Şahmar İbadov vəzifəsindən azad edilib?
Nəhayət Nərimanov sakinlərinin arzu etdikləri gün gəldi- vətəndaşları dövlətdən ən çox narazı salan şəxslərdən biri, Şahmar İbadov vəzifəsinə əlvida dedi.
Bakının Nərimanov rayon sakinləri bir məmurun özəl qaydalarından bezmişdilər.İcra başçısının birinci müavini Şahmar İbadovun qanunsuz qərarları rayonda hər kəsi təngə gətirmişdi.
Qeyd olunur ki, icra başçısının müavini qəbul saatlarında vətəndaşları dinləməyə borclu olsa da otağında tapılmırdı. Nərimanov rayonunda problemlərin əsas səbəbkarı olan bu məmur ölkə başçısının tapşırıq və tövsiyyələrinə də məhəl qoymurdu.
Rayonun bir çox ərazilərində qanunsuz tikintilər yalnız Şahmar İbadovla razılaşdırılandan sonra tikilə bilərdi. Başçının birinci müavininin “hörmət”ini edənlər və onu razı salanlar qanunsuz yolla tikinti işlərini apara bilərdilər. Razılıq alındısa vətəndaşların halal evləri başlarına uçurulurdu.
Şahmar İbadovun əməllərindən olunan şikayətlər yuxarılara çatmırdı. “Azərpoçt”MMC-də özünə dost tapan birinci müavin onun qanunsuz əməllərini özündə əks etdirən şikayət məktublarını yoxa çıxara bilirdi.
Özünü rayonun əsas adamı hesab edən Şahmar İbadovun icra aparatında qruplaşma yaratdığı da məlum idi .Bu məmur rayonun tabeçiliyində olan idarə və təşkilatları da aylıq “sınağa” çəkirdi. Şahmar müəllimin haqqını verməyənlər mütləq qaydada cəzalanırdılar.
Daxil olan məlumatlarda o da qeyd olunurdu ki, Şahmar İbadov var- dövləti ilə seçilən müavindir. Onun obyektləri və özünə tikdirdiyi villalar buna misal ola bilər. İcra başçısının müavininin milyonluq villasına baxıb xoş olmayan sözlər deyənlər də az deyil.
Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadova məxsus olan Bakı şəhərindəki digər bahalı və möhtəşəm imarətlərin kiçik bir hissəsi barəsində də redaksiyamıza faktlar daxil olub.
Faktları təqdim edən mənbə imarətlərə xərclənən pulları da açıqlayıb. Məlumata görə, Bakının mərkəzində ucaldılan “Altun” saraya Nərimanov rayonundaki səlahiyyətli nümayəndəsi Şahmar İbadov 11 milyon manat xərcləyib
Faktları təqdim edən mənbə digər imarətlərə xərclənən pulların 50 miliyon AZN -dən artıq olduğunu bildirir.
700-800 manat maaşla Şahmar İbadov milyonluq villaya necə sahib olub?
Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan yerli İcra Hakimiyyəti orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçuların maaşı ilə bağlı təqdim edilən məlumatlara görə, icra başçısı və müavininin əmək haqqısı elə də böyük deyil.
Rayon və şəhər İcra Hakimiyyəti başçısının 1-ci müavini (Bakı Şəhər İcra Hakimiyyəti istisna olmaqla) Gəncə və Sumqayıtda 870 manat, əhalisinin sayı 100 min nəfərdən çox olan yerli İcra Hakimiyyəti orqanlarında 790 manat, əhalisinin sayı 50-100 min nəfər olan yerli İcra Hakimiyyəti orqanlarında 775 manat maaş alır.
Belə olduğu təqdirdə 174600 nəfər əhalisi olan Nərimanov rayonunda icra başçısının maaşı dəbdəbəli villaya sahib olmağa yetməzdi.
İbadovun karyerasının qürubu 3 il əvvəl başladı.
Əvvəlcə oğlunun 100 minlik maşınla qəza törədib piyadanı öldürməsi gündəm oldu.
2019- cu ilin əvvəlində isə bir neçə ildir davam edən gözdən əlillər üçün tikilmiş 12 milyonluq mənzil korrupsiyası ilə bağlı məhkəmə qalmaqalı Nərimanov Rayon İcra Hakimiyyəti başçısı Abidin Fərzəliyevlə I müavini Şahmar İbadovu üz-üzə qoydu.
Ş.İbadov məsuliyyətdən yayınmaq üçün bütün günahları icra başçısının və hüquq şöbəsinin üstünə atmağa başladı.
Məhkəmədə verdiyi ifadəsində Ş.İbadov onun bu qanunsuzluqlara cavabdeh olmadığını, sərəncama qol çəkən İH başçısı A.Fərzəliyevin və hüquq şöbəsinin günahı olduğunu söylədi.
Ş.İbadovun məhkəmədə çıxışı onun A.Fərzəliyevlə əlaqələrini korladı. Bu da onun I müavinlikdən çıxarılması prosesini intensivləşdirdi. İcra başçısı gözdən əlillərin mənzil korrupsiyasını ona bağışlamadı.
Bundan sonra vəzifəsini itirmiş Şahmar İbadovun nə ilə məşğul olacağı bilinmir. Həbs olunmazsa ehtimal ki, 90-cı illərdə Binəqədidə məşğul olduğu kiçik biznesə qayıdacaq.(Gündəlik Bakı)
Pravda.az isə bildirir ki, Ş.İbadovun vəzifədən azad edildiyi bildirilsə də, onun adı rayon icra hakimiyyətinin rəsmi saytında birinci müavin kimi qalmaqdadır. RİH-dən məsələ ilə bağlı cavab almaq mümkün olmayıb. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Paylaş:
Müəllif : Fuad
Tarix:9-08-2020, 13:43
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:9-08-2020, 13:43
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01