“Geri çəkilən ermənilər tarixi abidələrimizi qəsdən məhv edirlər” - VANDALİZM!
İşğal altındakı Azərbaycan ərazilərində Ermənistan ölkəmizin mədəni irsinin ayrılmaz hissəsi olan tarixi və mədəni abidələrin məhv edilməsi siyasətini həyata keçirir. Tanınmış memar, sənətşünaslıq doktoru, professor Elçin Əliyev Dağlıq Qarabağda və ona bitişik işğal altında olan bölgələrimizdə bu cür abidələrin vəziyyəti ilə bağlı AYNA-nın suallarını cavablandırıb.
- Azad edilmiş və hələ də işğal altında olan ərazilərdə neçə memarlıq və tarixi abidə var?
- Qarabağ ərazisində və ətrafındakı bölgələrdə, işğaldan əvvəl ölkəmizin ən azı 2500 tarix və mədəniyyət abidəsi var idi ki, bunların da 700-dən çoxu Azərbaycan memarlığı abidələridir. 2001-ci ildə təsdiqlənmiş rəsmi “Tarix və Mədəniyyətin Qorunan Abidələrinin Siyahısı”ndan alınan məlumata görə, bu ərazidə 7 dünya və 119 milli əhəmiyyətli memarlıq abidəsi var. Həmişə yazdığım və söylədiyim: bu, qəbuledilməz dərəcədə azdır. 2500 abidə arasında dünya və milli əhəmiyyətlilərin sayı yalnız 100-dən bir az çoxdur.
Bu, necə oldu? Bu, Sovet İttifaqı mərkəzi hakimiyyət orqanlarının həm kəmiyyət azalması baxımından, həm də Cənubi Qafqaz da daxil olmaqla milli respublikalardakı memarlıq abidələrinin əhəmiyyətini azaltmaq baxımından planlaşdırdığı siyasətinin nəticəsidir. Axı, rəsmi siyahımız dəqiq 1970-80-ci illərdəki bu məlumatlar əsasında tərtib edilərək, təsdiq olunub. Nəticədə, qədim memarlıq irsimizin əhəmiyyətli bir hissəsi sadəcə diqqətimizdən kənarda qalıb və heç bir şəkildə qorunmur. Bu səbəbdən cənab Prezidentin dediyi kimi, bütün ərazilərimizin azad edilməsindən sonra aidiyyəti dövlət qurumlarının ilk vəzifələrindən biri hər bir tarix və memarlıq abidəsini qeydiyyata almaq və qorunan miras siyahısına daxil etmək və onlara düzgün müvafiq status verilməsidir.
- İşğal nəticəsində memarlıq abidələrinə nə qədər ziyan dəyib?
- Böyük ziyan dəyib! Üstəlik, geri çəkilən erməni qoşunlarının tarix və mədəniyyət abidələrimizi qəsdən məhv etdikləri barədə məlumatlar var. Beləliklə, əvəzsiz irsi dəqiq bir şəkildə bərpa etmək üçün böyük və uzunmüddətli işlər görülməlidir. Təəssüf ki, 1982-ci ildə Şuşa şəhərində inşa edilmiş Molla Pənah Vaqifin türbəsi vəhşicəsinə dağıdıldı. Bu türbə simvolik olaraq şairin 1797-ci ildə edam edildiyi yerdə düzəldilmişdi. Yerli çəhrayı mərmərlə üzlənən gözəl türbə layihəsinin müəllifləri mənim müəllimlərimdir: memarlar Abdulvahab Rahim oğlu Salamzadə və Eldar İbrahimoviç Kanukov. Həm də heç vaxt asfalt yolların olmadığı qədim Şuşa şəhərini unutmaq olmaz. Onun bütün küçələrinə yerli, doğranmış açıq rəngli daş döşənmişdi. Bu daşlar gecə işıldayır, ay işığını əks etdirirdi və ona görə də heç bir küçə işıqlandırılmasına ehtiyac duyulmurdu. Təəssüf ki, bunu yalnız yerli sakinlərin danışdıqlarından bilirəm... Və bu gün Azərbaycan memarlığının incisinin bütün yolları sankı adi adsız bir qəsəbədə olduğu kimi sadəcə asfaltlanıb.
- Memarlıq irsinə qarşı cinayətlərin qiymətləndirilməsində, həmçinin bərpa işlərində, sizin fikrinizcə, kimlər iştirak etməlidir?
- O torpaqlarımızda tələsməmək, səbir, çalışqanlıq, bilik və peşəkarlıq tələb edən bir çox belə çətin işləri həll etməliyik. Ən çox qorxduğum odur ki, əsas hədəfi büdcədən ayrılan pulları mənimsəmək olan, sözdə “bərpaçı” yarıdövlət və özəl şirkətlər ora axışsın. Bundan əlavə, rəsmi qurumların, həmişə olduğu kimi, aralarında heç bir koordinasiya olmadan, bərpa üzərində işləyəcəyi təhlükəsi var. Buna görə, mənə elə gəlir ki, cəmiyyətin də iştirakı ilə vahid bir qurum yaratmaq lazımdır. Bəlkə də Mədəniyyət Nazirliyinin tərkibində ola bilər. Bu qurum prosesə cəlb edilən bütün təşkilatların işini koordinasiya edərdi. Buraya müxtəlif dövlət idarələrinin səlahiyyətli nümayəndələri ilə yanaşı, yerli icra hakimiyyəti orqanları, eləcə də dar sahə mütəxəssisləri - alimlər, memarlar, tarixçilər və s. daxil ola bilər. Məsələn, uyğun namizədlər tarixçi-alim Cəfər Qiyasi, köklü şuşalı rəssam Elturan Avalov. Bilirsinizmi ki, qalereyaçı dostum Rafael Gülməmmədli on illərdir Qarabağla bağlı xüsusi materiallar toplayır? Özü də, memarlıq abidələrinin bərpası sahəsində ölkədəki nadir lisenziyalı mütəxəssislərdən biri kimi bu nəcib işə cəlb olunmaqdan məmnun olardı. On illərlə davam edəcək bütün bu nəhəng işi əlaqələndirmək və idarə etmək üçün kiçik bir quruluşa ehtiyac var - maksimum 20-25 nəfər.
- Torpaqlar azad edildikdən sonra bu ərazilərdəki abidələrin yenidən qurulması və qorunması ilə bağlı hansı addımlar atılmalıdır?
- 22 oktyabrda memarlıq abidələrinin fiziki vəziyyətini təcili olaraq dəyərləndirmək üçün, qurum adından mənim göndərilməyim xahişi ilə Mədəniyyət nazirinə bir məktub yazdım. Təcili olaraq onların ətraflı şəkildə şəkillərini çəkmək, ölçmələr aparmaq, həm daxili, həm də xarici cəhətdən mümkün olan bütün dəyişiklikləri müəyyənləşdirmək lazımdır. Təəssüf ki, onların əksəriyyəti vəhşicəsinə sökülür və məhv edilir. Bu səbəbdən mədəni və tarixi irsin qorunması, beynəlxalq məhkəmələrdə Ermənistana qarşı iddia qaldırmaq imkanı əldə etməyimiz üçün, beynəlxalq qurumlara sonrakı müraciət üçün sənədlərə ehtiyacımız var. Mədəniyyət Nazirliyinin nümayəndələrinin oraya ən qısa müddətdə getmələri lazımdır.
Başqa bir problem budur ki, igid əsgərimiz azad edilə bilən kənddəki qarşısındakı gözəl kilsənin erməni deyil, təcavüzkarların fasadında erməni dilində bir lövhə yapışdırdığı qədim alban kilsəsi olduğunu bilməyə bilər. Allahın evi məni narahat etmir - Azərbaycan əsgəri heç vaxt ona toxunmayacaq. Ancaq qəhrəmanlarımızın bu cür saxta lövhələri təkbaşına aradan qaldırmasına icazə verə bilmərik - bu, peşəkar bərpaçıların səbirli işidir. Buna görə də, belə bir təhlükənin olduğunu anlayaraq orada olmalıyıq. Buna görə də mən - peşəkar bir memar, tarixçi, alim, fotoqraf - nazirliyə kömək etmək üçün xidmətlərimi təklif etdim. Lazım olsam, çox sevinərdim. Hələlik isə, axşamlar işdən sonra xaricdəki bir çox peşəkar memar təşkilatlarına, Beynəlxalq Memarlar İttifaqına, dünyadakı çoxsaylı həmkarlarmna və dostlarıma məktublar yazıram, burada ölkəmin və prezidentimin ədalətli mövqeyini izah edirəm.
Paylaş:
Müəllif : Yazar
Tarix:29-10-2020, 09:44
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:29-10-2020, 09:44
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26