Yeni ab-havaya ayaq uydura bilməyən nazirlər... KİMDİR?
Prezident İlham Əliyev ilk dəfə ictimaiyyətə bəyan edirdi ki, yeni idarəçilik modeli gəlir, islahatlar paketi var, kadr və struktur dəyişiklikləri davam edəcək, struktur köhnəlib, yenilənməlidir. Ölkə başçısının bu anonsları quru sözdən ibarət olmadı, praktik nəticələrini görməyə başladıq.
İctimaiyyət kök salmış nazirlərin nə vaxtsa istefaya gedəcəyinə inanmırdı. Xüsusən növbədənkənar prezident seçkilərindən sonra akula – nazirlər yola salınmaqla sübut olundu ki, ölkə yeni dönəmə qədəm qoyur. Çünki dövlət rəhbəri də çoxdan onlardan qurtulmaq istəyirdi.
Bu dəyişikliklər bər-bəzək xatirinə deyil, sistematik və planlı iş aparılır. Ən əsası Qərb təşkilatlar reformaları alqışlayır, Azərbaycan hakimiyyətinin köhnə imici dəyişir.
Diqqət edin, ölkədə gərginliyi aradan qaldırıblar, proses müxalifətin xeyrinə cərəyan etdiyi halda yanvardan bəri iqtidarın arqumentləri güclənib, hətta Emin Milli hökumətin addımlarını bəyənir, hakimiyyətə xaricdən tənqidlər azalıb.
Prezidentin bu siyasi kursu inkişaf etdirəcəyini, “ağ inqilab” modelinin miqyasını genişləndirəcəyini əmlinliklə söyləmək olar.
Saat əqrəbləri geriyə işləmir. Hakimiyyət texnoloqları anlayır ki, ənənəvi idarəçiliyə qayıdış nəyin bahasına başa gələ bilər.
Bu baxımdan prezidentin komandası onun strategiyasından kənara çıxmamalıdırlar. Amma bəzi köhnə nazirlərin yerinə gələnlərin heç də hamısı özünü doğrultmurlar.
Əksinə, status – kvonu saxlayırlar, təmizləmələr aparmırlar, real addımlar atılmır.Müşahidəçilərin təhlilləri, baş verənlər, ekspertlərin analizləri belə deməyə əsas verir.
Ceyhun Bayramovun 1 ili
Reportyor.info-nun analitik şöbəsi yazırki, əhalinin hələ də daha çox şikayət etdiyi sahələr təhsil və sosial müdafiə təminatıdır. Hər iki sektora yeni və gənc nazirlər təyin olunub.
Təhsil naziri Ceyhun Bayramov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ölkənin sosial həyatında əsas sütunlara rəhbərlik edirlər.
Fəqət Elinanın intihar etdiyi, şöbə müdirlərinin rüşvətlə məşğul olduğu təhsildə C.Bayramov yerində saymaqdadır.
Bir il ərzində nəinki təhsildəki problemlər həll oldu, əksinə, daha da çoxaldı, təhsilə ictimai etibar və etimad ciddi şəkildə aşağı düşdü. Səbəb əlbəttə ki, təhsil nazirinin yanlış, naşı komandası oldu.
Diplomların tanınması ilə bağlı olan qanunsuzluq hələ də davam edir, təhsil naziri əlçatan deyil, vətəndaş, müəllim öz problemini deyə bilmir.
Təhsil Nazirliyi daxil olan şikayət və müraciətlərə baxmır, müəllimlərin və gənc tədqiqatçıların sosial müdafiəsi üçün heç bir addım atılmır.
Məktəblər ictimaiyyətə bağlıdır və baş verən xoşagəlməz hadisələr gizlədilir, həll olmur.
Ali təhsil müəssisələrinə müsabiqədən kənar qəbul qaydaları hələ də məlum deyil. Yəni kollec məzunlarının imtahansız ali məktəblərə qəbulu hələ də açıqdır.
Təhsildə hazırda həyata keçirilən islahatlar da əvvəlki illərdə əsası qoyulanlardır ki, indi də davam edir.
Yəni müəllimlərin işə qəbulu, nə direktorların işə qəbulu, nə elektron qaydada tələbə köçürülməsi, nə birinci sinifə qəbul onun fəaliyyətinin nəticəsi deyil.
Müəllimlərin imtahanla işə qəbulu hələ 2009-cu cü ildə Misir Mərdanov təhsil naziri olanda başlamışdı.
Ən maraqlısı da odur ki, Ceyhun Bayramov təhsil naziri olduğu 1 il ərzində onun rəsmi qəzet və jurnallarda təhsilə aid heç bir məqaləsi dərc edilməyib.
Halbuki bu bir il ərzində ölkə prezidenti Cənab İlham Əliyev tərəfindən təhsil sistemində çox ciddi islahatlar, qərar və sərəncamlar qəbul edilib.
Bura təhsil şöbəsi müdirlərinin pul yığımı, oliqarxlaşması, məktəb direktorlarının hərbə – zorba gəlməsi, təhsil müəssisələrini bazara çevirməsi, universitetlərdə ayaq açıb yeriyən rüşvətin daha da sürətli addımlaması daxildir.
Məktəbli Elinanın intiharı, direktorun necə bir odioz olmasının üzə çıxması göstərdi ki, C.Bayramov təhsil sahəsində bir qarış da inkişafa, islahata nail ola bilməyib, sadəcə, kosmetik dəyişiklik var, təhsilin fasad üzlükləri dəyişib.
Sahil Babayev nələri dəyişdi?
Reportyor.info-nun analitik şöbəsi yazırki, nazir Sahil Babayevin də 1 ili qaragəldi desək yanılmarıq. Nazirliyin özünüməşğulluq proqramı ilə bağlı üzə çıxan problemlər S.Babayevin gənc nazir reputasiyasını erkən zədələdi.
S.Babayevin sosial təminat sahəsində 1 il ərzində mühüm dəyişikliklər etməsi müşahidə olunmur.
“VTEK”-lər, DSMF-lər şəffalaşmayıblar, sosial ünvanlı yardımların verilməsində, əlillik dərəcələrinin təyin olunmasında problemlər qalmaqdadır.
Özünüməşğulluq proqramı isə aşkara çıxardı ki, vətəndaşlara qoca, xəstə, südsüz, balalamayan heyvanlar paylanıb, pullar silinib.
Xalqın yeni nazir Sahil Babayevdən gözləntisi ölkədə əmək qabiliyyətli əhalinin işlə təminatı, işçilərin əmək hüquqlarının müdafiəsi, əhalinin məşğulluğunun artırılması və aztəminatlı ailələlərə dövlət qayğısının gücləndirilməsi istiqamətində islahatların həyata keçirilməsidir.
Lakin nazir Sahil Babayevsələfinin izindən gedərək nazirliyin fəaliyyət istiqamətləri üzrə fundamental islahatlar aparmır.
Reportyor.info-nun analitik şöbəsi yazırki, hər iki sahənin başında gələn isə iqtisadiyyatdır. Azərbaycanda isə iqtisadiyyat naziri Şahin Mustafayevin olduğunu bəlkə də əksəriyyət bilmir, onu tanımır.
İqtisadiyyatı güclü olan dövlət hər şey qadir olsa da, iqtisadiyyat nazirimiz Ş.Mustafayev heç nəyə qadir deyil.
Onun fəaliyyəti o qədər kasad, qeyri-çəkicidir ki, cəmiyyət belə nazir olduğunu hiss etmir. Sanki bu ölkədə nazirliyin qapılarını qıfıllayıblar, Ş.Mustafayev isə Yazıçılar Birliyinin sədridir.
Halbuki, dövlət strukturlarının qol-qanadları İqtisadiyyat Nazirliyinin kötüyündən asılıdır – təhsil, səhiyyə, kəns təsərrüfatı, sosial təminat və s.
O baxımdan bu sahəyə daha işlək bir nazirin təyin olunacağı istisna deyil. Çünki prezidentin yeni idarəçilik modeli enerjili, təşəbbüskar komanda ilə işləməyi tələb edir.
İllərdir ki, iqtisadiyyat naziri olan Ş.Mustafayev isə sakit, təmkinli, hansısa humanitar sahənin komitə sədri kimi davranır.
Bir sözlə, təhsil naziri C.Bayramov, sosial müdafiə naziri S.Babayev və iqtisadiyyat naziri Ş.Mustafayev prezidentin islahat tempinə adekvat fəaliyyət göstərmirlər, prosesi axsadırlar.
O ki qaldı Ş.Mustafayevə, İqtisadiyyat Nazirliyinin əhəmiyyətli bir qurum olduğunu göstərmək üçün funksionallığının artırılmasına ehtiyac var.
Vətəndaşlar bu nazirliyin sonuncu dəfə hansı real iş gördüyünü, layihə həyata keçirdiyini xatırlamırlar. Bu nazirlik Tarif Şurası ilə tanınır və qiymət artımı ilə bağlı bədnam qərarlar verməsi ilə ad çıxarıb.
Son bir neçə ildə üç iqtisadiyyat naziri dəyişib. Yolunu həbsxanadan salan Fərhad Əliyev, onu əvəzləyən Heydər Babayev və nəhayət, indiki nazir Şahin Mustafayev arasında müqayisə aparmaq belə qüsurludur.
Onların ayrı-ayrı vaxtlarda nazirlik etdikləri bu sahədəki fəaliyyəti göz qabağındadır. F.Əliyevin dövründə inflyasiya az olsa da, H.Babayevin zamanında ölkə iqtisadi fəlakətlə üz-üzə idi.
Ş.Mustafayev isə xələflərindən fərqli olaraq sanki iqtisadiyyat naziri deyil.Hətta Babayevin vaxtında inflyasiya yüksək olsa da, yaxşı-pis, ən azından onun nazir kimi fəaliyyəti var idi.
Ş.Mustafayev isə ölkədə baş verən iki devalvasiya ilə bağlı nə jurnalistlərə açıqlama verib, nə qiymətlərin tənzimlənməsi istiqamətində tapşırıqları var.
Ümumiyyətlə, Azərbaycanda ən aktiv sahənin naziri ən passiv fəaliyyəti ilə seçilir. Əslində, bu sahəyə fəal bir kadr nazirlik etməlidir. Çünki iqtisadiyyat məmurdan fəhləyə qədər hamını maraqlandırır.
Əhalinin gözü nazirlikdə olur və operativ açıqlamalar gözləyir. Ş.Mustafayev iki devalvasiyada, susqunluq nümayiş etdirib.
Əlqərəz, adı çəkilən hər üç nazirlik hələ ki xalqın və prezidentin etimadını doğrultmurlar. Qarşıda Azərbaycanı yeni bir dövr gözləyir. Artıq əski əyyamlar getdi, İ.Əliyev ölkəni daha elə görmək istəmir.
Yanvardan sürətlənən islahatlar, xalqla təmaslar, qapı-qapı siyasəti, Mehriban xanım Əliyevanın hər bir kəsin probleminə reaksiyası, şəhərdə sökülən tarixi bina ilə bağlı tapşırıq verməsi bir daha təsdiqləyir ki, məmur-nazir korpusu tezliklə özünü toparlamalıdır, adekvat işləməlidir, bunun əks isə qapının arxasıdır…
Reportyor.info
Paylaş:
Müəllif : Yazar
Tarix:13-05-2019, 10:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:13-05-2019, 10:50
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti