Keçmiş deputat Elxan Süleymanova ibrət dərsi
"Heç kəs Qanundan üstün deyil, Qanunlar hamı üçün eynidir".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev. Bu il avqustun 7-də deputat Fazil Mustafanın Parlamentdə Göyçayla bağlı çıxışı və səhəri gün bəzi sosial mediadakı yazısı məni bir qədər məyus etmişdi. Görəsən cənab deputatın belə alovlu çıxışı hardan qaynaqlanırdı?? Deputat Fazil Mustafanın Ali kürsüdən milli və dövlət maraqlarından üstün tutduğu kooperativ maraqlara hesablanmış "Göyçayın İcra başçısı sahibkarlara divan tutur, məhkəmə qərarlarını heçə sayır və s." kimi pafoslu çıxışı əslində Göyçayda heç kəsin tanımadığı və qanunsuz olaraq 5 hektardan artıq Dövlət torpağını zəbt etmiş xanım "sahibkar" Xəlilova Məhluqə Rəhman qızının müdafiəsinə yox, keçmiş həmkarı, 10 il Azərbaycan Respublikasın Milli Məclisinin deputatı olmuş Elxan Süleymanovun hay-küylü müdafiəsindən başqa bir şey deyildi.
Haqqında bəhs edilən qanunsuz olaraq zəbt edilmiş torpaq sahəsi isə heç də deputat Fazil Mustafanın dediyi kimi "sahibkar" xanım Məhluqə Xəlilovaya yox, onun yaxın qohumu, 10 il Şamaxıdan deputat olmuş 82 yaşlı Elxan Süleymanova məxsusdur. Hazırda keçmiş deputat E.Süleymanov Göyçay çayının dəyişdirilmiş yatağının nə az, nə çox, düz 5 hektardan artıq bir hissəsini qanunsuz olaraq zəbt etmiş və oranı dəmir şiferlə hasarlayaraq müxtəlif meyvə ağacları əkmişdir. Həmin dəmir çiferlə hasarlanmış təxminən 11,5 hektardan artıq ərazinin 6,5 ha. hissəsi sənəd üzrə Məhluqə Xəlilovanın adına qeydiyyata alınsa da, qalan 5 ha. torpaq sahəsi dövlət torpaq fonduna aid olaraq zəbt edilmiş torpaq sahəsidir. Bir daha qeyd edirəm ki, zəbt edilmiş 5 ha. dövlətə məxsus torpaq sahəsində salınmış meyvə bağı xanım "sahibkar" Məhluqə Xəlilovanın adına olsa da əslində Göyçayda hamı çox yaxçı bilir ki, həmin ərazilər keçmiş deputat Elxan Süleymanova məxsusdur.
Nəzərinizə çatdırım ki, Göyçay şəhərinin şimal hissəsində Göyçay çayının sağ sahilində yerləşən keçmiş çay yatağının bir hissəsi dəyişdirilərək yenidən qurulmuş, çayın keçmiş yatağı dövlət vəsaiti hesabına torpaqlanmışdır.
Biz Göyçay rayon "İctimai Nəzarət" komissiyası olaraq Göyçay şəhər əhalisinin istirahətini səmərəli təşkil etmək məqsədi ilə Göyçay çayının torpaqlanmış boş dövlət torpağı hissəsində bulvar, istirahət parkının salınmasına köməklik göstərilməsi üçün dövlət başçısı cənab İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya, Baş nazir cənab Əli Əsədova və Göyçay rayon İcra Hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadəyə məktub ünvanlamışdıq. Azərbaycan Respublikası Prezident administrasiyasından Prezidentin köməkçisi, Dövlət Nəzarəti şöbəsinin sədri cənab Kərəm Həsənovun imzası ilə Göyçay rayon İcra Hakimiyyəti başçısına ünvanlanmış məktubda Göyçay rayon "İctimai Nəzarət" komissiyasının təşəbbüsünə müsbət cavab verilmiş və zəbt olunmuş torpaq sahəsinin boşaldılması rayon İcra Hakinmiyyətinin başçısına həvalə olunmuşdur.
Hörmətli Elxan müəllim, nəzərinizə çatdırım ki, Sizdən fərqli olaraq Göyçayın öz halal biznesi ilə pul qazanan iş adamı Fərhad Teymur oğlu Əhmədov 120 minlik Göyçay əhalisinin istirahətinin və sağlamlığının səmərəli təşkil edilməsi üçün öz şəxsi vəsaitindən külli miqdarda vəsait xərcləyib Göyçay şəhər stadionunu respublikamızın ən yaxşı stadionları səviyyəsinə qaldırdı. İndi əgər imkan tapıb bircə dəfə də olsa yolunuzu həmin şəhər stadionuna salsanız isti yay günlərində axşamlar rayonumuzun qız-gəlinləri, ağsaqqal-ağbirçəkləri, gəncləri, analar öz uşaqları ilə hər axşam yüksək səviyyədə səliqə-sahmana salınmış stadionda necə dincəldiklərinin canlı şahidi olardınız. Cənab F.Əhmədov külli miqdarda şəxsi vəsaitini xərcləyib şəhər stadionunuyüksək səviyyədə yenidən qurmaqla yanaşı, şəhər 2 saylı tam orta məktəbini, Göyçay rayonunun Potu kənd tam orta məktəbinin yüksək səviyyədə təmir olunmasında da şəxsi vəsaitini xərcləməkdə heç bir tərəddüd göstərmədi.
Rayonumuzun digər Rusiya Federasiyasında iş adamı seyid Vahid adlı sahibkarı neçə-neçə imkanslz göyçylının evinin yenidən tikilməsinə şəxsi vəsaitini xərclədi.
Rusiyada sahibkarlıq fəaliyyəti ilə məşğul olub halal pul qazanan daha bir həmyerlimiz hacı Tahir doğulduğu Göyçay rayonunun İnçə kəndində kənd sakinləri üçün bir neçə xeyirxah işlərlə məşğul oldu.
Doğrusu mən heç vaxt həmin iş adamlarından nə Fərhad Əhmədovun, nə seyid Vahidin, nə də ki, hacı Tahirin üzünü görməmişəm, nə də heç bir yaxın münasibətim olmayıb. Şəhərdə onlarla üz-üzə gəlsəm belə onları tanımaram. Amma yaxşı hər yerdə yaxşıdır. Yaxşını təbliğ etmək, "Allah min əvəzini versin" demək hər birimizin insanlıq borcudur.
Cənab Elxan Süleymanov, bəs Siz illər uzunu dövlətdən topladığınız milyonlardan bu xalq üçün nə etdiniz, hansı xeyirxah iş gördünüz, hansı yetimin, kimsəsizin başına sığal çəkdiniz?? Bəlkə Göyşaydakı internat məktəbində müəllimlərin, dövlətin ümidinə qalan yetim uşaqların birinə bir corab, bir şalvar və ya isti paltar aldınız??? Nə isə almayın, etməyin, heç lazım da deyil.
Gördünüzmü adlarını çəkdiyim iş adamları öz şəxsi vəsaitləri ilə Göyçayda nələr etdilər. Amma Siz cənab Süleymanov, qanunsuz olaraq zəbt etdiyiniz 5 ha. torpaq nə olan şey idi ki, onu bu xalqa qıymadınız, öz biznesinizi daha da artırmaq üçün badam bağı salıb daha çox pul qazanmaq istədiniz.
Göyçay Rayon İcra Hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə rayon sakinlərinin çoxsaylı müraciətlərini və Göyçay "İctimai Nəzarət" komissiyasının Göyçay çayının məcrasının dəyişdirilmiş boş torpaq sahəsində rayon əhalisi üçün bulvar, istirahət parkı salınması təklifini müsbət qarşılayıb, əhali ilə həmrəylik nümayiş etdirdiyi bir vaxtda Siz cənab Süleymanov, zəbt etdiyiniz dövlət torpağını boşaltmamaqla, əslində xalqın iradəsinin əleyhinə getdiniz.
H Cənab Süleymanov, hazırda qanunsuz zəbt etdiyiniz və dəmir şiferlə hasarladığınız torpaq sahəsinin hasarını söküb 60 metr içəriyə doğru çəkməyiniz nə əhəmiyyət kəsb edir ki?? Neləyək, eybi yoxdu, hamısı Sizin olsun, lap zəbt etdiyiniz ərazinin dəmir şiferlərini söküb bir qədər də qabağa çəkin, bir qədər də artıq torpaq zəbt edin, nə olacaq ki?
Son olaraq, cənab Fazil Mustafa, təəssüf ki, bir dəfə də Göyçayda olub, əhalinin fikrini öyrənmədiyiniz, keçmiş deputat həmkarınızın qanunsuz olaraq zəbt etdiyi ərazini boşaltmağı ondan tələb etmədiyiniz halda parlament tribunaslndanmilli və dövlət maraqlarını bir kənara qoyub, kooperativ maraqlardan çıxış edərək "sahibkar"qayğısına qalmaq kimi nitqiniz məncə qərəzdən və bir tərəfli mövqedən başqa bir şey deyildi.
Bir daha deyirəm, kimliyindən, himayədarlarının kimliyindən aslı olmayaraq hər kəs qanun qarşısında bərabərdir və heç kəsin mənəmliyinə, hegomonluğuna yol verilmir.
Hüquq müdafiəçisi, müəllim, keçmiş deputatlığa namizədİlqar Məhərrəmli
Paylaş:
Müəllif : Fuad
Tarix:27-08-2020, 21:08
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:27-08-2020, 21:08
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11