“Azərbaycan Ordusu irəliləyir və yaxın zamanlarda...” - AÇIQLAMA
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Teleqraf.com-a müsahibə verib.
RegionXəbərləri.com onunla müsahibəni təqdim edir:
- Vüqar müəllim, cəbhədə gərginlik yarandığı gündən Füzuliyə getmisiniz. Hazırda bölgədə vəziyyət necədir?
- Erməni təxribatının baş verdiyi günün səhəri rayonda idim. Burada sakinlərlə görüşmək imkanım oldu. Ümumiyyətlə, erməni təxribatı baş verdiyi andan etibarən vətəndaşların gözləntiləri də, əhval-ruhiyyəsi də kifayət qədər yüksəkdir. Xüsusən də sentyabrın 27-də ilkin xoş xəbərlərin gəlməsi vətəndaşlarımızı ruhlandırdı. Erməni silahlı qüvvələri tərəfindən kəndlərimizin, eləcə də mülki vətəndaşlarımızın hədəfə alınması halları davam edir.
İlkin olaraq sentyabrın 27-də səhər saatlarında erməni silahlı qüvvələrinin atəşi nəticəsində Alxanlı kəndində həm icra nümayəndəsinin, həm də digər bir kənd sakininin yaralanması faktı baş verdi. Buna rəğmən sakinlərin Ali Baş Komandana, eləcə də ordumuza inam və dəstəyi kifayət qədər yüksəkdir. Hətta gecə vətəndaşlarımız Füzulinin kəndlərində yolların kənarında əllərində bayraq Ali Baş Komandana və ordumuza öz dəstəklərini nümayiş etdirirdilər.
Dünən Milli Məclisin iclasına qatılmaq üçün Bakıya gəldim. Amma təbii ki, yenidən rayona qayıtmağı və öz sakinlərimizlə birlikdə olmağı düşünürəm. Bütövlükdə son durum ondan ibarətdir ki, həm Füzuli rayonu, həm Horadiz şəhəri, həm də kəndlərin erməni silahlı qüvvələri tərəfindən atəşə tutulması halları davam edir. Mülki vətəndaşlarımız arasında yaralananlar var. Amma Azərbaycan Ordusu bütövlükdə döyüş şəraitinə tam nəzarət edir. Hər halda Azərbaycan Ordusunun irəlilədiyini xüsusilə vurğulamaq lazımdır. Bizə gələn məlumatlar onu deməyə əsas verir ki, çox yaxın zamanlarda yeni xoş xəbərlərlə sevinə biləcəyik. Güman edirəm ki, bizim gözlədiyimiz yeni xoş xəbərlər yaxın zamanlarda rəsmi olaraq təsdiqini tapacaq.
- Hazırda Füzuli rayonunda döyüşlər hansı istiqamətdə gedir?
- Füzuli rayonunda döyüşlər əsasən iki istiqamətdə gedir. Birinci, Füzuli şəhəri istiqamətidir ki, Müdafiə Nazirliyi də bununla bağlı məlumat yaymışdı. Əks-hücumlar nəticəsində Füzuli rayonunun erməni işğalından azad olması Azərbaycan Ordusunun əsas hədəflərindən biridir. Eyni zamanda Füzuli, Cəbrayıl istiqamətində də döyüşlər davam edir. Rəsmi elan edildiyi kimi, bu istiqamətdə 2 kəndimiz, Füzuli şəhəri istiqamətində isə 5 kəndimiz erməni işğalından azad olunub. Hər iki istiqamətdə şiddətli döyüşlər var.
Azərbaycan Ordusu irəliləyir və bizim müşahidələr də göstərir ki, Azərbaycan ordumuz nəinki sözügedən istiqamətlərdə, bütövlükdə cəbhə xəttində və döyüş zonasında üstünlüyü davam etdirərək böyük qələbəni yaxın zamanlarda qeyd etməyimizə imkan yaradacaq.
- Sizcə, rayonun bütövlükdə işğaldan azad olması üçün əvvəlcə hansı ərazi düşməndən təmizlənməlidir?
- 1993-cü ildən Füzuli rayonu demək olar ki, tam olaraq erməni işğalı altında idi. Bir müddət sonra Azərbaycan Silahlı Qüvvələri tərəfindən ərazilərin bir hissəsi işğaldan azad olundu. Bir füzulili kimi demək istərdim ki, məhz həmin illərdə Füzuli rayonunun Horadiz şəhəri daxil olmaqla ərazilərin bir hissəsinin işğaldan azad edilməsi birbaşa Ümummilli lider Heydər Əliyevin siyasi iradəsi və Ali Baş Komandanlığı nəticəsində baş verdi. Növbəti dövrlərdə də Füzulinin işğaldan azad olunmuş kəndlərinin yenidən qurulması və infrastrukturunun inkişaf etdirilməsi həm Ümummilli liderin, həm də cənab Prezident İlham Əliyevin xüsusi diqqətində idi. Nəticə etibarilə biz azad olunmuş ərazilərimizdə infrastrukturun tam olaraq formalaşmasını müşahidə etdik.
Təbii ki, bütün füzulililər üçün çox vacib məqamlardan biri məhz Füzuli şəhərinin işğaldan azad olmasıdır. Düşünürəm ki, şəhər mərkəzi rayonun işğaldan azad olunması aspektindən həlledici faktorlardan biridir. Təbii ki, Füzuli şəhərinin işğaldan azad olması xüsusən düşmən orduya psixoloji və ideoloji zərbə kimi də qiymətləndiriləcək.
Füzuli rayonunun kəndlərinin bir hissəsi, o cümlədən doğulduğum, iki il orta məktəbdə oxuduğum kənd də işğal altındadır. Rayonun həmin kəndləri Dağlıq Qarabağa və Hadrut rayonuna yaxındır. O kəndlərin də işğaldan azad olması istiqamətində əks-hücum tədbirləri davam etdiriləcək. Nəzərə almaq lazımdır ki, Füzuli şəhərinin ətrafı Dağlıq Qarabağ, Cəbrayıl və Hadrut rayonları istiqamətində yüksəkliklər var. İnşallah, Azərbaycan Ordusu tərəfindən həmin yüksəkliklər əldə olunduqdan sonra rayona tam olaraq nəzarət etmək mümkün olacaq.
Ümumiyyətlə, Füzuli rayon olaraq Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması baxımından strateji mövqeyə malikdir. Çünki Füzulinin işğaldan tam azad olunması Cəbrayıl, Qubadlı, Zəngilan, Laçın rayonların işğaldan tam azad olması üçün şərait yaradacaq. Eyni zamandan bu, Dağlıq Qarabağ Muxtar Vilayətinə çıxış baxımından çox vacibdir. Sevindirici haldır ki, Azərbaycan Ordusu döyüş şəraitinə tam nəzarət edir, uğurlarımız var.
- Bildiyimiz kimi təxribatı nəticəsində mülki əhali də erməni hücumuna məruz qalıb. Eyni zamanda mülki əhaliyə məxsus fərdi yaşayış evləri və digər mülki obyektlər dağıdılıb. Bu baxımdan rayona dəyən ziyanın nə qədər olması barədə ilkin rəy varmı?
- Dəymiş ziyanla bağlı ilkin qiymətləndirmələr aparılır. Horadizdə qaldığım evin yaxınlığında mərmilərin düşməsi müşahidə olunurdu. Yenə də Horadiz şəhərinə və kəndlərimizə erməni silahlı qüvvələri tərəfindən atəşin açılması halları davam edir və kəndlərimiz hədəfə alınır. Amma yerli sakinlərin təhlükəsizliyinin qorunması üçün praktik olaraq bütün tədbirlər həyata keçirilib. Sığınacaqlar var və yerli sakinlər həmin sığınacaqlardan istifadə etmək imkanına malikdir.
Təəssüf ki, erməni silahlı qüvvələrinin mülki vətəndaşları və kəndləri atəşə tutması nəticəsində yaralanan və dünyasını dəyişənlərimiz var. Çox təəssüf ki, bu say artıb. Bu da beynəlxalq konvensiyalara ziddir. Çünki bütün hallarda müharibə zonasında mülki vətəndaşın hədəfə alınması yolverilməzdir. Amma müşahidələr göstərir ki, erməni silahlı qüvvələri bilərəkdən mülki vətəndaşlarımızı hədəfə alır.
Füzuli rayonunda Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin yerli nümayəndəsi ilə söhbət etdim. Komitə dəymiş ziyanın ilkin qiymətləndirməsini aparır. Amma indiki halda konkret rəqəm demək ona görə mümkün deyil ki, erməni silahlı qüvvələri tərəfindən kəndlərimizin hədəfə alınması, eləcə də mülki vətəndaşlarımızın atəşə tutulması faktı davam edir. Ona görə də güman olunur ki, bu davam etdikcə, dəymiş ziyanın məbləğində də artımlar olacaq.
Amma Azərbaycan kifayət qədər iqtisadi gücə malikdir və ölkəmiz mövcud iqtisadi potensialla erməni quldurlarının mülkü vətəndaşlarımızın əmlakına vurduğu ziyanı kompensasiya etmək imkanına malik olacaq və təbii ki, bu da həyata keçiriləcək.
- Vüqar müəllim, ermənilər tərəfindən mülki şəxslərin atəşə tutulması, onların mülklərinə dəymiş ziyan Füzuli sakinlərinə necə təsir edib?
- Baxmayaraq ki, mülki vətəndaşlarımız atəşə tutulur, eyni zamanda əmlaklarına ciddi ziyan dəyir, amma bu gün Füzulidə hamı öz kəndindədir və heç kəs rayonu tərk etməyib. Bunu canlı yayımlardan da görmək mümkündür. Xüsusən erməni təxribatı başlayandan sonra Horadiz şəhərində gəzən zaman çox sayda insanları gördüm. Onlar yaxınlaşıb Ali Baş Komandanın əmrinə uyğun olaraq əks-hücum tədbirlərində iştirak etmək üçün orduya qoşulub vətən uğrunda döyüşmək istədiklərini bildirir.
Bu baxımdan hər hansı mülki vətəndaşın atəşə tutulması və əmlaka dəyən ziyan heç bir halda vətənpərvərliyə və əhval-ruhiyyəyə təsir etməyib. Füzuli sakinləri hamılıqla rayondadır. Sözsüz ki, burada təhlükəsizliyin qorunması ilə bağlı tədbirlər həyata keçirilir və bu, davam etdiriləcək. Xüsusən yaşlı sakinlərimizin, xanımların və uşaqların təhlükəsizliyinin qorunması çox vacibdir. Bu istiqamətdə də tədbirlər görülür.
Bu gün Füzulidə olan hər bir sakin ordu üçün, qələbə üçün nəsə etməyə çalışır. Baxmayaraq ki, ordumuzun ərzaq, o cümlədən dərman təminatında hər hansı bir problem yoxdur, amma sakinlər mənə yaxınlaşıb orduya ərzaq, siqaret və ya dərman preparatını almaq istədiklərini bildirirlər. Məncə, bu, ümumi birliyi göstərən əyani bir misaldır.
İki gün öncə yaralılara baş çəkmək üçün xəstəxanaya getmişdim. Orada baş həkim qeyd etdi ki, yarası yüngül olan əsgərlərə sarğı qoyulduqdan sonra onlara bir neçə gün qalıb dincəlmək və yaralarının tam sağalmasını təklif etdik. Hətta bəzi hallarda həkimlər israr ediblər. Bütün bunlara rəğmən, əsgərlərimiz könüllü şəkildə yenidən döyüş bölgəsinə qayıtmağa və öz əsgər yoldaşlarının yanında olmağa üstünlük verirlər. Demək olar ki, yüngül yarası olan bütün əsgərlərimiz ilkin tibbi xidmət aldıqdan sonra yenidən döyüş xəttinə qayıdıblar.
Baş həkim bildirdi ki, Horadiz şəhərində yerləşən xəstəxananın yanında özəl aptek var. Həmin özəl sahibkar ilk gündən aptekin açarlarını baş həkimə təqdim edib ki, hansısa dərmana ehtiyac olarsa, pulsuz olaraq istənilən qədər götürülsün.
Bütün bunlar onu göstərir ki, ordu intizamlıdır, orduda və vətəndaşlar arasında vətənpərvərlik və birlik hissi kifayət qədər yüksəkdir. Hər bir vətəndaşımız, eləcə də Füzuli sakinləri orduda olub döyüşdə iştirak etmək istəyir. Mənə başqa bölgələrdən də mütəmadi zənglər gəlir. Vətəndaşlarımız soruşur ki, hansı dəstək göstərə bilərlər, nəyə ehtiyac var. Azərbaycan xalqı Ali Baş Komandanın yanında sıx birləşib. Vahid komandanlıq, nizamlı ordu və əhali arasındakı yüksək vətənpərvərlik birmənalı şəkildə deməyə imkan verir ki, Azərbaycan Ordusu çox qısa zamanda yeni qələbələrə imza atacaq.
- Bəs Ermənistan iqtisadiyyatı Azərbaycanla uzun müddət müharibə aparmağa nə qədər davam gətirəcək?
- Bütövlükdə Azərbaycan iqtisadiyyatı müharibəni qələbəyədək heç bir çətinlik olmadan aparmağa imkan verir. Yəni Azərbaycanın iqtisadi potensialı kifayət qədər yüksəkdir. Hazırda dövlət rezervlərimiz 43 milyard dollardan çoxdur, eyni zamanda biz əvvəlki illərdə də Azərbaycan Ordusunun maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı işləri genişləndirmişik. Son illər illik olaraq 3 milyard manatdan artıq vəsait birbaşa müdafiə qabiliyyətinin gücləndirilməsi üçün büdcədən ayrılıb. Bu da təbii ki, ordumuzun maddi-texniki bazasının möhkəmlənməsinə imkan verib.
Pandemiya xarici faktor olaraq Azərbaycan iqtisadiyyatına təsir etdi. Amma nəzərə almaq lazımdır ki, Azərbaycan iqtisadiyyatına pandemiyanın təsirləri məqbul səviyyədə oldu.
Sonrakı dövrlərdə neftin dünya bazar qiymətinin sabitləşməsi, iqtisadi aktivliyin bərpa edilməsi, iqtisadi açılım yenidən real sektorun canlanmasına gətirib çıxardı. Bir faktı qeyd etmək lazımdır ki, istər pandemiya dövründə, istərsə də karantin tədbirlərinin tətbiq olunduğu müddətdə Azərbaycan heç bir sosial layihəni ixtisara salmayıbsa, deməli, bu iqtisadi güc Azərbaycana qələbəyədək ordunu və vətəndaşları dəstəkləməyə imkan verəcək. Qələbədən sonra da işğal olunmuş torpaqlarımızda şəhər və kəndlərin yenidən bərpa edilməsini və infrastrukturun yenidən qurulmasını müşahidə edə biləcəyik.
Artıq Ermənistan iqtisadiyyatı öz ordusunun məğlubiyyətinə reaksiya verir. Ermənistan milli valyutasının məzənnəsində azalmalar var. Həmçinin Ermənistan iqtisadiyyatı nəinki pandemiya, hətta ondan əvvəlki dövrlərdə belə, regionun ən zəif iqtisadiyyatı hesab olunur. Rəsmi statistikada işsizlik səviyyəsi 25 faizə yaxındır və bu, beynəlxalq hesabatlarda daha yüksək göstəricidir. Xüsusən gənclər arasında işsizlik səviyyəsi kifayət qədər yüksəkdir. Rəsmi statistikada yoxsulluq səviyyəsi 20 faizdən artıq göstərilir. Beynəlxalq hesabatlarda Ermənistanda hər 3 nəfərdən birinin yoxsul olduğu qeyd olunur. Yəni Ermənistan iqtisadiyyatının vəziyyəti pandemiyadan öncə də acınacaqlı idi.
Əslində Ermənistan iqtisadi baxımdan müharibədə uduzur. İnşallah Azərbaycan Ordusu qələbə qazandıqdan sonra da Ermənistan iqtisadiyyatının çökmə prosesinin davam etməsi gözlənilir. Azərbaycan ideoloji, nizamlı ordu, hərbi güc və eləcə də iqtisadi güc baxımdan Ermənistanı dəfələrlə üstələyir.
Bu gün vətəndaşlarımızın bir araya gəlib orduya könüllü getmək üçün xahiş etməsini müşahidə edirik. Amma Ermənistanda bunun əksi gedir. Bu gün erməni hərbiçisi döyüşməmək üçün xidmət yerindən qaçır. Bu baxımdan Azərbaycan hərtərəfli şəkildə üstünlüyə malikdir və əminəm ki, bizim nizamlı və güclü ordumuz çox qısa zamanda bu üstünlüyü qələbəyə çevirə biləcək.
Paylaş:
Müəllif : Fuad
Tarix:1-10-2020, 22:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:1-10-2020, 22:26
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01