Ramiz Mehdiyevin bu videosu ELM TV-dən silindi - Nazirlər AMEA-ya niyə gediblər?
Son günlər Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin qurumun rəsmi saytının “Elanlar” bölməsindən öz açıqlamalarını yayımlaması birmənalı qarşılanmayıb.
AMEA-ya və elmə aidiyyatı olmayan, eyni zamanda, mübahisə doğuran açıqlamaların ELM.AZ saytından yayımlanmasına etiraz edənlər az deyil. Ancaq istənilən halda Mehdiyevin bu açıqlamaları daha çox ziyarətçinin sayta daxil olmasına yol açır.
Yenicag.az xəbər verir ki, sözügedən saytın “Xəbərlər” və “Elanlar” bölmələri Ramiz Mehdiyevin AMEA-ya gəlişindən sonra xeyli genişləndirilib.
Aylarla heç bir xəbər yerləşdirilməyən həmin bölmələrdə indi az qala hər gün yeni xəbər qoyulur. ELM.AZ saytı ilə yanaşı Akademiyanın ELM.TV domeni də fəaliyyət göstərir. Xüsusilə, AMEA prezidentinə aid xəbərlər bu portalda video formatında təqdim olunur.
Maraqlıdır ki, əksər videolar həmin saytda yerləşdirilsə də, “AMEA Rəyasət Heyətində bir sıra dövlət rəsmiləri ilə görüş keçirilib” başlıqlı xəbərin videosu resursdan silinib.
ELM.AZ-dan xəbər tuturuq ki, həmin görüşdə Azərbaycan Respublikası Prezidentinin İqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirov, maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev iştirak edib.
Xəbərdən sitatlar:
– Rəyasət Heyəti üzvlərinin iştirak etdiyi tədbirdə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev dövlət rəsmilərini salamlayaraq, son aylar AMEA-da aparılan islahatlar, struktur dəyişiklikləri, yenidənqurma işləri, eləcə də perspektivdə görüləcək işlər barədə ətraflı məlumat verib.
– Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov Azərbaycanda aparılan elmi-tədqiqat işlərinin böyük əhəmiyyət kəsb etdiyini bildirərək, AMEA alimlərinin ölkənin sosial-iqtisadi inkişafında rolundan danışıb, taleyüklü məsələlərdə ölkə alimlərinin yaxından iştirakının vacibliyini diqqətə çatdırıb.
Maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev də AMEA Rəyasət Heyətinin üzvləri tərəfindən səsləndirilən təklif və mülahizələrə münasibətlərini bildiriblər. Dövlət rəsmiləri Akademiyanın 29 dekabr 2019-cu ildə keçirilən Ümumi yığıncağında qəbul edilmiş AMEA-nın 2020-2025-ci illər üzrə İnkişaf proqramının bu qurumun həyatında əhəmiyyətli dönüş yaradacağına, eləcə də ölkə elminin inkişafına mühüm töhfələr verəcəyinə əminliklərini ifadə ediblər.
– AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Rəyasət Heyətinin üzvləri adından dövlət rəsmilərinə minnətdarlığını bildirib, rəhbərlik etdiyi elm ocağının müxtəlif dövlət qurumları ilə əlaqələrinin genişləndirilməsinin son dərəcə vacib olduğunu qeyd edib.
O, bütün sahələrdə, xüsusilə, ölkənin sosial-iqtisadi inkişafında AMEA alimlərinin səmərəli elmi-tədqiqat işlərinin tətbiqinin əhəmiyyətli olduğunu deyib. Maraqlıdır ki, xəbər ELM.AZ saytında qalsa da, videosu ELM.TV-dən silinib. Videonun silinməsi kimi, yüksək vəzifə sahiblərinin yenə də belə TOPLANTIlara qatılıb-qatılmayacağı artıq böyük sual altındadır.
Paylaş:
Müəllif : Yazar
Tarix:26-08-2020, 17:48
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:26-08-2020, 17:48
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
29-11-2024, 12:38
Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
29-11-2024, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
29-11-2024, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |