Mayda əfv olmayacağı dəqiqləşdi - AÇIQLAMA
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101 illiyi ilə bağlı 28 mayda əfv sərəncamının verilib-verilməyəcəyi ilə bağlı məsələlər yenidən aktuallaşıb. Martda imzalanan böyük əfvdən sonra bu ehtimallar az görünsə də, istisna edilmir.
İndiyə qədər Azərbaycan praktikasında ildə iki dəfə sərəncamın verilmədiyini düşünsək, ümidlər azdır. Müzakirələrdə yaranan əsas suallar isə, Əfv Komissiyasının iclaslarının keçirilib-keçirilmədiyi yönündədir. Adətən iclaslar olanda bu barədə mətbuata məlumat verilir. Son iki ayda isə, bu barədə mediada bir məlumat belə getməyib.
Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev “Yeni Müsavat”a açıqlamasında komissiyasının iclaslarının keçirilmədiyini təsdiqlədi: “Hal-hazırda Əfv Komissiyasının iclasları keçirilmir. Mart ayında cənab prezident tərəfindən sərəncam imzalanıb. Bu sərəncam 431 nəfərə şamil olunub. Yaxın vaxtlarda hər hansı bir əfv sərəncamının imzalanacağını gözləmirəm. Amma bir daha qeyd etmək istəyirəm ki, əfv sərəncamını imzalamaq ölkə başçısının konstitusion səlahiyyətidir. İstənilən vaxt cənab prezident bu barədə qərar qəbul edə bilər. Lakin nəzərə alsaq ki, hazırda Əfv Komissiyasının iclasları keçirilmir. Sadəcə müraciətlərin daxil olması başlayıb. Komissiyasının iclaslarının başlanmasını və ya əfvin olacağını yaxın vaxtlar üçün real saymıram. Lakin ölkə başçısının bu hüququndan hər zaman istifadə etmək hüquqi var”.
Ə.Nuriyev Əfv Komissiyasının iclasları olmadan sərəncamın verilməsi prosedurasının olub-olmadığı yönündə sualımıza belə cavab verdi: “İndiyə qədər komissiyasının iclasları olmadan sərəncamın verildiyini açığı xatırlamıram. Komissiyada təmsil olduğum müddətdə belə bir hal olmayıb. Amma onu deyim ki, ayrıca bir şəxslə bağlı əfv sərəncamı imzalana bilər. Xatırlayırsınızsa, bir neçə il öncə bir jurnalist-Aleksandr Lapşin Azərbaycana qarşı qərəzli, böhtan xarakterli məlumatlar yayırdı. O Belarusiyadan ölkəmizə ekstradisiya olundu. Bir neçə ilə müddətinə azadlıqdan məhrum edildi və cəzasının bir hissəsini çəkdi. Çoxsaylı müraciətlərdən sonra cənab prezident onu əfv etdi. Onunla bağlı ayrıca bir sərəncam imzalandı. Son illərdə sadəcə belə bir sərəncam ağlıma gəlir. Bir qayda olaraq, komissiyasının iclasları olur, sonra sərəncam verilir. Lakin cənab prezident tərəfindən birbaşa verilməsi hüququ da var. Sadəcə köməkçi strukturlar mövcuddur”.
Əfv Komissiyasının üzvü bu ilin sonlarına qədər belə bir sərəncamın verilib-verilməyəcəyinə də toxundu: “Bunu istisna etmirəm. İlin sonuna qədər əfv sərəncamı ola bilər. Komissiyasının toplanması da istisna deyil”.
Paylaş:
Müəllif : Yazar
Tarix:15-05-2019, 09:10
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:15-05-2019, 09:10
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti