Xətaidə gecə əməliiyatı: işıqları söndürüb 130 ağacı məhv etdilər – VİDEO
Paytaxtın Xətai rayonunda bir gecədə 130 ağac kəsilib. . Sakinlərin sözlərinə görə, həmin ərazidəki yaşıllıq 35 il öncə salınıb. Unikal.org xəbər verir ki, ağacları bina tikmək üçün kəsiblər. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova BakuPost-a açıqlamasında bildirib ki, məsələ araşdırılır: “Nazirliyin əməkdaşları hazırda hadisə yerindədir. Məsələ tam şəkildə araşdırıldıqdan sonra ictimaiyyətə məlumat veriləcək”.
BakuPost-un əldə etdiyi məlumata görə, ərazidəki yaşllığı məhv edən isə iş adamı orada bina tikmək üçün Xətai İcra Hakimiyyətindən sərəncam alıb. Həmin iş adamının məmurlardan birinin qohumu olduğu bildirilir. “AzPolitika.info”nun məlumatına görə, ərazidə bina tikmək istəyən sahibkarlar narazı sakinləri pulla ələ almağa çalışıblar. Buna səbəb isə bina tikmək üçün müafiq qurumlardan icazələrinin olmamasıdır. Belə ki, yaşıllığı məhv edən iş adamlarının ərazidə bina tikmək üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən müvafiq razılığı olmadığı bildirilir.
“Xətai İcra Hakimiyyətindən verdiyi sərancamda isə sadəcə həmin iş adamlarına rayon ərazisində bina tikməyə icazə verilib. Konkret ərazi göstərilməyib. Ona görə də gecə ilə gəlib yaşıllığı məhv edərək, gizlincə binanın təməlini atmaq istəyiblər. Hətta bu məqsədlə bütün gecə boyu ərazinin işıqlarını belə söndürtdürüblər. Sonradan tikintini köhnə tarixdə başladığı göstərilib, Arxitektura Komitəsindən icazə tələb olunacaqdı” – deyə ərazidə yaşayanlar “AzPolitika.info”ya bildirib.
Yəni , işi oldu bitdiyə gətirmək istəyiblər. Ancaq sakinlərin etirazı Xətai İcra Hakimiyyətinin, “Azərişıq” ASC-nin vəzifəli şəxslərinin də iştirakçısı olduğu bu planın baş tutmasına imkan verməyib. Bakı Şəhər İcra Hakimiyyətindən sakinlərə bildirilib ki, həmin ərazidə heç bir bina tikintisi aparıla bilməz.
Bununla belə əraziyə tamah salanlar öz niyyətlərindən əl çəkmək istəmirlər. Buna görə də ərazidəki binalarda yaşayanlar ölkə rəhbərliyinə müraciət edərək, qanunsuzluğa son qoyulması yaşlllığı məhv edənlərin cəzalandırılması üçün müafiq göstərişlər verilməsini xahiş ediblər.
Qeyd edək ki, ölkə Prezidenti bir müdət əvvəl həyətlərdə bina tikilməsinin yolverilməz olduğunu bəyan etmişdi. “Ancaq götürüb ictimai yerdə, həyətdə, yaxud da ki, insanların istifadə etdiyi yerdə bina tikmək cinayətdir və bunu edən cavab verəcək. Bir daha demək istəyirəm ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi olmadan heç bir bina tikilə bilməz”- deyə, ölkə baçısı bildirmişdi. Görünür, bəzi iş adamları və məmurlar o qədər harınlayıb ki, artıq Prezidentin tapşırığını belə eşitməzdən gələ, açıq şəkildə qanunsuz əməllərə yol verə bilirlər. Hüquq-mühafizə orqanları bu qanunsuzluğa yol verənləri cəzalandıracaqmı?
Məsələ barədə geniş məlumat verməyə çalışcağıq.
Paylaş:
Müəllif : Redaktor
Tarix:5-05-2019, 23:30
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:5-05-2019, 23:30
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti