Deputat Ramil Həsənin həyat yoldaşı AXTARIŞA VERİLDİ - TƏFƏRRÜAT
Azərbaycan Milli Məclisinin deputatı Ramil Həsənin həyat yoldaşı Yekaterina Həsən axtarışa verilib. Moldova hüquq-mühafizə orqanları onu atasının iradəsinə zidd olaraq, uşağı qanunsuz olaraq aparmaqda günahlandırır.
Məhkəmə Yekaterina Həsənin qızı Malikanın hər iki valideynin razılığı olmadan ölkə hüdudlarından kənara aparılmasını qadağan edib. Qız gizli şəkildə Azərbaycana gətirilib, əslində, onu oğurlayıblar. Bu 2020-ci ilin fevral ayında baş verib. Yeri gəlmişkən, əvvəllər millət vəkili Ramil Həsən diplomatik toxunulmazlığından istifadə edərək dəfələrlə onu Kişinyov nəzarətində olmayan separatçı Dnestryanı bölgəsi vasitəsilə ölkədən çıxarıb.
Polis Malikanın qaçırılması ilə əlaqədar Cinayət Məcəlləsinin 207-ci maddəsi – “Uşaqların ölkə hüdudlarından kənara qanunsuz çıxarılması” əsasında cinayət işi açıb. Moldovada bu cinayət 2 ildən 6 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Malika atası ilə birlikdə yaşamalıdır – Moldova Ədalət Məhkəməsinin hökmü belədir. Bu, ər-arvadı uşağı qanunsuz olaraq Moldovadan çıxarmağa sövq edib. Artıq bu iş bütün məhkəmə instansiyalarından keçib. Ali Məhkəmə Palatası atasını Malikanın qəyyumu təyin edərək bu məsələyə son qoydu.
Yekaterina qəyyumluq orqanları tərəfindən müəyyən olunan qızla atası arasındakı görüş cədvəlini daim pozub ki, bu da başqa bir məhkəmə istintaqına səbəb olub. Bu günlərdə hökm çıxarılıb, Yekaterina Həsən yenidən uduzub. Atasının qızı ilə telefonla əlaqə qurmaq və ya onunla görüşmək üçün bütün cəhdləri qəti imtina ilə nəticələnir. Yekaterina Həsən və onun deputat əri Malikanı tam izolyasiya ediblər.(savash.org)
Paylaş:
Müəllif : Yazar
Tarix:24-11-2020, 11:04
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:24-11-2020, 11:04
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11