtimal edirəm ki, bərpa ediləcək. Bu günü nəzərə alsaq, verilmiş qərar doğru addım olmaqla yanaşı, yerində, şəraitə uyğun hesablanmış qərardır. Bu addım təkcə şagirdlərin xeyrinə deyil, bu həm də Dövlət İmtahan Mərkəzinin xeyrinə olan addımdır, çünki mövcud hadisələrin gedişində imtahanı təşkil etmək özlüyündə çətindir, həm də müəyyən dərəcədə ictimai qınaqlarla üzləşmək anlamına gələrdi. Biz ötən tədris ilində 9-cu və 11-ci sinif şagirdlərinin xüsusi ilə buraxılış imtahanılarının hansı çətinliklər hesabına başa gəldiyini əyani gördük”.
Onlayn dərslərin keyfiyyətinin aşağı olmasının imtahan nəticələrinə nə dərəcədə təsir edəcəyinə qaldıqda, ekspertin sözlərinə görə, buraxılış imtahanını əhatə edən suallar fənlər üzrə şagirdlərin bugünə qədər aldıqları dərslərin ümumundan olmaqla mövzuları əhatə edir: “Ümumi çətinlik səviyyəsi yüksək olmayan bu sualları orta səviyyədə cavablandırmaq üçün ümumi dərslik proqramını normal səviyyədə bilmək kifayət edir. Nəzərə alsaq ki, hər fənn üzrə təşkil edilən suallar eyni zamanda 5, 6, 7, 8 və 9-cu sinifləri əhatə edir, şagirdlər müvafiq sinifləri əhatə edən sualların heç olmasa, yarısını cavablandırmaqda əziyyət çəkməməlidir”.
“Fərdi müəllim yanına və kurslara hazırlığa getmədən də sualların böyük qismini, heç olmasa, yarısını cavablandırmaq mümkündür. Həm də düşünürəm ki, pandemiya ilə əlaqədar ölkədə yaranmış vəziyyət də suallara təsir edəcək, ən azı distant təhsil dönəmini əhatə edən sualların çətinlik səviyyəsi xeyli aşağı olacaq və sayı da az ola bilər. Bu imtahan suallarını bəsit səviyyədə də olsa, cavablandıra bilməyən şagirdlər, məncə, günahı özlərində axtarsınlar, çünki ən sadə mövzuları belə, mənimsəməyən şagirdlər əlbəttə ki, imtahandan məqbul nəticə əldə edə bilməzlər”, - deyə Bədirov əlavə edir.
Paylaş:
Müəllif : Yazar
Tarix:2-01-2021, 10:39
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:2-01-2021, 10:39
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01