Azərbaycandakı e-poçt istifadəçilərinə Ermənistandan “fişinq” hücumları edilir- DİQQƏT
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti Ermənistan tərəfindən Azərbaycandakı istifadəçilərin elektron poçt ünvanlarına “fişinq” hücumları qeydə alınıb.
Qurumdan verilən məlumata görə, azərbaycanlı e-poçt istifadəçilərinə guya Azərbaycan hakerləri tərəfindən düşmənə aid sənədlərin ələ keçirildiyini bildirən elektron məktublar yollanılır və əlavə olaraq giriş üçün təhlükəli keçid qeyd olunur. Keçidə daxil olduqda e-poçt hesabının istifadəçi adı və parolu istənilir.
Qeyd edək ki, həmin saxta və təhlükəli məktuba cavab olaraq məlumatlar təqdim edən hər bir poçt sahibinin fərdi məlumatları bu keçid vasitəsilə təxribatçıların əlinə keçir. Məqsəd istifadəçilərimizin fərdi məlumatlarını ələ keçirmək və təxribatçılıq əməllərini daha təhlükəli formada davam etdirməkdir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi vətəndaşlardan bir daha xahiş edir ki, hazırkı dövrdə xüsusilə ayıq davransınlar, hər məlumata etimad etməsinlər, hər hansı şübhəli keçidə daxil olmasınlar, hər hansı faylı və ya tətbiqi yükləməsinlər.
Yanlışlıqla “fişinq” keçidlərə daxil olduqda fərdi məlumatlarınızı təqdim etməyin, dərhal cihazınızı şəbəkədən ayırın, antivirus və oxşar proqramlarla skan edin, hesablarınızın şifrlərini dəyişin, məlumatlarınızın ehtiyat nüsxəsini saxlayın və baş verən insident barədə www.cert.az saytı və ya [email protected] e-poçtu vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə məlumat verin.
Paylaş:
Müəllif : Yazar
Tarix:2-10-2020, 15:35
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:2-10-2020, 15:35
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Dünən, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
28-11-2024, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
28-11-2024, 10:11