Nazirliyin ayırdığı müavinət borca yığılırmış - GİLEY
Köçürülən müavinətin bir hissəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tutulması ilə bağlı “MediaPost” redaksiyasına şikayət daxil olub.
Ulduz Məlikova adlı vətəndaşımız ailə başçısını itirməyə görə 2 övladı üçün aldığı müavinətdən cərimə məbləğinin tutulduğunu bildirib. Belə ki, vətəndaşa müavinət təyin olunduqdan sonra o, 2006-cı ildə fərdi sahibkar kimi dövlət qeydiyyatından keçib və vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) alıb. Lakin bu dövrdə heç bir sahibkarlıq fəaliyyəti göstərməyib. Bu illərdə həmçinin müavinətini almaqda davam edib və ona dövlət qurumları tərəfindən VÖEN olduğu halda müavinət almağın qanunsuz olması ilə bağlı heç bir xəbərdarlıq edilməyib. İndi isə vətəndaş vergi ödəyicisi kimi qeydiyyatdan çıxsa da, ondan bu illər ərazində verilən müavinət məbləği cərimə olaraq çıxılmağa başlayıb:
“Bu illər ərzində VÖEN-im olduğu təqdirdə müavinətin kəsiləcəyi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hər hansı bir xəbərdarlıq edilməyib. Yalnız 2020-ci ildə mənə bildirildi ki, VÖEN-i bağlatdırmadığım halda pensiyam kəsiləcək. Vergi qeydiyyatından çıxdıqdan sonra isə bu illər ərazində mənə ödənən məbləğ müavinətimdən çıxılmağa başladı. Əvvəlcə 80 AZN, daha sonra isə 120 AZN ümumi müavinət məbləğimdən tutulur”
U. Məlikova bildirib ki, hazırda 3 övladı var və heç bir yerdə işləmir: “Kəsilmələrdən sonra qalan müavinət məbləği 120 manatdır. Özüm kirayə yaşayıram. Bu məbləğ isə heç kirayə haqqını ödəməyə belə yetmir. Heç bir sahibkarlıq fəaliyyətim olmadığı və bununla bağlı mənə hər hansı bir xəbərdarlıq edilmədiyi halda müavinət məbləğimdən bu qədər cərimə məbləğinin tutulmasını doğru hesab etmirəm”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan sözügedən məsələ bağlı “MediaPost”a bildirilib ki, Məlikova Ulduz Qüdrət qızının adında 16 sentyabr 2015-ci il tarixindən 4 sentyabr 2020-ci il tarixinədək aktiv VÖEN olduğu müəyyən edilib.
Nəticədə, ailə başçısını itirməyə görə sosial müavinət formasında onun ailəsinə ödənilən vəsaitlərdə həmin dövr üzrə 3936,5 manat məbləğində artıq ödəmənin həyata keçirildiyi aşkar olunub:
“Şəxsə hər hansı sosial ödənişlər zamanı artıq vəsait ödənildiyi aşkar edildikdə həmin vəsait sonrakı dövrdə şəxsə ödənilən vəsaitdən hissə-hissə çıxılır. İki övladı hər biri ayda 80 manat olmaqla bu müavinəti alırdı və artıq ödənilmiş vəsaitin U.Məlikovanın ərizəsi ilə övladı İsmayılzadə Əsnad Fərman qızının müavinətindən hər ay 40 manat olmaqla 1 noyabr 2020-ci il tarixindən tutulmasına başlanıb.
Bununla yanaşı, U.Məlikova adında olan VÖEN-i 4 sentyabr 2020-ci il tarixindən dayandırdığından növbəti iş günündən, yəni 7 sentyabrdan onun özünün də ailə başçısını itirməyə görə sosial müavinət almaq hüququ yaranıb. Həmin gündən də ona aylıq 80 manat müavinət təyin edilib.
Nəticədə sentyabrın 23 günü üzrə 64 manat, oktyabr üzrə 80 manat, oktyabr üzrə 80 manat olmaqla, onun hesabında 224 manat müavinət vəsaiti cəmlənmiş olub. Adına aktiv VÖEN olduğu müddətdə artıq ödənilmiş vəsaitin məbləği çox olduğundan onun hesabına yığılmış həmin 224 manat da U. Məlikovanın razılığı ilə tutulub ki, borcu azalsın.
Beləliklə, 3936,50 manat borcdan 40 manat və 224 manat çıxılıb və hazırda 3672,50 manat qalıq borc mövcuddur. Lakin gələn aydan yenə də adi qaydada 40 manat (artıq ailəyə 240 manat müavinət verilir) həmin 240 manatdan tutulacaq”.
“Vətəndaşa VÖEN açdırdığı halda müavinət almasının qeyri-qanuni olması ilə bağlı heç bir xəbərdarlığın olunmaması və indi həmin pulların onun müavinətindən çıxılması nə qədər doğrudur?” sualına gəldikdə isə qurum bildirib ki, şəxs sosial müavinətin alınması üçün müraciət edərkən işlədiyi, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu barədə, yəni adına VÖEN olub-olmadığı barədə məlumat verməyə qanunla borcludur. Çıxılan məbləğin günü-gündən artması iddiası da doğru deyil”.
Paylaş:
Müəllif : Yazar
Tarix:30-11-2020, 13:52
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:30-11-2020, 13:52
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
29-11-2024, 12:38
Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
29-11-2024, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
29-11-2024, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |