HƏM ORDUSU, HƏM DƏ İQTİSADİYYATI MƏHV OLUR! – Düşmənin diz çökəcəyi gün uzaqda deyil!
Şanlı ordumuzun zəfər yürüşü işğalçı ölkənin hər mənada dizini yerə qoyması ilə nəticələnməkdədir. Ermənistan rəhbərliyində müşahidə olunan çaşqınlıq, başıpozuqluq və ümidsizliyi şərtləndirən əsas səbəb ordumuzun durmadan irəliləməsilə yanaşı, işğalçının bu savaşı sürdürmək üçün heç bir ciddi potensialının, xüsusilə də insan resursları və iqtisadi gücünün olmamasıdır.
Bu savaş göstərdi ki, müasir müharibənin həlledici elementi ən yeni texnologiyalar əsasında hazırlanan ağıllı, yüksək dəqiqliyə malik silahlardır. Bu silahlar isə olduqca bahalıdır və onların istehsalı çox az sayda ölkələrdə mövcuddur. Və belə silahları hər hansı bir ölkə Ermənistan kimi cılız, işğalçı dövlətə müftə verməyi heç ağlının ucundan da keçirmir. Bu silahlar 1970-80-ci illərin paslanmış tankları, topları deyil ki, onları kimsə ermənilərə peşkəş etsin. Onları pulla almağa isə Azərbaycandan fərqli olaraq, Ermənistanın onsuz da çabalayan iqtisadiyyatının gücü çatmır.
Müxtəlif mənbələrin təxmini hesablamalarına görə, müharibə başlayandan bu günə kimi Ermənistan tərəfinə 1.5-2 milyard dollar civarında iqtisadi ziyan dəyib. Azərbaycanın ölkə başçısı da son müsahibələrinin birində Ermənistan ordusunun 2 milyard dollara yaxın dəyərdə hərbi texnika və avadanlığının məhv edildiyini bildirdi. Və bu gedişlə sözügedən rəqəmin daha da artacağı şəksizdir. Doğrudur, məhv edilən hərbi texnikanın böyük hissəsi Rusiya tərəfindən Ermənistana ya müftə, ya da güzəştli şərtlərlə verilən silahlardır. Çünki Ermənistan iqtisadiyyatının, hərbi büdcəsinin bu qədər silahı ala biləcək gücü yoxdur. Lakin bu silahların, texnikanın da insan resursları kimi tükənmək üzrə olduğu göz önündədir. Artıq qaçaq vasitələrlə silah daşınmasına baxmayaraq, bu yolla genişmiqyaslı hərbi əməliyyatlar aparmağa kifayət edəcək qədər silah-sursat toplamaq mümkün olmayacaq.
Digər tərəfdən yaxşı məlumdur ki, istənilən hərbi güc iqtisadi gücə dayanır. İqtisadi güc baxımından Azərbaycanla Ermənistan arasındakı fərq isə olduqca böyükdür və bu fərq döyüş meydanında özünü getdikcə daha qabarıq formada biruzə verməkdədir. Adi makroiqtisadi göstəricilərə nəzər yetirmək kifayətdir ki, Ermənistanın iqtisadi baxımdan Azərbaycanla savaşa nə dərəcədə hazır olduğuna dair təsəvvür yaransın. Azərbaycanın Ümumi Daxili Məhsulu (ÜDM) 47 milyard dollar olduğu halda, Ermənistanın ÜDM-i cəmi 13.5 milyarddır. İki ölkənin illik büdcələri arasındakı fərq də təxminən dörd dəfəyə yaxındır. Ermənistanın büdcəsi cəmi 3.5 milyard dollardır ki, onun da 630 milyonu hərbi xərclərə ayrılıb. Azərbaycanın hərbi büdcəsi isə 2.3 milyard dollara yaxındır və az qala Ermənistanın hərbi büdcəsini dörd dəfə üstələyir. Büdcəmizdəki bu məbləğin təxminən 1 milyard dolları təkcə silah-sursat və hərbi sənayeyə ayrılıb. Bu, o deməkdir ki, Azərbaycanın təkcə silaha verdiyi pul Ermənistanın ümumilikdə hərbi büdcəsini iki dəfə üstələyir.
Yeri gəlmişkən, 2020-ci ilin büdcəsi təsdiqlənəndə Ermənistanda bəzi mütəxəssislər Paşinyan hökumətini az qala vətənə xəyanətdə ittiham edirdilər. Çünki yeni büdcədə hərbi xərclər ötən illə müqayisədə artırılmamışdı, dondurulmuşdu. Onlar qeyd edirdilər ki, Azərbaycan bütün iqtisadi çətinliklərə baxmayaraq, müdafiə xərclərini 20 faiz artırıb, Ermənistan isə bunu etməyib. Lakin Paşinyan hökuməti özündən razı formada bu tənqidlərə əhəmiyyət vermədi və populist davranışlarını davam etdirdi.
Daha bir müqayisə olunmalı göstərici valyuta rezervləridir. Azərbaycanın valyuta ehtiyatları ümumilikdə 50 milyard dollara yaxın olduğu halda, Ermənistanın valyuta rezervləri cəmi 2.6 milyarddır. Ortada 20 dəfəyə yaxın fərq var. Əvəzində, Ermənistanın xarici borcu bu kiçik və ölümcül durumdakı iqtisadiyyat üçün katastrofik həddədir – təxminən 6 milyard dollar. Yəni valyuta rezervlərindən və illik büdcəsindən təxminən iki dəfə çox! Bu, nəinki regionda, bütünlükdə dünyada elə də tez-tez rast gəlinən göstərici deyil və bir ölkənin faktiki defolt vəziyyətində olduğundan xəbər verir.
Ermənistan yenə beynəlxalq maliyyə institutları və donorlardan vəsait dilənməkdə davam edir və aldığı yeni borcları köhnə borclarını bağlamaq üçün istifadə etməyə məcburdur. İndi təsəvvür edin ki, belə bir ölkəyə kimsə nəinki müasir silah almaq üçün, ümumiyyətlə kredit verməyə risk edərmi? Məşhur beynəlxalq reytinq agentliyi olan “Fitch” sentyabr ayında Ermənistanın kredit reytinqini “B+” səviyyəsinə endirib. Agentlik, döyüşlərin davam etməsi və pandemiya səbəbindən bu il Ermənistan iqtisadiyyatının 6,2% kiçiləcəyini, dövlət borcunun ÜDM-ə nisbətinin isə 63,9 faizə yüksələcəyini proqnozlaşdırıb. Müqayisə üçün qeyd edək ki, Azərbaycanda bu göstərici cəmi 18 faizə yaxındır və ölkəmizin valyuta ehtiyatları xarici borcu heç bir çətinlik çəkmədən bağlamağa imkan verir. Onu da qeyd edək ki, Azərbaycanda adambaşına düşən borc 790 dollar olduğu halda, Ermənistanda bu rəqəm 1900 dollardır və ölkənin bu məbləği qapadacaq potensialı mövcud deyil! Həmçinin, beynəlxalq mütəxəssislər qeyd ediblər ki, münaqişə ərəfəsində, sentyabrın 21-dən bəri Azərbaycanın 2024 və 2029-cu illərədək tədavül müddəti olan istiqrazların gəlirliliyi təxminən 1%, Ermənistanın 2025 və 2029-cu illərə olan istiqrazlarının gəlirliliyi isə müvafiq olaraq 4,5% və 3,5% azalıb. Bu, Ermənistan iqtisadiyyatının vəziyyəti və ona beynəlxalq səviyyədə etimadın, münasibətin daha bir göstəricisi sayıla bilər.
Heç qarşıda da Ermənistan iqtisadiyyatını yaxşı heç nə gözləmir. Davam edən müharibə bu ölkənin onsuz da bərbad vəziyyətdəki durumunu daha da ağırlaşdıracaq. Çünki müharibə aparmaq üçün təkcə qaçaq yolla peşkəş edilən silahlar kifayət etmir. Burada ordunun ərzaq və yanacaq təminatından tutmuş hərbi geyimlərə, infrastruktur və tikinti işlərinə, səhiyyə, sosial məsələlərə qədər çoxsaylı müxtəlif xərclər mövcuddur. Nəzərə alsaq ki, müxtəlif hesablamalara görə, hazırda davam edən müharibənin bir günü ortalama 100 milyon dollara yaxın vəsait tələb edir, o zaman Ermənistan iqtisadiyyatının buna nə qədər tab gətirə biləcəyi böyük sual doğurur. Elə Ermənistan rəhbərliyinin isterikası, döyüş zonasının genişlənməsindən qorxusu həm də onunla bağlıdır ki, işğalçı ölkənin bütün cəbhə boyu savaş aparmaq üçün nə insan resursları, nə hərbi, nə də ən əsası iqtisadi gücü var. Onu da nəzərə almaq lazımdır ki, qarşıdan qış gəlir. Ermənistan bir zamanlar Azərbaycana yaşatdığı qaçqın problemini tam ağırlığı ilə öz üzərində hiss etməyə başlayacaq. Çünki Azərbaycanın işğal olunmuş ərazilərinə sonradan yerləşdirilən erməni ailələri Ermənistana qaçır. Onları yerləşdirmək, yaşayış yeri ilə, ərzaqla təmin etmək, sosial və səhiyyə problemlərini həll etmək lazımdır. Azərbaycan uzun illər bu problemlərin həllinə milyardlar xərcləyib. Bəs Ermənistanın belə imkanları varmı? Əlbəttə yox.
Bununla yanaşı, Ermənistanın dünyaya cəmi iki çıxış yolu var – Gürcüstan və İran vasitəsilə. İran yolu məlum sanksiya və embarqolar səbəbindən heç də etibarlı deyil və bu istiqamətdə “əl-qol açmaq” çətindir. Gürcüstan yolu isə qış fəslində qar uçqunları və digər səbəblərdən tez-tez bağlanır. Həmçinin, Gürcüstanın Rusiya ilə münasibətləri də hər kəsə yaxşı bəllidir. Ermənistanınsa ixracatının az qala üçdə biri – 30 faizi Rusiyaya bağlıdır ki, oraya da yol yalnız Gürcüstandan keçir. Rusiya hökumətinin Paşinyana və onun dəstəsinə münasibəti də ürəkaçan deyil və bu, qaz sazişi də daxil olmaqla, bir çox iqtisadi məsələlərdə özünü biruzə verir. Xaricdəki ermənilərin ianələri isə hansısa dövləti ayaqda saxlamaq, ona dəymiş külli miqdarda zərəri qapatmaq, borcları ödəmək, sosial problemləri, ordunun xərclərini və s. həll etmək üçün yetərli ola bilməz.
Bir sözlə, müharibə uzandıqca, təkcə Ermənistan ordusunun deyil, iqtisadiyyatının da faciəvi sonu yaxınlaşır. Azərbaycan Prezidenti son müsahibələrinin birində demişdi ki, bu müharibə davam etdikcə, Ermənistan ordusu bütünlüklə məhv ediləcək. Görünən odur ki, təkcə Ermənistan ordusu deyil, işğalçı ölkənin iqtisadiyyatı da məhvə məhkumdur.
Azərbaycana gəldikdə isə, bu müharibə torpaqlarımızın geri qaytarılması ilə yekunlaşacaq ki, bu da heç bir iqtisadi məsrəflərlə ölçülməyəcək dərəcədə strateji hədəfdir. Həm də bu savaş sonrası azad edilən və ediləcək ərazilərimiz olduqca münbit, kənd təsərrüfatının müxtəlif sahələri üçün yararlı torpaqlardan ibarətdir. Eyni zamanda, doğma torpaqlarımızda geniş tikinti, infrastruktur layihələri həyata keçiriləcək. Bütün bunlar isə iqtisadiyyatımızı canlandırmaq, yeni iş yerləri açmaq, sərmayələr cəlb etmək və s. iqtisadi fəaliyyətlər üçün geniş və işıqlı perspektivlər deməkdir.
Paylaş:
Müəllif : Fuad
Tarix:18-10-2020, 08:24
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:18-10-2020, 08:24
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01