İCRA BAŞÇISINDAN PREZİDENTƏ "ƏZƏLƏ NÜMAYİŞİ" - İlham Əliyevin dayandırdığı tikintini Arif Qasımov başa çatdırdı
Təxminən 1 il qabaq ölkə prezidenti müşavirədə qanunsuz tikinti işlərinin aparılması ilə bağlı müvafiq qurumlara, rayon icra hakimiyyəti başçılarına kəskin təpinərək, belə tikintilərin söküləcəyini açıqlamışdı. Prezidentin bu “barmaq silkələməsindən” qorxuya düşən rayon icra başçıları tələm-tələsik tikintiyə icazə verilmədiyini bildirib , qanunsuzluğu tikinti yiyələrinin üzərinə atdılar. Heç demə, çoxqatlı göydələnlər özbaşına, “gecəqondu metodu” ilə tikilirmiş.
Təbii ki, belə nağıllarla indi heç uşaqları da aldatmaq mümkün deyil, o ki qaldı şəhərsalma və tikinti qaydalarına cavabdehlik daşıyan qurumlar ola.
Qanunsuz tikililərin geniş poliqonuna çevrilən rayonlardan biri və bəlkə də birincisi Bakının Nizami rayonudur. Sözügedən rayonun icra başçısı Arif Qasımov da prezidentin qınağına cavab olaraq çoxqatlı tikintiləri dayandırıb , “Heydər parkı”nın içində “ayaqyolu biznesi”nə girişdi...
Onu da vurğulayaq ki, tikintisi dayandırılan obyektlərin sökülməsi əvəzinə, hasarlı durumda qalması sakinləri rahatsız etməkdədir. Özü də hasarın üstündə yazıldığı kimi, müvəqqəti yox, daimi. Nədən bu tikililər elə yöndəmsiz yerdə, piyada səkilərinin üstündə aparılır ki, narahatçılığın müvəqqəti olacağına heç kim inanmır.
Hazırda metronun “Xalqlar Dostluğu” stansiyasının yaxınlığındakı “Heydər parkı”nın yanında tikintisi yarımçıq qalmış ikiqatlı obyekt açılışa hazırlanır . Başqa sözlə, icra başçısı dövlət başçısının dayandırdığı qanunsuz tikintini başa çatdırıb, qalır qırmızı lenti kəsmək.
Onu da vurğulayaq ki, media qurumu olaraq icra başçısının qanunsuz tikintini sürdürməsindən yazmışdıq. Di gəl, özbaşına olduğu bildirilən tikinti işləri dayandırılmadı.
Bir neçə gün öncə də dövlət başçısı hökumətin iclasını keçirib, ciddi mesajlar verdi. Bu mesajların, açıqlamaların ana xəttini isə, hər çağ olduğu kimi, xalqa xidmət etmək təşkil edir. Görəsən, Nizami RİH başçısı niyə dövlət başçısının tapşırığına əhəmiyyət vermir? Axı, piyada yolunun üstündə, parklarda, ağacların, yaşıllıqların məhv edilib, yerində “qarın obyekti” tikmək xalqa xidmət yox, təhqirdir. Biz dəfələrlə yazsaq da, hələ deyirik də, kitab evinin “qutab evi” ilə, kinoteatrların ticarət obyekti ilə əvəzlənməsi xalqa SEVİNC gətirməz .
Paylaş:
Müəllif : Redaktor
Tarix:3-05-2019, 11:12
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:3-05-2019, 11:12
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti