Erməni terrorçularını kim silahlandırır? - “Rus əsgərləri onları tərkisilah etməyəcək”
Ermənistan ordusu tam şəkildə Azərbaycan qarşısında biabırçı şəkildə məğlub olsa da, Dağlıq Qarabağda terrorçu fəaliyyətlərini dayandırmırlar.
Bir müddət öncə təxribat törədərək Azərbaycan əsgərlərini şəhid etmiş bu terrorçulara qarşı Dövlət Təhlükəsizlik Xidməti antiterror əməliyyatı apardı və 170-dək silahlı erməni zərərsizləşdirildi.
Lakin yenə də onlar meşələrdə gizlənərək terrorçuluq fəaliyyəti ilə məşğul olub 10 Noyabr sazişinə zərbə vururlar. Rusiyanın sülhməramlı adı ilə Qarabağa yerləşdirilən kontingenti isə nədənsə sülhün qorunmasında və bu terrorçuların zərərsizləşdirilməsində maraqlı görünmürlər. Dekabrın 27-də 6 nəfərdən ibarət terrorçu dəstə Hadrut istiqamətində təxribat törədiblər.
Nəticədə bir nəfər hərbi qulluqçumuz, əsgər Qənbərov Elmir Rayil oğlu şəhid olub, əsgər Əliyev Emin Süleyman oğlu isə yaralanıb. Ermənistan Müdafiə Nazirliyindən verilən məlumatda isə həmin terrorçuların “Artsax özünümüdafiə qüvvələri” olduğu qeyd edilib. Bu birbaşa Azərbaycana hüquq verir ki, onun ərazisində terrorçu fəaliyyətlə məşğul olanlara qarşı antiterror əməliyyatı keçirsin. Bunun üçün kiminləsə məsləhətləşməyə də gərək yoxdur.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Cebhe.info-ya açıqlamasında deyib ki, Azərbaycanın antiterror əməliyyatlarını genişləndirmək üçün tam şəkildə hüquqi imkanları var və bunu etməlidir:
“Azərbaycanla Ermənistan arasında gedən müharibə guya noyabrın 10-da bitib. Bundan sonra Rusiya sülhməramlı kontingenti bölgədə yerləşdirilib, halbuki mən onları sülhməramlı adlandırmazdım. Onlar özləri təxribatla məşğuldurlar, separatçılarla görüşürlər, onların “bayraqları” altında müxtəlif çıxışlar edirlər, saxta xəritələr yayımlayırlar, Kəlbəcərdə Xudavəng monastrında ermənilərin toy mərasimi təşkilinə şərait yaradırlar və s. Erməni separatçıları da həvəsləndirən məhz onlardır. Üstəgəl də bəyanatın müddəalarından biri olan erməni silahlılarının ərazidən çıxarılmasını da təmin etmirlər.
Çünki biz bir müddət əvvəl də Hadrutda antiterror əməliyyatı həyata keçirdik və 160-dan çox erməni silahlı zərərsizləşdirildi. Məlum oldu ki, həmin silahlıların yarısı Ermənistan doğumludurlar. Hazırda 6 minədək silahlı erməni terrorçusu Dağlıq Qarabağda qalmaqdadır. Onların hamısı bir nəfər kimi tərkisilah olunmayıb. Ona görə də bizə qarşı terrorlar törətməyə, əsgərlərimizi şəhid etməyə davam edirlər. Buna görə də bizim hüququmuz çatır ki, antiterror əməliyyatını genişləndirək və terrorçuları zərərsizləşdirək. Bu məsələdə Rusiya sülhməramlıları da bizim qarşımızı kəsməməlidir. Çünki ortada fakt var, onlar bizim əsgərləri öldürüblər”.
E.Şahinoğlu hesab edir ki, terrorçu ermənilərin zərərsizləşdirilməsini Azərbaycan Ordusu yerinə yetirməlidir:
“Onları kim silahlandırır? Ərzaq və digər təchizatlarla necə təmin olunurlar? Aydındır ki, rus əsgərləri onları tərkisilah etməyəcək. Bu işi biz görməliyik. Bəyanatda boşluqlar var. Təəssüf ki, biz həmin bəyanatı tələsik qəbul etmişik. Əslində bu cür məsələləri biz Moskva qarşısında ciddi şəkildə qoymalıydıq. Bu cür vəziyyətlər qaldıqca bizim problemlərimizi davamlı şəkildə artacaq. Ona görə müharibə bitsə də, antiterror əməliyyatı geniş şəkildə davam etdirilməlidir”.
Paylaş:
Müəllif : Yazar
Tarix:28-12-2020, 17:41
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:28-12-2020, 17:41
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26