“BİNƏ”də ALVER GEDİR, “SƏDƏRƏK”ə BURAXMIRLAR..." – Fotolar + VİDEO (Yenilənib)
“Bir müddətdir ki, “Binə” Ticarət Mərkəzi açıq şəkildə fəaliyyət göstərir, mağazalarda alver gedir, ancaq “Sədərək” Ticarət Mərkəzinə sahibkarların daxil olmasına belə imkan vermirlər".
Bu məlumat “Sədərək” Ticarət Mərkəzində alver edən bir qrup sahibkar tərəfindən “AzPolitika.info”-ya gödərilən müraciətdə əks olunub.
Mağaza sahibləri dediklərinin təsdiqi üçün müraciətlərinə “Binə” və “Sədərək”dən çəkilmiş video və fotoları da əlavə ediblər.
Sahibkarlar bu cür ikili münasibətin səbəbini anlamadıqlarını qeyd edirlər. Eyni zamanda işləmədikləri halda “Sədərək” Ticarət Mərkəzinin rəhbərliyini (sahibi Yusif Qədimovdur-red.) onlardan aylıq haqq tələb etməkdə ittiham edirlər: “İçəri girməyə imkan verilməsə də, mağaza sahiblərindən aylıq ödənişlər tələb olunur. Ayın 1-dən bir daha xəbərdarlıq olunub ki, hamı aylıq ödənişləri versin. Bəzi mağaza sahibləri hansısa iş üçün təkcə özləri mağazaya daxil olmaq istədikdə, aylıq ödənişi vermədiklərinə görə buraxılmırlar. Yalnız rəhbərliyin tapşırığı ilə bəzilərini içəri buraxırlar.
Bunlara etiraz olaraq bir neçə gün qabaq votsapda qeyd olunanlara sahibkarların etirazını əks etdirən səs yazısı yayılıb. Buna görə də Ticarət Mərkəzinə mühafizə xidmətindən əlavə polis də cəlb edilərək, nəzarət gücləndirilib.
İndi də dezinfeksiya işləri aparıldığı bəhanə edilir, mağaza sahiblərini də içəri buraxmırlar. Lakin içəridə heç bir dezinfeksiya işləri aparılmır. Əgər dizinfeksiya işləri aparılırsa, bu, niyə yalnız “Sədərək”də həyata keçirilir, “Binə”yə şamil olunmur?”
Qeyd olunan məsələ ilə bağlı "AzPolitika.info"ya açıqlama verən “Sədərək” Ticarət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Kəmaləddin Qədim bildirdi ki, Nazirlər Kabinetinin qərarına uyğun olaraq hazırda fəaliyyət göstərmirlər: "Bildiyiniz kimi, Nazirlər Kabinetinin qərarı ilə ölkədə iri ticarət mərkəzlərinin fəaliyyət göstərməsi qadağan edilib. “Sədərək” Ticarət Mərkəzində də bu qərara əməl edilir. Mərkəzdə yalnız onlayn satışa icazəsi olan mağazaların fəaliyyətinə icazə verilib. İcazəsi olmayan və ya icazəsi bitən mağazaların açılması qadağan edilib. Fəaliyyət göstərməyən mağazaların sahiblərindən aylıq ödəniş tələb edilməsi isə absurd olardı. Buna görə də o iddialar həqiqəti əks etdirmir".
Kəmaləddin Qədim qeyd etdi ki, Ticarət Mərkəzində mağazalarla yanaşı sahibkarların anbarları da var: " Hansı ki bu sahibkarların şəhərin başqa ərazilərində mağazaları var və onları malla təımin etmək üçün bu anbarlardan istifadə edirlər. Həmin sahibkarlardan anbarlardan istifadəyə görə icarə haqqı alınır. Başqa iddialar doğru deyil."
Kəmaləddin Qədim sonda ölkədə yeni tədris ilinin başlamasını nəzərə alaraq, “Sədərək” Ticarət Mərkəzinin də fəaliyyətinə icazə verilməsinin zəruri olduğunu vurğuladı
Onu da qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə hazırda ölkədə iri ticarət mərkəzlərinin fəaliyyət göstərməsi qadağan edilib. Operativ Qərargahın son iclasında da iri ticarət mərkəzlərinin açılmasının hələlik gündəmdə olmadığı bildirilib.
Maraqlıdır, bu halda “Binə” Ticarət Mərkəzi necə fəaliyyət göstərir?
Paylaş:
Müəllif : Fuad
Tarix:1-09-2020, 20:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:1-09-2020, 20:31
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11