“350 milyardları yoxdursa, Göyçə ilə Zəngəzuru geri versinlər” - Təzminat əvəzinə tarixi torpaq
Bu gün Azərbaycan 30 ildir ki, Ermənistan işğalı altında olan torpaqlarını azad edir.
Ordumuz kənd- kənd, rayon- rayon torpaqlarımızı mənfur düşməndən təmizləyir. Azad olunan rayonlarda Ermənistanın işğal faktoru açıq şəkildə görünür. Belə ki, düşmənin 30 il ərzində işğal altında olan torpaqlarımızda beynəlxalq hüququn normalarına zidd olaraq talançılıq və dağıdıcılıq fəaliyyəti ilə məşğul olub. Azad olunan Füzuli rayonunda bunu daha aydın görmək olur.
Yəni bir tərəfdə işğal faktoru, digər tərəfə isə BMT-nin işğalçı qoşunların Azərbaycan torpaqlarını qeyd- şərtsiz boşaltması haqqında yekdilliklə qəbul etdiyi 4 qətnamə dayanır. Tarixdə işğalçının təcavüzə məruz qaldığı dövlətə təzminat ödəmə nümunələri kifayət qədərdir. Adolf Hitlerin yəhudilərə etdiklərinə görə, Almaniya dövləti İsrailə təzminat ödəmək məcburiyyətində qalıb. Yəni bu istər fərdlər, istərsə də dövlətlər arasında keçərlidir. Hər zaman istismarçı tərəf istismar etdiyinə təzminat ödəyir.
Politoloq Qabil Hüseynli “Cümhuriyət”ə açıqlamasında deyib ki, Azərbaycan bütün bu dağıntılara, talanlara və istismara görə işğalçı Ermənistana təzminat davası açmalıdır:
“Azərbaycana Ermənistanın bu talançılıq və istismar siyasətinə görə, qarşı tərəfə təzminat davası açacaq. Əlbəttə ki, bu məsələ təzminatsız olmaz. Ermənistan bizə 350 milyard manatdan çox ziyan vurub. Azərbaycan həmin ziyanın dəyərində təzminat tələb edəcək. Əgər Ermənistanın pulu varsa, pul verəcək. Yoxdursa, sovet dövründə aldıqları torpaqların bir qismini təzminat formasında bizə qaytara bilərlər. Məsələn, Zəngəzuru, Göyçəni bizə qaytara bilərlər. Doğrudur, bu proses çox ağır olacaq. Lakin Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycana çox böyük zərər dəyib. Ermənilər meşələri qırıblar, çayların səmtini dəyişiblər, Kəlbəcərdə qızıl yataqlarını, Ağdərədə kömür mədənlərini istismar ediblər. Bir sözlə Azərbaycanın təbii sərvətlərini talayıblar. Hələ bundan başqa o ərazidəki tikililəri dağıdıblar, satıblar. Necə ki, faşist Almaniyasına qarşı böyük təzminat tələbi irəli sürülübsə, bu da onun kimi olmalıdır”.
Ekspert əlavə edib ki, bu beynəlxalq hüququn tələblərindən biridir:
“Beynəlxalq hüququnun tələblərinə görə, təcavüzkar, təcavüzə məruz qalmış dövlətə vurduğu zərərin tam həcmində təzminat ödəməlidir. İndi həmin ərazilərdə ekspert dəyərləndirilməli aparılmalıdır. Cəbrayılda, Füzulidə insanlara külli miqdarda ziyan dəyib. Bunların hamısı həmin yerlərin yerli hakimiyyət orqanları ilə birgə müəyyənləşdirilməlidir. Bütün bunların hamısının çıxarışını edib, işğalçıdan təzminat tələb edilməlidir. Fikrimcə, bu işlə məşğul olmağın artıq zamanıdır”.
Paylaş:
Müəllif : Yazar
Tarix:20-10-2020, 12:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:20-10-2020, 12:50
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11