“İcra Hakimiyyəti rəsmiləri Rahil Babayevə gizli himayədarlıq edirlər” - NARAZILIQ...
80 yaşlı Əzizəxanım Atayeva və 91 yaşlı Xumara Şabanova Bakı Şəhər Prokurorluğu qarşısında etiraz aksiyası keçiriblər. Ahıl qadınlar torpaqlarının zəbt olunmasına etirazlarını bildirmək üçün Bakı Şəhər Prokurorluğu önünə gedib, işin bu qurumda araşdırılmasını tələb ediblər. Ahıl qadınlar “Torpaq mafiyasına son!”, “Kasıbın başını əzməzlər!” “Halal torpaqları qaytarın!” “Daşqın Nəsirov, Yaqub Hüseynov” sözləri yazılmış transparantlar tutublar. Aksiyada ahıl qadınların övladları da iştirak edib.
“İcra Hakimiyyəti rəsmiləri Rahil Babayevə gizli himayədarlıq edirlər”
“Yeni Müsavat” xatırladır ki, Xəzər Rayon İcra Hakimiyyətinin Başçısının Türkan qəsəbəsi üzrə nümayəndəsi Rahil Babayev Türkan qəsəbə sakinləri olan ahıl qadınların ailə tərkibləri haqda saxta arayışlar verib. Bundan başqa, hər iki qadının ürək çatışmazlığı diaqnozundan ölməsi haqda saxta ölüm haqda şəhadətnamələr düzəldilib. Həmin ölüm şəhadətnamələrinə görə Xumara Şabanova 2007-ci, Əzizəxanım Atayeva isə 2014-cü ildə “dünyadan köçüblər”. Bu saxtakarlıq qadınların mülkiyyətlərində olan torpaq sahələrinin ələ keçirilməsi və satılması məqsədi ilə həyata keçirilib. İşdə icra nümayəndəsi Rahil Babayevin yaxını kimi tanınan dəllal Çingiz Səfərov və Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirov da iştirak ediblər. Böyük cinayət əməlinə “Bridge Plaza” sahibi Yaqub Hüseynovun, onun qardaşı Rauf Hüseynovun da adı qarışıb. Daşqın Nəsirov torpaq sahələrini iş adamının adına keçirib.
Əzizəxanım Atayeva, Xumara Şabanova Xəzər Rayon İcra Hakimiyyəti rəsmilərinin Rahil Babayevə gizli himayədarlıq etdiklərini dilə gətiriblər.
“Onlar Türkanda prokurorluğa, polisə çayxanaya gedirmişlər kimi gedirlər”
Qadınlar deyiblər ki, Rahil Babayevin onlara qarşı atdığı cinayətə bərabər addımların araşdırılmaması onun himayə olunması ilə əlaqədardır.
“Yalandan deyirlər ki, araşdırırıq. Heç nə araşdırmırlar. Hacı Rahil də, Daşqın da, Çingiz Xeyrəli oğlu da Türkanda at oynadırlar. Onlar Türkanda prokurorluğa, polisə çayxanaya gedirmişlər kimi gedirlər. Bu adamların bizə qarşı etdiklərini heç kim araşdırmayacaq. Çünki Türkanda ”əl-əli yuyur, əl də üzü" - 91 yaşlı Xumara Şabanova belə deyir.
“Onlardan pul alıb bizim övladlarımızın haqqını yeyənlərin də axırı yaxşı olmayacaq”
Əlavə edir ki, onlara qarşı cinayət araşdırılmalıdır: “Prezident deyir, xalqın, camaatın qeydinə qalın. Bunlar bizi kandardan yola salırlar. Bizi bu yaşımızda polis-prokurorluq qapısında qoyublar. Qulağımıza da çatır ki, bu iş onlar ölüb gedincədir, sonra da araşdırılmayacaq. Allah bizim haqqımızı yerdə qoymaz. Onlardan pul alıb övladlarımızın haqqını yeyənlərin axırı da yaxşı olmayacaq. Mehriban xanım Əliyevaya müraciət edirik ki, bizə qarşı cinayətin araşdırılmasına göstəriş versin. Belə şey olar?!”.
İki dəfə Baş Prokurorluqda olublar və nəticəsizlik...
Türkan qəsəbəsində “öldürülən” ahıl qadınlar - 80 yaşlı Əzizəxanım Atayeva və 91 yaşlı Xumara Şabanova baş verən qanunsuzluqlarla bağlı iki dəfə Baş Prokurorluqda olublar. Hazırda Türkanda hər kəs torpaqları zəbt edib satan cinayətkar şəbəkənin nə vaxt həbs olunacağını səbirsizliklə gözləyir. Ancaq hüquq mühafizə orqanları böyük bir cinayət ortada ikən baş verənlərlə bağlı cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar verib. Bu qərardan narazı qalan Əzizəxanım Atayeva və Xumara Şabanova Baş Prokurorluqda olublar. Ahıl qadınlar tələb ediblər ki, onlara qarşı baş verən cinayət Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılsın. Əzizəxanım Atayeva deyib ki, ona və qohumu Xumara Şabanovanın adına çıxarılan və saxtalığı göz önündə olan ölüm haqda şəhadətnamələrdə Rahil Babayevin imzası var. Bundan başqa, onların ailə tərkibi haqda saxta arayışlar da Rahil Babayevin imzası ilə verilib. Hüquqşünaslar deyir ki, Rahil Babayev vəzifəli şəxs olduğu üçün onun vəzifə səlahiyyətlərindən istifadə etməklə cinayət törətməsi ehtimalları, faktları prokurorluq orqanında araşdırılmalıdır. Əzizəxanım Atayeva bu haqda Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili İdarəsinin prokuroruna rəsmi qaydada şikayətini təqdim edib. Zərərçəkən ona və övladlarına qarşı hədələrin olduğunu, susmayacaqları, şikayətlərini davam etdirəcəkləri zaman başlarına işlər gələcəyi təhdidi aldığını da bildirib. Tələb edib ki, onlara qarşı baş verən cinayətlərin tam və hərtərəfli araşdırılması üçün baş prokuror Kamran Əliyev tərəfindən nəzarətə götürülsün, cinayət əməlləri Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılsın. Baş prokurora ünvanlanan və qəbul şöbəsinə təqdim edilən müraciətdə vəzifə saxtakarlığına yol vermiş Xəzər rayonu üzrə qəsəbə nümayəndəsi Rahil Babayevin qanunsuzluqlarının prokurorluqda araşdırılması və işi baş prokurorun şəxsi nəzarətinə götürməsi xahiş olunur:
“Rahil Babayev 2 ədəd saxta arayış verib. Hər şey həmin arayışlardan başlayıb və bu arayışlar əsasında eyni üsulla, torpaqlar aidiyyəti olmayan şəxslərin adına saxtalaşdırılaraq eyni gündə Daşqın Nəsirov tərəfindən satılıb...”
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:26-09-2020, 10:05
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:26-09-2020, 10:05
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11