Qanlı müharibəni bitirən qətl: Yeni lider Lotu Arif ola bilər...
Azərbaycanlı “oğru” Nadir Səlifovun (Lotu Quli) qətli ilə bağlı müxtəlif versiyalar səsləndirilir. Yenisabah.az xəbər verir ki, onların içində ən populyarı bu qəsdin qisas əməliyyatı olması barədədir.
Güman edilir ki, Lotu Quli 4 il əvvəl Türkiyədə qətlə yetirilən “oğru” Rövşən Canıyevin (Rövşən Lənkəranski) qisasını almaq məqsədilə qətlə yetirlib. Rövşən Lənkəranski 2016-cı il avqustun 18-də öldürülüb. Nadir Səlifovun qətli onun ölümünün 4-cü ildönümüdən bir gün sonraya təsadüf edir. Lotu Qulinin qisas məqsədilə Rövşən Lənkəranskinin tərəfdarları tərəfindən öldürülə biləcəyi versiyasının populyar olması da buna görədir. Bu versiya ortaya atıldıqdan sonra məlumat yayıldı ki, Rövşən Canıyevin əmisi oğlu Zaur Əhmədov Nadir Səlifovu öldürən Xaqani Zeynalova (Xan Əhmədlinski) 4 milyon dollar qonorar verib.
“İnstagram”da isə “qaqaş_011_” nikname-li profil Lotu Qulinin qətlindən 4 gün əvvəl Rövşən Lənkəranskinin fotosunu paylaşaraq “Tarixə yazılacaq qisas günü yaxınlaşır, inşallah” yazıb.
Rövşən Lənkəranskinin yaxınları isə iddiaları təkzib edir. Konkret olaraq mərhum “oğru”nun qardaşı Namiq Canıyev bu hadisənin qisas əməliyyatı olması barədə deyilənləri bölüşməyib. O əlavə edib ki, Rövşən Lənkəranski ilə Lotu Quli dost olub.
Quli və Rövşən duellosunun tarixi
Rövşən Lənkəranski kriminal aləmin ən güclü liderlərindən biri olub. Mərhum “oğru” Mirseymur Abdullayev (Nardaranlı Mirseymur) kriminal iyerarxiyanın ən yüksək tituluna layiq görülünə Rövşən Lənkəranski cəsarətinə görə digərlərindən fərqlənib. Təsadüfi deyil ki, məhz o, Naradaranlı Mirseymurla konfliktdə olan kriminalitetlərin cəzalandırılması əməliyyatlarına rəhbərlik edib.
2003-cü ildə Nardaranlı Mirseymurla “oğru” Otar Bədəlov (Otar Marneulski) arasında mübahisə yaranıb. Bu mübahisədən bir neçə gün sonra Otra Marneulski Moskvada restoranların birində güllələnərək öldürülüb.
Bu hadisə Nardaranlı Mirseymurun aktivinə yazılıb. Bu hadisə Azərbaycanın kriminal dünyasında bu günə qədər davam edən qarşıdurmanın əsasını qoyub. Məsələ burasındadır ki, Otar Marneulski Lotu Qulinin dostu olub. Nadir Səlifova gürcü dilində “ürək” mənasını verən “Quli” ləqəbini də Otar Bədəlovun verdiyi bildirilib. Kifayət qədər nüfuz sahibi olan Otar Marneulski Lotu Qulinin kriminal aləmdə irəliləməsinə təkan verən əsas şəxslərdən biridir. Deyilənlərə görə, onun qətli Nadir Səlifovun Nardaranlı Mirseymura və onun ətrafına münasibəti kəskinləşdirib. Beləliklə, avtomatik olaraq Rövşən Lənkəranski də Lotu Qulinin arzuolunmaz hesab etdiyi şəxslərdən birinə çevrilib.
Bu hadisədən sonra Nadir Səlifovla mərhum “oğru” Hikmət Muxtarov (Sabirabadlı Hikmət) arasında münaqişə yaranıb. İddia olunur ki, Lotu Quli Sabirabadlı Hikmətə əl qaldırıb. Azərbaycanın kriminal əfsanəsi hesab edilən Bəxtiyar Kərimovun (Lotu Bəxtiyar, Batya) ölümündən sonra azərbaycanlı “oğrular” Hikmət Muxtarovu “böyük qardaş” kimi qəbul edirdilər. Deməli, Nadir Səlifov “oğru” kimi Hikmət Muxtarovla eyni statusda olsa da, “böyük qardaş”a əl qaldırmış olub. Bu olay Lotu Qulinin kriminal həyatını çətinləşdirib. Sabirabadlı Hikmət azadlığa buraxılandan sonra bu məsələ nüfuzlu “oğrular” arasında müzakirə edilib və Nadir Səlifovun titulunun alınması qərarına gəlinib.
Bildirilir ki, Azərbaycandakı bütün həbsxanalara 9 “oğru”nun imzası ilə Lotu Qulinin artıq “oğru” olmadığı barədə “malyava” göndərilib. Bu hadisə həbsxanaları də iki yerə bölüb. Çünki Nadir Səlifov qərarla razılaşmayıb. Onun əsas arqumenti “sxodka”da özünün iştirak etməməsi olub. Oğru qaydalarına görə ittiham olunan tərəf də “sxodka”ya qatılmalı dinlənilməlidir. Qarşı tərəf isə ortada Hikmət Muxtarov kimi nüfuzlu “oğru”nun sözü olduğunu əsas gətirərək Lotu Qulinin dinlənilməsinə ehtiyac duymayıb.
Beləliklə, 2003-cü ildən başlayaraq Azərbaycanın kriminal dünyasında qanlı toqquşmalar başlayıb. Lotu Quli titulunu qorumaq üçün bütün gücünü səfərbər edib. Gürcü “oğruları”nın da bu məsələdə Nadir Səlifova dəstək verdiyi deyilir. Hikmət Muxtarov öldükdən sonra Azərbaycan “oğruları” Məmməd Hüseynovu (Masallı Mamed) lider kimi qəbul ediblər. Masallı Mamed dünyasını dəyişəndən sonra bu boşluğu Rövşən Lənkəranski doldurub. O özündən əvvəlki “böyük qardaş”ların qərarına sona qədər əməl edib. Hikmət Muxtarov və Masallı Mamedin ölümündən sonra Lotu Quli ilə bağlı mövqeyinə korrektə bir neçə “oğru”nun titulunu əlindən alıb. Bütün bunlar isə Nadir Səlifovla Rövşən Canıyev arasındakı münaqişəni düşmənçiliyə çevrilməsinə səbəb olub. Kriminal dünya “rövşənçilər” və “quluçular”ın qanlı qarşıdurmaları müşayiət olunub. Nəhayət, 2016-cı il avqustun 18-də Rövşən Lənkəranski Türkiyədə qətlə yetirlib. Tərəfdarları dərhal olayın Nadir Səlifovu sifarişi ilə baş verdiyi qənaətinə gəliblər və qisas almağə qarşılarına məqsəd qoyublar. Rövşən Canıyevin ölümündən bir müddət sonra qardaşı Namiq Canıyev Türkiyədə həbs edilib. O Nadir Səlifova sui-qəsd cəhdində ittiham olunub. Az sonra azadlığa buraxılıb.
Lotu Quli Rusiyanın hədəfində
Nadir Səlifovun qətli ilə bağlı başqa bir versiya isə onun Rusiyadakı “oğrular”ın sifarişi ilə qətlə yetirilə biləcəyi barədədir. Lotu Quli azadlığa çıxdıqdan sonra nəinki Azərbaycanın, possovet ölkələrində kriminal aləmə nəzarət etmək uğrundan mücadiləyə başlayıb və təbii ki, oğru ideyasının mənbəyi hesab edilən Rusiyada buna isti yanaşılmayıb. Xüsusilə, Aslan Usoyandan (Ded Xasan) sonra liderliyi ələ almış Zaxari Kalaşov (Şakro Molodoy) Nadir Səlifovun təsir imkanlarının artmasından narahat olmağa başlayıb. Rusiya mediasının yazdığına görə, Şakro Molodoy Lotu Qulinin sıradan çıxarmaq üçün bir neçə cəhddə bulunub. Əvvəlcə ona yaxınlığı ilə seçilən Quram Çixladze (Kvejoviç) ilə Lotu Quli arasında konflikt yaradan Zaxari Kalaşov bu olaydan yararlanaraq Nadir Səlifovun titulu əlindən alınmasına çalışıb. Bu cəhdi baş tutmadıqda isə Nadir Səlifovun öldütülməsi gündəmə gəlib. Quram Çixladzenin rəhbərlik etdiyi dəstə Lotu Qulini öldürmək üçün Türkiyəyə gəlib. Amma Türkiyə polisi sui-qəsdin qarşısını alıb. Çixladze və dəstəsi həbs edilib.
Maraqlı məqamlardan biri də Rusiya güc strukturlarının Nadir Səlifova savaş açması ilə bağlıdır. Lotu Quli azadlığa buraxılandan sonra Rusiyada onun barəsində cinayət işi başlanıb və “oğru” axtarışa verilib.
Nadir Səlifovun həm də Türkiyənin yeraltı dünyası ilə ciddi əlaqələrinin olduğu deyilir. Təsadüfi deyil ki, o Türkiyəyə daşınandan sonra bu ölkənin tanınmış mafiya liderlərindən olan Sedat Peker onun ziyarətinə gəlmişdi.
Türk mafiyasının həm də dövlətin qara işlərini gördüyü artıq sirr deyil. Bu, Rusiyanın hazırkı kriminal dünyasının da xarakterik əlamətlərindədir. Yəni, artıq kriminalitetlər klassik oğru qaydaları ilə deyil biznes və siyasətlə çuğlaşmış müasir mafiya qanunlarına üstünlük verirlər. Beləliklə, Türkiyə-Rusiya münasibətləri fonunda hər iki ölkənin yeraltı dünyasının da bir-birinə gerçək münasibətinin hansı səviyyədə olduğunu təsəvvür etmək o qədər çətin deyil.
“Oğrular”ın lideri olmur, bütün “oğrular” liderdir
Oğru ideyası Rusiyada təşəkkül tapsa da, postsovet ölkələri arasında Azərbaycan bu aləmdə xüsusilə seçilib. Əmircanlı Xan, Rəşidoğlu Məhərrəm, Doktor Ağababa, Karzuba Vaqif, Sanka Zver kimi məşhur “oğrular”ı olan Azərbaycanda hətta Pəncəli Aslan, Zerkalo Klara kimi qadın kriminalitetlər də (“vorovayka”) olub.
1994-cü ildən Azərbaycanda oğru dünyasının zəiflədilməsi prosesinə başlanılıb. Xeyli sayda nüfuzlu kriminal avtoritet sıradan çıxarılıb. Həbsxanaların oğru qanunları ilə idarə olunmasının faktiki qarşısı alınıb. Hazırda Azərbaycan həbsxalanarının əhəmiyyətli hissəsində rejim qaydaları hökm sürür. Lakin yenə də oğru dünyasını tamamilə sıradan çıxarmaq mümkün olmayıb. Bu baxımdan, ekspertlər hesab edir ki, Lotu Qulinin ölümü son deyil. Hələ Rusiyada və digər MDB ölkələrində Azərbaycanın nüfuzlu “oğruları” var.
Bu sırada xüsusilə, klassik oğru qaydalarını yaşadan Arif Mehdiyevin (Lotu Arif) adı çəkilir. Lotu Arif konfliktlərdən uzaq, mafioz davranışları qəbul etməyən, ənənəvi oğru ideyaları ilə yaşayan şəxs kimi xarakterizə edilir. Bu baxımdan, kifayət qədər nüfuzu sahibidir. Amma onun digər “oğrular” kimi nömrə 1 olmaq uğrunda mübarizə aparacağı inandırıcı görünmür. Çünki klassik oğru ideyasına görə kriminal iyerarxiyanın ən yüksək titulunu daşıyan şəxslər eyni statusdadır. Yəni, hansısa “oğru” digərindən üstün deyil.
“Bir də görürsən yazırlar ki, filan “oğru” öləndən sonra onun yerinə filankəs keçəcək. Oğru dünyası inzibati təsisat, “oğrular” isə məmur deyil. Bütün “oğrular” eyni statusdadı. Üstünlük sadəcə maddiyyat və ətraf baxımından ola bilər. Amma oğru titulu daşıyan istənilən şəxs bərabər hüquqlara malikdir. Qısaca deyim ki, “oğrular” arasında lider olmur, bütün “oğrular” liderdir. Lotu Qulinin ölümündən sonra kimin lider olacağına gəlincə, bu ancaq onun ətrafı üçün keçərli ola bilər. Yəni, onun ətrafı həmin şəxsi lider kimi qəbul edə bilər”, - deyə ekspertlər bildirir.
Paylaş:
Müəllif : Fuad
Tarix:23-08-2020, 10:30
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər
Azərbaycanlı “oğru” Nadir Səlifovun (Lotu Quli) qətli ilə bağlı müxtəlif versiyalar səsləndirilir. Yenisabah.az xəbər verir ki, onların içində ən populyarı bu qəsdin qisas əməliyyatı olması barədədir.
Güman edilir ki, Lotu Quli 4 il əvvəl Türkiyədə qətlə yetirilən “oğru” Rövşən Canıyevin (Rövşən Lənkəranski) qisasını almaq məqsədilə qətlə yetirlib. Rövşən Lənkəranski 2016-cı il avqustun 18-də öldürülüb. Nadir Səlifovun qətli onun ölümünün 4-cü ildönümüdən bir gün sonraya təsadüf edir. Lotu Qulinin qisas məqsədilə Rövşən Lənkəranskinin tərəfdarları tərəfindən öldürülə biləcəyi versiyasının populyar olması da buna görədir. Bu versiya ortaya atıldıqdan sonra məlumat yayıldı ki, Rövşən Canıyevin əmisi oğlu Zaur Əhmədov Nadir Səlifovu öldürən Xaqani Zeynalova (Xan Əhmədlinski) 4 milyon dollar qonorar verib.
“İnstagram”da isə “qaqaş_011_” nikname-li profil Lotu Qulinin qətlindən 4 gün əvvəl Rövşən Lənkəranskinin fotosunu paylaşaraq “Tarixə yazılacaq qisas günü yaxınlaşır, inşallah” yazıb.
Rövşən Lənkəranskinin yaxınları isə iddiaları təkzib edir. Konkret olaraq mərhum “oğru”nun qardaşı Namiq Canıyev bu hadisənin qisas əməliyyatı olması barədə deyilənləri bölüşməyib. O əlavə edib ki, Rövşən Lənkəranski ilə Lotu Quli dost olub.
Quli və Rövşən duellosunun tarixi
Rövşən Lənkəranski kriminal aləmin ən güclü liderlərindən biri olub. Mərhum “oğru” Mirseymur Abdullayev (Nardaranlı Mirseymur) kriminal iyerarxiyanın ən yüksək tituluna layiq görülünə Rövşən Lənkəranski cəsarətinə görə digərlərindən fərqlənib. Təsadüfi deyil ki, məhz o, Naradaranlı Mirseymurla konfliktdə olan kriminalitetlərin cəzalandırılması əməliyyatlarına rəhbərlik edib.2003-cü ildə Nardaranlı Mirseymurla “oğru” Otar Bədəlov (Otar Marneulski) arasında mübahisə yaranıb. Bu mübahisədən bir neçə gün sonra Otra Marneulski Moskvada restoranların birində güllələnərək öldürülüb.
Bu hadisə Nardaranlı Mirseymurun aktivinə yazılıb. Bu hadisə Azərbaycanın kriminal dünyasında bu günə qədər davam edən qarşıdurmanın əsasını qoyub. Məsələ burasındadır ki, Otar Marneulski Lotu Qulinin dostu olub. Nadir Səlifova gürcü dilində “ürək” mənasını verən “Quli” ləqəbini də Otar Bədəlovun verdiyi bildirilib. Kifayət qədər nüfuz sahibi olan Otar Marneulski Lotu Qulinin kriminal aləmdə irəliləməsinə təkan verən əsas şəxslərdən biridir. Deyilənlərə görə, onun qətli Nadir Səlifovun Nardaranlı Mirseymura və onun ətrafına münasibəti kəskinləşdirib. Beləliklə, avtomatik olaraq Rövşən Lənkəranski də Lotu Qulinin arzuolunmaz hesab etdiyi şəxslərdən birinə çevrilib.
Bu hadisədən sonra Nadir Səlifovla mərhum “oğru” Hikmət Muxtarov (Sabirabadlı Hikmət) arasında münaqişə yaranıb. İddia olunur ki, Lotu Quli Sabirabadlı Hikmətə əl qaldırıb. Azərbaycanın kriminal əfsanəsi hesab edilən Bəxtiyar Kərimovun (Lotu Bəxtiyar, Batya) ölümündən sonra azərbaycanlı “oğrular” Hikmət Muxtarovu “böyük qardaş” kimi qəbul edirdilər. Deməli, Nadir Səlifov “oğru” kimi Hikmət Muxtarovla eyni statusda olsa da, “böyük qardaş”a əl qaldırmış olub. Bu olay Lotu Qulinin kriminal həyatını çətinləşdirib. Sabirabadlı Hikmət azadlığa buraxılandan sonra bu məsələ nüfuzlu “oğrular” arasında müzakirə edilib və Nadir Səlifovun titulunun alınması qərarına gəlinib.
Bildirilir ki, Azərbaycandakı bütün həbsxanalara 9 “oğru”nun imzası ilə Lotu Qulinin artıq “oğru” olmadığı barədə “malyava” göndərilib. Bu hadisə həbsxanaları də iki yerə bölüb. Çünki Nadir Səlifov qərarla razılaşmayıb. Onun əsas arqumenti “sxodka”da özünün iştirak etməməsi olub. Oğru qaydalarına görə ittiham olunan tərəf də “sxodka”ya qatılmalı dinlənilməlidir. Qarşı tərəf isə ortada Hikmət Muxtarov kimi nüfuzlu “oğru”nun sözü olduğunu əsas gətirərək Lotu Qulinin dinlənilməsinə ehtiyac duymayıb.
Beləliklə, 2003-cü ildən başlayaraq Azərbaycanın kriminal dünyasında qanlı toqquşmalar başlayıb. Lotu Quli titulunu qorumaq üçün bütün gücünü səfərbər edib. Gürcü “oğruları”nın da bu məsələdə Nadir Səlifova dəstək verdiyi deyilir. Hikmət Muxtarov öldükdən sonra Azərbaycan “oğruları” Məmməd Hüseynovu (Masallı Mamed) lider kimi qəbul ediblər. Masallı Mamed dünyasını dəyişəndən sonra bu boşluğu Rövşən Lənkəranski doldurub. O özündən əvvəlki “böyük qardaş”ların qərarına sona qədər əməl edib. Hikmət Muxtarov və Masallı Mamedin ölümündən sonra Lotu Quli ilə bağlı mövqeyinə korrektə bir neçə “oğru”nun titulunu əlindən alıb. Bütün bunlar isə Nadir Səlifovla Rövşən Canıyev arasındakı münaqişəni düşmənçiliyə çevrilməsinə səbəb olub. Kriminal dünya “rövşənçilər” və “quluçular”ın qanlı qarşıdurmaları müşayiət olunub. Nəhayət, 2016-cı il avqustun 18-də Rövşən Lənkəranski Türkiyədə qətlə yetirlib. Tərəfdarları dərhal olayın Nadir Səlifovu sifarişi ilə baş verdiyi qənaətinə gəliblər və qisas almağə qarşılarına məqsəd qoyublar. Rövşən Canıyevin ölümündən bir müddət sonra qardaşı Namiq Canıyev Türkiyədə həbs edilib. O Nadir Səlifova sui-qəsd cəhdində ittiham olunub. Az sonra azadlığa buraxılıb.
Lotu Quli Rusiyanın hədəfində
Nadir Səlifovun qətli ilə bağlı başqa bir versiya isə onun Rusiyadakı “oğrular”ın sifarişi ilə qətlə yetirilə biləcəyi barədədir. Lotu Quli azadlığa çıxdıqdan sonra nəinki Azərbaycanın, possovet ölkələrində kriminal aləmə nəzarət etmək uğrundan mücadiləyə başlayıb və təbii ki, oğru ideyasının mənbəyi hesab edilən Rusiyada buna isti yanaşılmayıb. Xüsusilə, Aslan Usoyandan (Ded Xasan) sonra liderliyi ələ almış Zaxari Kalaşov (Şakro Molodoy) Nadir Səlifovun təsir imkanlarının artmasından narahat olmağa başlayıb. Rusiya mediasının yazdığına görə, Şakro Molodoy Lotu Qulinin sıradan çıxarmaq üçün bir neçə cəhddə bulunub. Əvvəlcə ona yaxınlığı ilə seçilən Quram Çixladze (Kvejoviç) ilə Lotu Quli arasında konflikt yaradan Zaxari Kalaşov bu olaydan yararlanaraq Nadir Səlifovun titulu əlindən alınmasına çalışıb. Bu cəhdi baş tutmadıqda isə Nadir Səlifovun öldütülməsi gündəmə gəlib. Quram Çixladzenin rəhbərlik etdiyi dəstə Lotu Qulini öldürmək üçün Türkiyəyə gəlib. Amma Türkiyə polisi sui-qəsdin qarşısını alıb. Çixladze və dəstəsi həbs edilib.Maraqlı məqamlardan biri də Rusiya güc strukturlarının Nadir Səlifova savaş açması ilə bağlıdır. Lotu Quli azadlığa buraxılandan sonra Rusiyada onun barəsində cinayət işi başlanıb və “oğru” axtarışa verilib.
Nadir Səlifovun həm də Türkiyənin yeraltı dünyası ilə ciddi əlaqələrinin olduğu deyilir. Təsadüfi deyil ki, o Türkiyəyə daşınandan sonra bu ölkənin tanınmış mafiya liderlərindən olan Sedat Peker onun ziyarətinə gəlmişdi.
Türk mafiyasının həm də dövlətin qara işlərini gördüyü artıq sirr deyil. Bu, Rusiyanın hazırkı kriminal dünyasının da xarakterik əlamətlərindədir. Yəni, artıq kriminalitetlər klassik oğru qaydaları ilə deyil biznes və siyasətlə çuğlaşmış müasir mafiya qanunlarına üstünlük verirlər. Beləliklə, Türkiyə-Rusiya münasibətləri fonunda hər iki ölkənin yeraltı dünyasının da bir-birinə gerçək münasibətinin hansı səviyyədə olduğunu təsəvvür etmək o qədər çətin deyil.
“Oğrular”ın lideri olmur, bütün “oğrular” liderdir
Oğru ideyası Rusiyada təşəkkül tapsa da, postsovet ölkələri arasında Azərbaycan bu aləmdə xüsusilə seçilib. Əmircanlı Xan, Rəşidoğlu Məhərrəm, Doktor Ağababa, Karzuba Vaqif, Sanka Zver kimi məşhur “oğrular”ı olan Azərbaycanda hətta Pəncəli Aslan, Zerkalo Klara kimi qadın kriminalitetlər də (“vorovayka”) olub.1994-cü ildən Azərbaycanda oğru dünyasının zəiflədilməsi prosesinə başlanılıb. Xeyli sayda nüfuzlu kriminal avtoritet sıradan çıxarılıb. Həbsxanaların oğru qanunları ilə idarə olunmasının faktiki qarşısı alınıb. Hazırda Azərbaycan həbsxalanarının əhəmiyyətli hissəsində rejim qaydaları hökm sürür. Lakin yenə də oğru dünyasını tamamilə sıradan çıxarmaq mümkün olmayıb. Bu baxımdan, ekspertlər hesab edir ki, Lotu Qulinin ölümü son deyil. Hələ Rusiyada və digər MDB ölkələrində Azərbaycanın nüfuzlu “oğruları” var.
Bu sırada xüsusilə, klassik oğru qaydalarını yaşadan Arif Mehdiyevin (Lotu Arif) adı çəkilir. Lotu Arif konfliktlərdən uzaq, mafioz davranışları qəbul etməyən, ənənəvi oğru ideyaları ilə yaşayan şəxs kimi xarakterizə edilir. Bu baxımdan, kifayət qədər nüfuzu sahibidir. Amma onun digər “oğrular” kimi nömrə 1 olmaq uğrunda mübarizə aparacağı inandırıcı görünmür. Çünki klassik oğru ideyasına görə kriminal iyerarxiyanın ən yüksək titulunu daşıyan şəxslər eyni statusdadır. Yəni, hansısa “oğru” digərindən üstün deyil.
“Bir də görürsən yazırlar ki, filan “oğru” öləndən sonra onun yerinə filankəs keçəcək. Oğru dünyası inzibati təsisat, “oğrular” isə məmur deyil. Bütün “oğrular” eyni statusdadı. Üstünlük sadəcə maddiyyat və ətraf baxımından ola bilər. Amma oğru titulu daşıyan istənilən şəxs bərabər hüquqlara malikdir. Qısaca deyim ki, “oğrular” arasında lider olmur, bütün “oğrular” liderdir. Lotu Qulinin ölümündən sonra kimin lider olacağına gəlincə, bu ancaq onun ətrafı üçün keçərli ola bilər. Yəni, onun ətrafı həmin şəxsi lider kimi qəbul edə bilər”, - deyə ekspertlər bildirir.
Paylaş:
Müəllif :
Fuad
Tarix:23-08-2020, 10:30
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01