“Meydan TV”nin sabiq rəhbəri mövqeyini, dostları isə ona münasibətini dəyişdi
Vaxtilə hakimiyyətin siyasətinin tənqidçilərindən olmuş keçmiş bloger, “Meydan TV”nin sabiq rəhbəri Emin Milli (Abdullayev) son vaxtlar iqtidarın addımlarına pozitiv mesajlar verməkdədir.
regionxeberlericom.az-un “Yeni Müsavat”-a istinadən xəbər verir ki, sərt tənqidçilərdən olmuş E.Milli son statuslarında ölkədə gedən islahatları müsbət qiymətləndirir.
O, kənd təsərrüfatı naziri İnam Kərimovu həm Azərbaycan dövlətinə, həm Azərbaycan vətəndaşlarına, cəmiyyətimizə ən çox və keyfiyyətli xidmət edən məmurlardan biri hesab edir, “Salaam Cinema Baku” kinoteatrının yerləşdiyi tarixi abidənin sökülməsini dayandıran I vitse-prezident Mehriban Əliyevanın reaksiyasını yüksək dəyərləndirir, hətta statuslarının birində yazır ki, müxalifətin içindən ona təzyiq göstərənlər olub.
Bu da öz növbəsində dünənə qədər onunla eyni mövqedə dayananlar tərəfindən birmənalı qarşılanmır, E.Milli qınanır.
Məsələn, onun İ.Kərimovu təqdir etməsi jurnalist Xədicə İsmayıl, tarixçi Altay Göyüşov, iqtisadçı Zöhrab İsmayıl, Ramiz Yunus və başqaları tərəfindən pis qarşılanıb. Hətta jurnalist Rövşən Əliyev eyham vurub ki, Eminin bu yolu “əməkdar jurnalist”liyə gedir.
İndi çoxlarında sual doğurur ki, E.Millinin “Meydan TV”dən getməsinin arxasında nə dayanır? Son günlərdə mövqeyindəki dəyişikliklərin sirri nədədir? Hakimiyyətdən hansısa gözləntiləri varmı, yoxsa doğrudan da ölkədə gedən müəyyən siyasi-iqtisadi açılımları səmimi şəkildə müsbət hesab edir?
Bəzi müşahidəçilərin fikrincə, E.Milli tezliklə Azərbaycana qayıda bilər. Onun yeni media layihəyə başlayacağı da istisna edilmir. Hətta parlament seçkilərində iştirakını ehtimal edənlər də var.
Qeyd edək ki, E.Milli Almaniyada yaşayır. O, 2001-2002-ci illərdə Almaniyada Avropa Saarbruecken Hüquq Məktəbində oxuyub. 1999-2000-ci illərdə Bakıda Beynəlxalq Respublikaçılar İnstitutunda koordinator, 2002-2004-cü ildə Fridrix Ebert Fondunun Azərbaycan üzrə direktoru işləyib.
2002-2004-cü illərdə Avropa Şurasının Azərbaycanda siyasi məhbuslar üzrə hüquqşünası və məsləhətçisi olub.
2005-ci ildə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçki müşahidə missiyasının siyasi təhlilçisinin köməkçisi işləyib.
“Alumni Network” Gənclər Şəbəkəsinin nümayəndəsi, “ANTV” (Alumni Network TV) şəbəkəsinin təsisçilərindən biridir.
2009-cu il iyul ayının 8-də “Ol” Gənclər Hərəkatının həmtəsisçisi olan Adnan Hacızadə ilə birlikdə Bakının Səbayel rayonu ərazisində yerləşən “Lebanes” restoranında baş vermiş davada günahkar bilinib, onların barəsində Azərbaycan Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.2.1 (xuliqanlıq) maddələri ilə cinayət işi açılıb.
Cinayətdə təqsirli bilinərək Səbayel Rayon Məhkəməsinin 11 noyabr 2009-cu il tarixli qərarı ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, “Meydan TV”nin daha 3 əməkdaşının ölkədən çıxışına qadağa ləğv edilib.
Qadağası ləğv olunanlardan biri, jurnalist Aytac Əhmədova ONA-ya bildirib ki, mayın 7-də onların ölkəni tərk etmək qadağası götürülüb. Bu barədə onlara Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinin rəisi Eldar Əhmədov məlumat verib.
A.Əhmədova ilə yanaşı, Tural Əsədi və Aytən Fərhadovanın da sərhəd qadağası ləğv edilib. A.Əhmədova əlavə edib ki, bu qadağa onlara 2015-ci ildə “Meydan TV” ilə bağlı başlanmış cinayət işində şahid qismində dindirildiklərinə görə tətbiq edilib. O, qadağanın götürülməsinə görə çox şad olduğunu, amma ölkədən getmək fikrində olmadığını bildirib.
Qeyd edək ki, bundan əvvəl jurnalistlər Aynur Elgünəş, İzolda Ağayeva, Natiq Cavadlı, Səlimə Cəlilova və yazıçı Rasim Qaracanın ölkədən çıxışına qoyulan qadağa götürülmüşdü.
Paylaş:
Müəllif : Yazar
Tarix:9-05-2019, 09:30
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:9-05-2019, 09:30
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti