Hakim Ramil Həsənova qarşı RÜŞVƏT İTTİHAMI - Suraxanı sakini həyat yoldaşının qanunsuz həbs olunduğunu iddia edir
Bakı şəhəri, Suraxanı rayonu, Hövsan Südçülük sovxozu, nömrəsiz fərdi yaşayış evində yaşayan Əlibəyova Lalə İkram qızı tərəfindən redaksiyaya şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, eləcə də didgər səlahiyyətli qurumların rəhbərlərinə müraciət edən şikayətçi yazır:
“Hörmətli Prezident!
Hörmətli Mehriban xanım!
Suraxanı rayon məhkəməsini əsil bazara döndərmiş hakim Ramil Həsənov torpaq möhtəkiri Əliyev Mirzəxan Balakərim oğlundan aldığı böyük məbləğdə rüşvət müqabilində guya həyat yoldaşım Əlibəyov Nizami Tofiq oğlunun iyun 2017-ci ildə kənd təsərrüfatı təyinatlı torpağı zəbt etdiyi, əkib-becərdiyi və və avqust 2017-ci ildə həmin torpaq sahəsində ev tikdiyi barədə heç bir sənədlə, sübutla, şahid ifadəsi ilə təsdiq olunmayan saxta ittiham əsasında Nizami Əlibəyova üç il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunması haqqında 05.02.2019-cu il tarixli qərəzli, bilə-bilə ədalətsiz hökm çıxarmışdır.
Belə ki, Suraxanı rayonunun Hövsan Südçülük sovxozunda 1,45 hektar torpaq sahəsi əvvəlcə Nizami Əlibəyovun babasının, babasından sonra atasının, atasından sonra Nizaminin və qardaşı Vahid Əlibəyovun faktiki istifadəsində olmuşdur. 1992-ci ildə Hövsan Südçülük sovxozunun direktoru olmuş Hətəm Orucovla Nizami Əlibəyovun arasında bağlanmış müqaviləyə əsasən, həmin torpaq sahəsi 40 il müddətinə Nizami Əlibəyova icarəyə verilmişdir. 2007-ci il tarixdə Abşeron Rayon İcra Hakimiyyətindən və Abşeron rayon torpaq şöbəsindən həmin torpaq sahəsinə Nizami Əlibəyovun adına naturada kadastr vurulmuşdur. 2007-ci ildə Abşeron Rayon İcra Hakimiyətindən hamının “Lələ kişi” kimi tanıdığı şəxs Hövsan Südçülük covxozuna gəlib icarə torpaqlarına çıxarış verilməsi üçün sovxozdakı icarəçilərdən, o cümlədən Nizami Əlibəyovdan torpağa olan icarə müqaviləsini alıb apardı. Lakin torpağın sənədləşməsini yekunlaşdırmaq üçün tələb olunan külli miqdarda pul məbləğini (rüşvəti) verə bilmədiyimizdən Nizami Əlibəyovun adına olan sənədlər it-bata salındı.
2007-ci ildə Nizami Əlibəyovla qardaşı Vahd Əlibəyov arasında mübahisə yarandığından Nizami həmin torpaq sahəsini tərk etdi və 2007-ci ildən etibarən bir daha həmin sahəyə ayaq basmadı və sahəni yalnız Vahid Əlibəyov, onun ailə üzvləri və digər qohumlar əkib-becəriblər. 19 iyul 2017-ci ildə Mirzəxan Əliyev həmin torpaq sahəsinə gəlib sahədə işləyən Nizami Əlibəyovun qardaşı Vahid Əlibəyovun oğlanları Şahin və Fəxrəddinə torpaq sahəsinin onun olduğunu, sahənin 80 (səksən) sotunu Əkrəm və Bəhram adlı şəxslərə satdığını, sahədə ev tikdirmək üçün əkin sahəsinə mişar daşı tökdürəcəyini və buna görə də sahəni tərk etmələrini, MTN-dən gəlib onları aparcaqlarını bildirmişdir. Fəxrəddin və Şahin Əlibəyov qardaşları Mirzəxan Əliyevin qanunsuz hərəkətlərindən əmiləri və yeganə ağsaqqalları olan Nizami Əlibəyova bildirdikdən sonra Nizami Əlibəyov Mirzəxan Əliyevə zəng edib qardaşının ailəsini niyə hədələdiyini, torpaq sahəsinə ilkin hüquqi sənədlərin onun adına olduğunu, torpaq sahəsinə naturada adına kadastr vurulduğunu bildirmiş və torpaq sahəsinə Mirzəxanın adına hansı sənədin olduğunu soruşduqda Mirzəxan onunla kobud danışıb Nizaminin kim olduğunu, sahəyə onun adına sənədin olub-olmadığının Nizamiyə dəxli olmadığını bildirmişdir. Torpaq sahəsinin ilkin hüquqi sənədləri Nizami Əlibəyovun adına olduğuna və sonradan məlum olduğu kimi Mirzəxan Əliyevin oğlu Anar Əliyevin adına tamamilə başqa sahəyə aid olan icarə hüququna dair çıxarış əsasında sözügedən 1,45 hektar sahəni də zəbt etmək istədiyinə görə Nizami Əlibəyovun susması üçün Mirzəxan Əliyev Nizamiyə əvvəlcə 26000 manat təklif etmiş, lakin Nizami Mirzəxanın təklifindən imtina etdiyinə görə Mirzəxan Əliyev torpaq möhtəkirləri olan qohumları Pakizət Hacıyeva, Aytən Həsənova və Aytən Həsənovanın həyat yoldaşı ilə əlbir şəkildə Nizami Əlibəyovu aradan götürmək məqsədi ilə Nizamiyə böhtan atmağa başladılar.
Belə ki, 20 iyul 2017-ci il tarixdə əvvəllər tanımadığımız Aytən Həsənova Nizamiyə zəng edib Mirzxan Əliyevə sözü gedən torpaq sahəsini satmaqda maneçilik törətdiyini bildirərək Nizamiyə hədə-qorxu gəlmiş və Nizamini söyüb-təhqir etdikdən sonra telfonu söndürmüşdür.
21 iyul 2017-ci ildə Mirzəxan Əliyev Nizaminin mərhum qardaşı Vahid Əlibəyovun ailəsini hədələməkdə davam etdiyinə görə Nizami Mirzəxan Əliyevə təkrar zəng etdikdə Mirzəxan Əliyevin telefonunda ona əvvəllər tanımadığı Suraxanı rayon prokurorluğunun müstəntiqi Atəş Şahverdiyev cavab vermiş və demişdir ki, Mirzəxan Əliyev, Pakizət Hacıyeva, Aytən Həsənova və Aytən Həsənovanın həyat yoldaşı Nizami Əlibəyovu Pakizət Əliyevanın həyat yoldaşı Yavər Əliyevin qətlində günahlandırdıqlarından və onları da öldürəcəyi ilə hədələdiyindən şikayətçidirlər. Həmin gün həmçinin Aytən Həsənova 30-cu Pois Bölməsindən Nizamiyə zəng etmiş, Nizami cavab vermək istəyəndə telefonu söndürmüş və təkrar zəng etdikdə onun telefonu ilə 30-cu Polis Bölməsinin rəis müavini Əli adlı şəxs zəng edib Aytən Həsənovanın, Aytən Həsənovanın həyat yoldaşının, Pakizət Hacıyevanın və Mirzəxan Əliyevin 30-cu Polis Bölməsnə şikayət etdiklərini bildirərək Nizamini polis bölməsinə çağırmış, Nizami öz şəxsi avtomobilində 30-cu Polis Bölməsinə gəldikdə rəis müavini Əli polislərə tapşırıq vermişdir ki, Nizamini polis avtomobilində Suraxanı Rayon Polis İdarəsinə aparsınlar. Nizami bildirmişdir ki, Suraxanı RPİ-nə 30-cu Polis Bölməsinə gəldiyi şəxsi avtomobilində gedə bilər, lakin Əli müəllim buna icazə verməmiş və onun tapşırğı ilə Nizamini polis avtomobilində Suraxanı RPİ-nə aparmışlar. Nizamini polis idarəsinədə 2-ci mərtəbəyə cinayət axtarışı şöbəsinin rəsinin xidməti otağına aparmışlar və həmin vaxt polis əməkdaşının otağından Nizaminin əvəllər tanımadığı qadın və kişi xeylağı çıxmışlar. Polis əməkdaşı Nizamidən həmin şəxsləri tanıyıb-tanımadığımı soruşduqda Nizami onları tanımadığımı bildirmiş, polis əməkdaşı onların da Nizamini tanımadıqlarını bildirmiş, qadının Aytən Həsənova, kişinin isə Aytən Həsnovanın həyat yoldaşı olduğunu, Nizamini Aytən Həsənovanın atası Yavər Əlyevin qətlində günahkarlandırdıqlarına və onları da öldürəcəyi ilə hədələdiyinə görə Nizamidən şikayətçi olduqlarıını bildirmişdir.
Sonra polislər Nizamini Suraxanı rayon prokurorluğuna aparıb müstəntiqi Atəş Şahverdiyevə təhvil vermişlər. Atəş Şahverdiyev də Nizamini Yavər Əliyevin ölümü ilə əlaqədar dindirdikdən sonra Suraxanı rayon prokuroru Rəhim Əliyevin yanına aparmışdır. Rəhim Əliyev də Mirzəxan Əliyevin, Pakizət Hacıyevanın, Aytən Həsənovanın və Aytən Həsənovanın həyat yoldaşının Nizamini Yavər Əliyevin qətlində günahlandırdıqlarına və onları da öldürəcəyi ilə hədələdiyinə görə şikayətçi olduqlarını bildirib və Nizamini dinlədikdən sonra müstəntiq Atəş Şahverdiyevə demişdir ki, burax getsin, ondan (yəni Nizamidən) adam öldürən çıxmaz.
Bütün bu böhtan kampaniyasının əsas təşkilatçısı yuxarıda göstərilən torpaq möhtəkirləri ilə əlbir olan müstəntiq Atəş Şahverdiyev olmuşdur. Prokuror Rəhim Əliyev Nizaminin buraxılmağı bardə göstəriş verdikdən sonra da Atəş Şahverdiyev Nizamidən əl çəkməmişdir. Nizami üzləşdiyim şər-böhtan barədə çoxsaylı şikayətlər etdikdən sonra müstəntiq Atəş Şahverdiyev özlərini sığortalamaq məqsədi ilə 24 iyul 2017-ci il tarixdə Nizamini Yavər Əlyevin qətli barədə cinayət işi üzrə şahid qismində dindirdikdən sonra bir daha Nizamini narahat etmədi.
31 iyul 2017-ci il tarixdə Mirzəxan Əliyev sözügedən torpaq sahəsinin 80 sotunu ölçüb Əkrəm və Bəhram adlı şəxslərə satmaq və Fəxrəddin və Şahin Əlibəyovlar tərəfindən torpaq sahəsində əkilmiş sahəyə daş tökdürmək istəyərkən Nizami qardaşı oğlu Şahin Əlibəyovun çağırışı ilə sahəyə gəlmiş və sahədən DİN-nin “102” xidmətinə Mirzəxan Əliyevin qanunsuz hərəkətlərindən şikayət etmişdir.
Nizami Əlibəyov onun hansı əsasla Yavər Əliyevin qətli ilə əlaqədar dindirildiyi barədə ona məlumat verilməsi barədə Suraxanı rayon prokuroru Rəhim Əliyevə etdiyi müraciətə Rəhim Əliyev tərəfindən verilmiş cavabda Əliyev Yavər Nemət oğlunun ölümü ilə əlaqədar Suraxanı rayon prokurorluğunda AR Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə vaxtilə istintaq edilən 170100066 nömrəli cinayət işi üzrə Yavər Əliyevin arvadı Pakizət Hacıyevanın Nizami Əlibəyov haqqında etdiyi şikayət xarakterli müraciəti əsasında şahid qismində dindirildiyi bildirilmişdir. Bundan sonra Nizami Əlibəyov Suraxanı rayon prokuroru Rəhim Əliyevə təkrar müraciət edərək Pakizət Hacıyevanın Nizami Əlibəyov haqqında şikayət xarakterli müraciətinin Suraxanı rayon prokurorluğunda hansı tarixdə və nömrə adı altında qeydiyyata alındığı barədə yazılı məlumat verilməsini xahiş etmiş, lakin prokuror Rəhim Əliyev Nizami Əlibəyovun müraciətinə heç bir cavab vermədiyindən Nizami Əlibəyov Suraxanı rayon məhkəməsinə müraciət etmişdir. Suraxanı rayon məhkəməsi çıxardığı 07.09.2018-ci il tarixli 6(010)-17/2018 saylı qərarla Nizami Əlibəyovun Suraxanı rayon prokurorluğundan şikayətini təmin edərək Əliyev Yavər Nemət oğlunun ölümü ilə əlaqədar Suraxanı rayon prokurorluğunda AR Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə vaxtilə istintaq edilən 170100066 nömrəli cinayət işi üzrə sonuncunun arvadı Pakizət Hacıyevanın Nizami Əlibəyov haqqında şikayət xarakterli müraciətinin Suraxanı rayon prokurorluğunda hansı tarixdə və nömrə adı altında qeydiyata alınması ilə bağlı məlumatların Nizami Əlibəyova verilməsi vəzifəsi Suraxanı rayon prokurorluğunun öhdəsinə qoyulmuşdur. Lakin Nizami Əlibəyovun məhkəmənin həmin qərarının icrası ilə bağlı Suraxanı rayon prokuroru Rəhim Əliyevə çoxsaylı müraciətlərinə heç bir cavab verilməmiş və məhkəmənin qərarı prokurorluq tərəfindən bu günə qədər icra olunmamışdır.
Torpaq möhtəkirləri Mirzəxan Əliyev, Pakizət Hacıyeva, Aytən Həsənova və Aytən Həsənovanın həyat yoldaşının Suraxanı rayonunun polis-prokurorluq orqanlarında Nizaminin əleyhinə böhtanları baş tutmadıqdan sonra Abşeron rayonunun polis-prokurorluq orqanlarındakı tanışlıqlarından rüşvətxorluqla istifadə etdilər və Mirzəxan Əliyevin adından Nizami Əlibəyovun, Şahin Əlibəyovun və Fəxrəddin Əlibəyovun barələrində torpaq zəbt etmələrinə dair Abşeron rayon prokurorunun adına 15 avqust 2017-ci il tarixli ərizə verildi. Sonradan isə Fəxrəddin və Şahin Əlibəyovları Nizaminin əleyhinə Mirzəxanın xeyrinə şahidlik etmələri məqsədi ilə onlar iş üzrə şahid qismində cəlb olunmuşlar.
Abşeron rayonunun polis-prokurorluq orqanları saxta ittihamla Nizami Əlibəyova qarşı cinayət işi başladılar və baxılması üçün rayon məhkəməsinə göndərilmiş həmin cinayət işi Nizaminin çoxsaylı şikayətlərindən sonra məhkəmə tərəfindən başdan edilərək aidiyyəti adı altında baxılması üçün Suraxanı rayon məhkəməsinə göndərilmiş. Nəticədə cinayət işi Suraxanı rayon məhkəməsinin hakimi Ramil Həsənovun icraatına verilmişdir. Mirzəxan Əliyevdən külli miqdarda rüşvət almış hakim Ramil Həsənov bütün məhkəmə iclas protokollarını saxtalaşdıraraq iclaslarda göstərilən iş üçün əhəmiyyət kəsb edən halları protokollara daxil etməmiş, iclaslarda göstərilməmiş Nizaminin əleyhinə olan sözləri protokollara daxil etmiş, Nizaminin hakim Ramil Həsənov və məhkəmə iclas katibinin barəsində verdiyi bir neçə etiraza ümümiyətlə baxmamış, bir neçə iclas protokolları ilə tanış olmaq barədə iş materialında Nizaminin yazılı ərizəsi olmasına baxmayaraq protokollarla tanış olmasına icazə vermədən, iş materialında olan ekspertiza təyin olunması, şahidlərin çağırılması barədə yazılı vəsatətlərinə, həmçinin şifahi vəsatətlərinə ümumiyyətlə baxmadan məhkəmə istintaqını yekunlaşdırıb çıxışlara keçmiş, bir neçə günlük fasilədən sonra çıxışlar vaxtı Nizami Əlibəyovla Mirzəxan Əliyevə barışıq təklif etmiş, Nizami barışığa razılıq vermədiyindən çıxışlar qurtardıqdan sonra Nizami son söz üçün vaxt istədikdə Nizamiyə ümumiyyətlə son söz verməmişdir.
Zərərçəkmiş Mirzəxan Əliyev həm ibtidai istintaq vaxtı, həm də məhkəmə istintaqı vaxtı sözü gedən torpaq sahəsini Nizami Əlibəyovun 2017-ci ilin iyun ayında zəbt edib əkib-becərdiyi, 2017-ci ilin avqust ayında həmin torpaq sahəsində ev tikdiyi barədə yalan ifadə vermiş, ibtidai istintaq orqanı tərəfindən Mirzəxan Əliyevin həmin yalan ifadəsi əsas götürülərək Nizami Əlibəyova qarşı AR CM-nin 188.3-cü maddəsi ilə ittiham irəli sürülmüş, məhkəmə istintaqı vaxtı təqdim olunmuş və cinayət işinin materialında olan Suraxanı RİH-nin 03.08.2018-ci il tarixli məktubunda isə Mirzəxan Əliyev tərəfindən sözü gedən torpaq sahəsində Nizami Əlibəyovun 2017-ci ilin avqust ayında tikdirdiyi bildirilən evin hələ 2002-ci ildə mövcud olduğu göstərilir və zərərçəkmiş Mirzəxan Əliyevin oğlu Anar Əliyevin şahid qismində məhkəmədə verdiyi ifadəsində isə həmin evin sözü gedən torpaq sahəsi 2014-cü ildə icarə hüququ ilə onun (Anar Əliyevin) adına sənədləşdirilərkən mövcud olduğunu, atası Mirzəxan Əliyevin evin üstünü basdırmaq və qapı-pəncərəsini qoydurmaq üçün 1000 manat pul xərclədiyini göstərmişdir. Məhkəmənin hökmündə də göstərildiyi kimi şahidlər Fəxrəddin Əlibəyov və Şahin Əlibəyov həm ibtidai istintaq vaxtı, həm də məhkəmə istintaqı vaxtı verdikləri ifadələrində mübahisəli torpaq sahəsini onların əkib-becərdiklərini, Nizami Əlibəyovun sahəni nə əkib-becərmədiyini və sahədə heç bir tikinti işləri aparmadığını göstərdikləri halda, hakim Ramil Həsənov guya Nzami Əlibəyovun Mirzəxan Əliyevi sözü gedən torpaq sahəsinə buraxmadığı barədə heç bir sənədlə, şahid ifadəsi və hər hansı digər sübutla təsdiq olunmayan uydurma, yalan, əsassız ittiham əsasında Nizami Əlibəyovu AR Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirli bilərək ona 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin olunması haqqında 05 fevral 2019-cu il tarixli qərəzli, bilə-bilə ədalətsiz hökm çıxarmışdır.
Hakim Ramil Həsənov belə bir ədalətsiz hökm çıxarmaqla əsil cinayəti özü törətmişdir. Hakim Ramil Həsənovun çıxardığı ədalətsiz hökmün əsasında sözün əsil mənasında nə Azərbaycan Respublikasının qanunları, nə də hətta deyərdim qara bazarın yazılmamış əsasları da durmur və yalnız kim güclüdür o haqlıdır qaydalarının hökm sürdüyü cəncəllik qanunları, Mirzəxan Əliyevin Ramil Həsənova verdiyi küllü miqdarda rüşvət durur. Hakim Ramil Həsənov çıxardığı hökmlə onda vicdandan, insafdan, haqdan, ədalətdən, hakimlikdən əsər-əlamət olmadığını tam şəkildə, bütün çılpaqlığı ilə göstərdi.
Hörmətli cənab Prezident!
Hörmətli Mehriban xanım!
Haqsız, ədalətsiz, əsassız, qanunsuz yerə, rüşvət müqabilində azadlıqdan məhrum edilmiş ağır şəkərli diabet xəstəsi və yüksək təzyiqli olan həyat yoldaşım Əlibəyov Nizami Tofiq oğlunun cinayət işinə obyektiv, qanunauyğun baxılmasını və hakim Ramil Həsənov başda olmaqla günahkar şəxsərin məsuliyyətə cəlb olunmalarını xahiş edirəm”.
Paylaş:
Müəllif : Redaktor
Tarix:3-05-2019, 13:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:3-05-2019, 13:26
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti