“Rusiya sülhməramlıları bir müddətdən sonra Azərbaycanı tərk edəcək” - ekspert
Qarabağda Vətən müharibəsinin yekunu, Azərbaycan, Rusiya və Ermənistan arasındakı 10 noyabr razılaşması, həmçinin bundan sonrakı proseslərə dair AYNA-nın suallarını Moskvada yaşayan azərbaycanlı jurnalist, politoloq Anar Həsənov cavablandırıb.
- Anar bəy, 10 noyabr anlaşmasını siz necə dəyərləndirirsiniz?
- Bu bəyanat Azərbaycanın Ermənistan üzərində hərbi, siyasi qələbəsinin göstəricisidir. Bu bəyanatdakı bəndlər bir daha sübut edir ki, həmin sənəddə Azərbaycanın ərazi bütövlüyü tanınır. Və o bəndlər sübut edir ki, Ermənistan silahlı qüvvələri və erməni silahlıları Azərbaycan ərazisini 1 dekabra qədər tərk edir. Fikir vermisinizsə, sənəddə yazılır ki, rus sülhməramlı qüvvələrinin Azərbaycan Silahlı Qüvvələrinin Qarabağdakı təmas xəttində yerləşməsi ilə, erməni silahlı birlikləri ərazini tərk edir. Rusiya sülhməramlı qüvvələri Xocavənd, Xankəndi, Xocalı ərazisinə yerləşir. Onlar Laçına yerləşmir ki? Şuşa, Ağdam, Kəlbəcərə də yerləşmirlər. Deməli, həmin bənd bir daha ona əsas verir ki, nəinki Laçını, Kəlbəcəri, Ağdamı, eyni zamanda bütün Qarabağ ərazisini erməni qüvvələri tərk edir. Bu da bir qələbədir.
Hərçənd ki, sənəddə açıq, dəqiq göstərilməsə də, sözsüz ki, Azərbaycan Respublikasının sərhədlərini Azərbaycan hərbçiləri qorumalıdır. Bunu heç bir sənəd şübhə altına qoymur. Hərçənd ki, sənəddə bu məqam açıq-aydın göstərilməyib. Sənəddə çox məsələ açıq-aydın göstərilməyib, lakin bu, o demək deyil ki, burada Azəraycanın ərazi bütövlüyünə kimlərdəsə, hansısa dövlətlərdəsə şübhə olmalıdır. Bu şübhə ancaq müəyyən mülahizələrdə, yanaşmalarda ola bilər. Ancaq sənəd Azərbaycanın ərazi bütövlüyünü, Azərbaycan sərhədlərinin Azərbaycan əsgəri tərəfindən qorunmasını şübhə altına qoymur. O baxımdan mən bunu qələbə hesab edirəm. Bunu bütün dünya qələbə hesab edir. Sadəcə 2200 kvadratkilometr sahədə Azərbaycanın, Azərbaycan suverenliyinin tam bərkiməsi, bərqərar olması məsələsi var, bu da sözsüz ki, rus sülhməramlı qüvvələrinin Azərbaycan ərazisini tərk etməsindən sonra özünü tam parlaqlığıyla əks etdirəcək. Amma bu, bizim qələbəni şübhə altına qoymur.
- Azərbaycanda bu anlaşma ilə bağlı iki narahatlıq var: Birincisi, Rusiya sülhməramlılarının bölgəyə yerləşdirilməsi, ikincisi, Xankəndi, Xocalı, Xocavənd rayonlarının taleyi ilə bağlı qeyri-müəyyənlik. Buna sizin baxışınız necədir?
- Rus sülhməramlılarından dolayı ona görə nigaranlıq var ki, Azərbaycan tarixində rus sülhməramlıları ilə bağlı, rus hərbi birləşmələri ilə bağlı neqativ olaylar, faciələr baş verib. 1920-ci ilin aprel ayında gələn “11-ci Qızıl Ordu”, Xocalı faciəsi müqayisə edilir və desək ki, bu, belə deyil, obyektiv olmarıq. Yəni belə şübhələr var, ancaq unutmayaq ki, dövr ayrı dövrdür. Rusiyanın bu müharibədə Azərbaycanın haqq işinə uzun müddət göz yumması artıq o deməkdir ki, Rusiya Azərbaycanla dost bir ölkədir. Rusiya Azərbaycanla strateji əməkdaş olan bir dövlətdir. Və rus sülhməramlıları Azərbaycan ərazisində neqativ element deyil. Əgər Rusiya Azərbaycana bu müharibədə opponent olsaydı, o zaman Rusiya dövləti birinci gündən həmin ərazidə müəyyən hadisələr, təxribatlar törətməklə Azərbaycanın haqq işinin uzunmüddətli olmasına yol verməzdi. Rusiya regionda daimi, ənənəvi marağı olan bir dövlətdir. Rusiya regional nüfuzlu bir dövlətdir. O sarıdan Rusiya kiçik dövlətlərin asılılığının uzunmüddətli olması üçün bu siyasi manevrlərindən istifadə etməli idi.
Rus qoşunlarının Azərbaycan ərazisindən getməsi iki dəfə baş verib. Söhbət 90-cı illərdən və yaxın illərdə Qəbələ RLS-dən getməsindən gedir. İndi Azərbaycanla Rusiya arasında dostluq, əməkdaşlıq münasibətləri var. Və Azərbaycan ərazisindəki sülhməramlı qüvvə Rusiya üçün deməzdim ki, strateji bir yer deyil, sözsüz ki, Azərbaycana nəzarət etmək üçün, Azərbaycana müəyyən təzyiq etmək üçün bir vasitə kimi də sayıla bilər. Ancaq unutmayaq ki, Azərbaycan çoxvektorlu siyasətin tərəfdarıdır. Azərbaycanla Rusiya arasında çox yaxşı münasibətlər var. Bir daha qeyd edim ki, əgər bu münasibətlər olmasaydı, bu nəticə də olmazdı. Ona görə mən Rusiya sülhməramlı qüvvələrini Azərbaycanda müvəqqəti hesab edirəm və eyni zamanda hesab edirəm ki, Azərbaycan diplomatiyasının imkanları, həmçinin Azərbaycan-Rusiya münasibətləri nəticəsində həmin kontengent bir müddətdən sonra öz daimi dislokasiya məntəqələrinə gedəcək. Mənim buna şübhəm yoxdur.
O ki qaldı Xankəndi, Xocavənd və Xocalının Azərbaycan ərazisi olub-olmamasına, bunu şübhə altına qoyan heç bir bənd yoxdur. İkincisi də ki, həmin əraziyə gələn sülhməramlılar icra aparatı deyil. Onlar həmin ərazilərdə müəyyən dövlət istansiyalarının funksiyasını yerinə yetirə bilməz. Biz Abxaziya, Cənubi Osetiyadakı rus sülhməramlı qüvvələrinin və yaxud da Kosovodakı kontingentin funksiyalarına baxaq. Onlar ancaq əhalinin təhlükəzisliyini təmin etmək üçün ora gəlirlər. Ermənistan dövlətinin Azərbaycan ərazisində hər hansı bir icra işini aparmağa heç bir haqqı yoxdur, bu, mümkün olan iş deyil. Hətta, Azərbaycan ərazisi işğal altında olanda belə, orada bir xunta yaratmışdılar, hər şey xuntanın adından edilirdi. Artıq qondarma “DQR” yoxdur, Prezident demişkən, gorbagor oldu. Sülhməramlılar icra işi ilə məşğul olmur, Ermənistanın ümumiyyətlə, bu məsələyə aidiyyəti yoxdur, “DQR” yoxdur. Deməli, yeganə Azərbaycan Respublikasının icra strukturları fəaliyyət göstərir. Orada əhali yaşayırsa, təmin olunmalıdır. Erməni əhalisi orada yaşamalıdırsa, deməli, onların fəaliyyətini Azərbaycanın müəyyən istansiyaları tənzimləməlidir. Və bu, belə də olacaq. Ola bilsin, tədricən inteqrasiya baş versin, dərhal dekabrın 1-dən yox, ola bilsin, bir müddətdən sonra Azərbaycanın icra stukturlarının orada bütün prosesləri tənzimləməsi labüddür.
- Hazırda Azərbaycan ictimaiyyətini başqa bir mühüm məsələ düşündürür – Türkiyə sülhməramlılarının da bölgədə olub-olmayacağı. Rusiya rəsmiləri bunun olmayacağını deyirlər. Türkiyə tərəfi isə, hər vəchlə bu prosesdə iştirakda israrlıdır. Gedişatdan hansı nəticəni çıxarırsınız?
- Ümumiyyətlə, Rusiya ideologiyasında, düşüncəsində, Rusiya siyasi mədəniyyətində - daxili və xarici siyasətində bir “mənəm-mənəmlik” var. Fikir verirsinizsə, Böyük Vətən müharibəsinin yekdil qalibi kimi ancaq özlərini nümayiş etdirməyə çalışırlar: “Biz Berlini götürdük, biz Avropanı xilas etdik” kimi. Ameriaknın da, Avropa dövlətlərinin də sözsüz ki, rolu olub, ancaq Rusiya daha çox öz rolunu vurğulayır. “Pandemiyaya qarşı mübarizədə biz ən yaxşı dövlətik, biz ən güclü mübarizə apardıq. Avropa dağılır, Ameriakda pandemiyaya qarşı mübarizə zəifdir. Ancaq görürsünüz, biz bunun qarşısını ala bilirik”, - kimi təbliğat da aparılır. Yəni bu ideologiyada “mənəm-mənəmlik” var. Ona görə “Qafqazda kim sülh yaratdı? Rusiya yaratdı. Putin yaratdı”, - deyə cəmiyyəti inandırmağa çalışırlar. Mən düşünmürəm və qəbul etmirəm ki, Rusiya öz qapısı ağzında Türkiyə ilə Azərbaycan ərazisini platsdarma çevirə bilər. Və Rusiya ilə Türkiyə rəsmiləri bu haqda danışıq aparırlar. Ərdoğan ciddi siyasətçidir və ciddi mesajlar verir. O sarıdan Türkiyə hərbi birləşmələri Azərbaycan ərazisində bəyan etdiyi bütün işləri icra edəcək. Mən düşünmürəm ki, rus-türk hərbçiləri fəaliyyətlərini ancaq monitorinq mərkəzində məhdudlaşdıracaq. Düşünürəm, Şuşada da, Laçında da, digər Azərbaycan ərazilərində Türkiyə hərbi birləşmələri bu və ya digər formada öz funksiyalarını yerinə yetirəcəklər. Bu Azərbaycanın suveren hüququdur. Azərbaycanın bununla bağlı Türkiyə ilə ikitərəfli münasibətləri var. Yəni Azərbaycanın çox böyük bir hüquq bazası var ki, Türkiyə hərbi birləşmələrinin Azərbaycan ərazisindəki fəaliyyətini təmin edə bilsin. Ona görə də bir daha qeyd edim ki, bu siyasi ritorika Rusiyanın məhz Vladimir Putinin Qafqaza sülh gətirdiyini vurğulamaq üçün istifadə olunan ritorikadır.
- Sizin əminliyinizə rəğmən, həm Ermənistan taleyi ilə barışmış kimi görünmür, həm də Qarabağ separatçıları xam xəyallardan əl çəkmirlər – “yenidən toparlanmaq”, “öz ərazilərimizi bərpa etmək” və sair kimi iddialar səsləndirirlər.
- Bu qələbəmizi möhtəşəm, parlaq adlandırmağa tələsmirəm. Çünki, birincisi, biz dekabrın 1-ni gözləyək və bəndlərin hər üç tərəfdən yerinə yetirildiyini gözləyək. Ondan sonra biz versiya yox, mütləq fikir səsləndirə bilərik. O ki qaldı Erəmistan tərəfin bəyanatlarına, bizim Ermənistan üzərindəki qələbəmiz hələ Sovetlər İttifaqının faşist Almaniyası üzərindəki qələbəsi səviyyəsində deyil. Sözsüz ki, bu cür qələbənin əldə olunmasına bizə nüfuzlu dövlətlər də imkan verməzdi. Mən Ermənistanın tamamilə qapımızdan qovulub çıxarılması məsələsinə toxunmaq istəyirəm. Ermənistanın orada qalan 25 minlik ordusunu tamamilə məhv etmək, əsir götürmək və onları dərhal masa arxasına oturub imzalatmağa məcbur etmək bir arzudur. Amma bu arzunun gerçəkləşməsi olduqca çətindir. Çünki Azərbaycan nə Pakistandır, nə Türkiyədir, nə də başqa böyük bir regional dövlətdir ki, ancaq özü istədiyi kimi həll etsin. Gördüyümüz kimi, Rusiya bunu həyata keçirməyə bizə imkan vermədi. Hər halda Rusiyanı da başa düşmək olar, çünki Ermənistan da bir dövlətdir və Rusiya ilə müttəfiq olan bir dövlətdir. Və əgər bu hal baş versəydi, düşünürəm ki, Ermənistan bir müddətdən sonra təxribatlara əl atıb, məsələyə KTMT-ni də cəlb edə bilərdi. Madam ki, bu məsələ baş vermədi, biz Ermənistanın o 25 minlik qalan ordusunu da məhv etmədik, deməli, biz onların üzərində qələbə çaldıq, amma mənəvi olaraq sındırmamışıq. 1945-ci ildə, böyük faşizm xəstəliyinə düçar olmuş alman xalqı həm uduzdu, həm də mənəvi olaraq sındı. İndi milliyyətçilik, irqçilik, digər xalqlara nifrət siyasətini təbliğ edən Ermənistan dövləti və Ermənistan əhalisi, cəmiyyəti məğlub olub, amma mənəvi baxımdan hələ sınmayıb. Nə zaman ki, onlar mənəvi baxımdan sınacaqlar, biz bu xəstəliyi, çürük ideyanı beşiyində boğacağıq, o zaman onlar bütün iddialarında əl çəkəcəklər. Buna görə onların hələ də iddiaları var və əfsuslar olsun ki, buna böyük güclər bir növ dəstək oldu. Əlavə edim ki, onların bəyanatı məğlub olmuş tərəf kimi özlərinə verdikləri təsəllidir. Cəmiyyətlərinə mesaj ötürür, daxili auditoriya ilə manipulyasiya edirlər. Məkrli niyyətlərindən əl çəkməyəcəklər, ancaq regionda ciddi bir qələbə var və onun müəllifi bizik. Sənəd var və sənəddə imza var. Bundan başqa güclü Azərbaycan Ordusu var. Məkrli siyasətlərini yenidən həyata keçirməyə şalışsalar, yenidən Azərbaycan Ordusunun yumruğunu hiss edəcəklər.
- Minsk Qrupunun digər həmsədrləri – ABŞ və Fransa yekun anlaşmadan kənarda qaldı. Və maraqlıdır ki, baş verənlərə susqunluqla izləyirlər. Səbəb?
- Bu müqavilə və sonradan imzalan müqavilələr sübut edir ki, nə Rusiya, nə Türkiyə regiona digər dövlətləri buraxmağa razıdır. Bəyanatlar var, sözsüz ki, münaqişənin tam həll olunması ilə Minsk Qrupunun həmsədrləri məşğul olacaq, ancaq fakt faktlığında qalır ki, Rusiya da, Türkiyə də regiona Avropa və Amerikanı buraxmaq istəmir. Burada Türkiyənin uduşu oldu ki, Türkiyə yenidən regionda öz mövqelərini bərkitdi. Rusiya ənənəvi olaraq regionda qaldı, ancaq Avropa və Amerika regionda bu vacib məsələdən kənarda qaldı. Bu, Rusiya ilə Türkiyə arasında razılaşma sayəsində mümkün idi. Rusiya və Türkiyə sistemləri bənzər sistemlərdir, siyasi mədəniyyətləri bənzər olan dövlətlərdir, o sarıdan avropalı və amerikalı portnyorları bir növ autsayder etdilər. Sözsüz ki, Amerika və Avropa regiona hər cür vasitə ilə – müxalifət, cəmiyyət vasitəsilə müəyyən təsirini göstərməyə çalışacaq, amma bu müqavilənin təşəbbüskarının Rusiya olması, regionda daha da bərkiməsi onu sübut edir ki, avropalı və amerikalılar buradakı siyasi proseslərdə həlledici rolu artıq əldən verdilər.
- Azərbaycanda fikirlər var ki, bu qədər düşmənçilikdən, qan-qadadan sonra azərbaycanlıların Qarabağda ermənilərlə birgə yaşayışı mümkün deyil. Siz necə düşünürsünüz, birgə yaşayışımız mümkündürmü? Eyni zamanda, ermənilər orada yaşamağa davam edəcəklər?
- Vuruşan tərəflərdə birgə yaşayışla bağlı iradlar haqlıdır. Ancaq təcrübə göstərdi ki, 1918-ci il qırğınından sonra, 1920-ci ildə Sovet hökuməti bərqərar olduqdan sonra birgə yaşayış mümkün oldu. Bu gün də həmin o birgəyaşayış üçün orada rus hərbi kontingenti müəyyən işlər görəcək. Rus hərbi kontingentinin əsas funksiyası regionda təhlükəsizliyin təminatı və müəyyən kontaktın yaranmasına dəstək olmaqdır. Məndə Xocavənd və Füzuli rayonlarında 1991-ci ildə hərbi komendat olmuş Aleksandr İvanoviç Voloxın xatirə gündəliyi var. Həmin gündəliyə göz gəzdirirəm, məlum olur ki, rus hərbi komendaturasının əsas fəaliyyət proqramlarından biri də Tuğ və Salakətin kəndlərində yaşayan azərbaycanlı və ermənilərin birgə yaşayışının, dostluq tellərinin bərkiməsi üçün onların görüşlərini təşkil etmək idi. Düşünürəm ki, bu və buna bənzər layihələr həyata keçiriləcək ki, hər iki xalq birgə yaşamağa öyrəşsin. Bu təcrübəyə əsaslanıb mən fikirləşirəm ki, 1991-ci ildə müharibənin getdiyi qızğın dövrdə belə, rus hərbi komendaturası müəyyən formada bu fəaliyyəti aparırdı. Əslində mən də onun tərəfdarıyam ki, nə qədər ki, Ermənistan bu nifrət, irqçilik ideologiyasından əl çəkməyib və məğlub olsalar da, mənəvi sındırılmayıblar, müəyyən təsirlər olacaq.
Amma unutmayaq ki, Azərbaycan sərhədini Azərbaycan Respublikasının hərbçiləri qoruyacaq. Əraziyə silah gətirilməsi, oradakı ermənilərin beyninin zəhərlənməsi minimuma endiriləcək, Azərbaycan orada günü-gündən mövqeyini gücləndirəcək. Hər halda orada yaşayan ermənilərin müəyyən iqtisadi problemləri meydana gələcək. Region bərpa olunmalıdır. İnanıram ki, zaman-zaman bu nifrət sovuşacaq. Hələ ki bizim birgə yaşamaqdan başqa seçimimiz yoxdur. Regionda seçim tam olaraq bizdən asılı deyil, olsaydı, bu dəqiqə tamamilə ayrı mənzərə olardı. Söhbət Azərbaycan əsgərinin hələlik çəkməsinin dəymədiyi ərazidən gedir. Buna görə də düşünürəm, nə qədər ki, həmin ərazidə şərti biz diqtə etmirik və rus hərbi kontingenti var, biz birgə yaşamağa məcburuq. Seçimimiz olsaydı, birgə yaşayışı da özümüzün tam məqbul bildiyimiz formada həyata keçirərdik. Hələlik bizə təklif olunan seçimi qəbul edirik. Düşünürəm ki, orada əli Azərbaycan insanının qanına bulaşmış insanlar yaşamayacaq, Xocalı soyqırımını törədən insanlarla bağlı cinayət işi hələ bağlanmayıb, Xocalı, ümumiyyətlə, vaxtı bitməmiş bir cinayətdir. Həmin insanlar oraya qayıdıb yaşıya bilməz. Kim məcburən orduya cəlb edilibsə, yəqin ki, amnistiyaya düşəcək – söhbət Qarabağ sakinlərindən gedir. Amma hərbi cinayətləri olmuş insanlar isə, düşünürəm ki, Azərbaycan hüquq mühafizə orqanları qarşısında cavab verəcək. Amma xalqın “biz birlikdə yaşaya bilmərik” deməsi emosiyadır. Necə olur ki, Bakıda 30 min erməni yaşayır və biz yaşaya bilirik, Azərbaycan ərazisində 30 min erməni yaşadığını deyirik və onların çoxunu adbaad tanıyırıq, amma indi hansısa qoca qarı erməni və yaxud da məcburən ordu sıralarına qatılmış və bu gün də buna görə üzr istəyən erməni ilə yaşaya bilmirik?! Əvvəla, bunun üçün 3-5 il vaxt ayrılacaq, dərhal o kontakt baş verməyəcək. Zaman hər şeyi soyudur, zamana buraxaq.
Fikrimi belə yekunlaşdırmaq istəyirəm ki, noyabr ayının 10-da imzalanmış bəyanat Şərqin Qərb üzərindəki qələbəsidir. Və son illərdə ilk dəfədir ki, Şərq Qərb üzərində qələbə çalır. Mən istəmirəm, Türk dünyası, müsəlman dünyası deyim, bu, elə də diplomatik deyil, amma ümuməm Şərqin Qərb üzərində qələbəsidir. Çünki indiyədək Suriya, Liviya, İraq, Əfqanıstanda - hər yerdə Şərq Qərbə uduzur.
Paylaş:
Müəllif : Yazar
Tarix:16-11-2020, 09:32
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:16-11-2020, 09:32
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01