Rusiyanın Azərbaycana pomidor və alma qadağası nə ilə bağlıdır? - ŞƏRH
Rusiyanin Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (Rosselxoznadzor) dekabrın 10-dan etibarən Azərbaycandan Rusiyaya pomidor və alma idxalını qadağan etdiyini açıqlayıb. Rosselxoznadzor bu qərarını idxal olunan məhsullarda Cənubi Amerika pomidor güvəsi və şərq almaqurdu aşkarlaması ilə izah edir. Qurumun açıqlamasında "bu baxımdan, fitosanitar vəziyyəti qorumaq, bu zərərvericilərin Rusiya Federasiyası ərazisinə gətirilməsinin və yayılmasının qarşısını almaq üçün Rosselxoznadzor 10 dekabr 2020-ci ildən etibarən Rusiyaya Azərbaycandan pomidor və alma idxalını qadağan etmək məcburiyyətində qalır”, - deyə qeyd olunur.
"MediaPost" xəbər verir ki, ABŞ-ın Rutgers Universitetinin professoru, iqtisadçı ekspert Qubad İbadoğlu mövzunu şərh edərkən bildirib ki, Rusiya bazarına Azərbaycandan pomidor və almanın buraxılmaması təzyiq vasitəsidir.Onun sözlərinə görə, Rusiya bazarı Azərbaycan üçün qeyri-neft məhsullarının əsas ixrac bazarıdır. Bu bazara göndərilən kənd təsərrüfatı məhsulları arasında pomidor və alma xüsusi yer tutur:
"Yalnız pomidor ixracı il ərzində Azərbaycana 150 milyon ABŞ dollarından çox gəlir gətirir. Azərbaycan iş adamları Rusiya bazarında pomidorun tədarük həcminə görə birinci yerdədir. Belə ki, Rusiyanın Federal Gömrük Xidmətinin məlumatına görə, 2019-cu ildə Azərbaycan bu ölkəyə 172,359 min ton (bu məhsulların ümumi idxalının 30,9%-i) təzə və dondurulmuş pomidor idxal edib".
Q.İbadoğlu hesab edir ki, Rusiyanın bu qərarı dekabrın 10-da Bakıda keçiriləcək hərbi paradla əlaqəlidir:
"Azərbaycan ordusu tərəfindən qənimət kimi ələ keçirilən hərbi texnikalar yalnız Rusiyanın istehsalıdır və onların paradda nümayişi Rusiya hərbi sənaye kompleksini nüfuzdan salır. Odur ki, pomidor və alma qadağasını qələbə paradının əleyhinə olan Rusiyanın cavabı kimi də qəbul etmək olar".
Paylaş:
Müəllif : Yazar
Tarix:9-12-2020, 13:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:9-12-2020, 13:07
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11