Bura Suriyanın hansısa şəhəri deyil... QUBADIR!!! - "Ümid edirəm ki, dövlətimiz bunu nəzərə alar"
Qubanın Çiçi kəndindəki məktəb 1983-cü ildə tikilib. Hazırda isə qəzalı vəziyyətdədir. Hələlik, yeni məktəb binasının tikintisi barədə dəqiq nəsə deyən yoxdur. Valideynlər deyirlər ki, yeni tədris ilində övladlarının həmin köhnə, şəraitsiz, qəzalı məktəb binasında təhsil almalarını istəmirlər. regionxeberlericom.az-un DİA.AZ-a istinadən məlumatına görə, kənd sakinləri bildirirlər ki, hər il dövlət bölgələrdə yeni məktəb binaları tikir, bunu televiziyalarda göstərir. Həmin məktəb binasının biri də onların kəndində tikilsə, çox yaxşı olar: “Övladlarımız nə qədər köhnə, daman, tavanı-döşəməsi dağılmış bir binada təhsil alacaqlar? Qışda pəncərələrdən, qapılardan külək girir. Nə qədər odun yandırsalar, otağı isitsələr də, xeyri olmur. Düzdür, dondurucu soyuq olmasa da, uşaqların üstündən daim his iyi gəlir. Halbuki otaqlarda radiatorlar olsa yaxşı olmazmı? Bu da köhnə məktəb binasında mümkün deyil”.
Valideynlərdən Günay Məmmədova bildirir ki, soyuq havalarda övladını məktəbə göndərəndə az qala 5-6 dəfə götür-qoy edir: “Vallah, nə qədər odun yandırılsa da, xəstələnirlər. Ya gərək sobanın yanında oturub dərs keçələr, o da mümkün deyil, uşaqların fikri yayınır, ya da dərsdə üst geyimləri ilə əyləşələr. Həmin üst geyimləri ilə də yazı yazmaq çətinləşir. Bundan əlavə, məktəbin binası qəzalıdır. Adamın ağlına min fikir gəlir. Birdən uçar, nə bilim uşaqların başına nəsə düşər və s. Uşaq məktəbdən gələnədək fikirləşə-fikirləşə qalırsan”.
Valideynlər bildirirlər ki, həm də məktəbin həyətində sovetdənqalma, qəzalı vəziyyətdə olan köhnə qazanxana borusu var. Boru əyilib və hər an aşa bilər. Valideynlər bundan da narahatdırlar, deyirlər, həmin boru tənəffüs vaxtı aşsa, uşaqların üstünə düşər: “Kifayət qədər böyük borudur və çox pis faciə ilə nəticələnər. Bu qədər laqeyd olmaq olmaz. Bir ildən artıqdır ki, az qala hər gün Fövqəladə Hallar Nazirliyinin “qaynar xətti”nə, Təhsil Nazirliyinə, Quba Rayon İcra Hakimiyyinə bu barədə deyirik, yazırıq. Ancaq hələlik, bir tədbir görülmür. Həm o boru, elə həm də qəzalı durumda olan məktəblə bağlı bir tədbir görülməlidir. Ümid edirik ki, yeni tədris ilində də övladlarımız həmin təhlükəli şəraitdə təhsil almaq məcburiyyətində qalmazlar”.
Məktəbin direktoru Mübariz Aslanov faktı təsdiqləyib. Deyib ki, bəli, məktəbin binası uçub-tökülür və bura təmir yox, yeni məktəb lazımdır: “Belə baxıram ki, təmir daha çox pul aparar, nəinki yeni məktəb binası tikmək. Əslində bina o qədər də köhnədən qalmayıb. 1983-cü ildə tikilib və istifadəyə verilib. Sadəcə təhvil alan fikir verməyib. Yəni suvaqsız olub, yaxşı tikilməyib, buna baxmayıblar. Nəticədə müəyyən dövrdən sonra divarlar tökülməyə başlayıb”.
Mübariz Aslanov 1993-cü ildə, yəni məktəb istifadəyə veriləndən 10 il sonra məktəbə direktor təyin edilib. Deyir, bir-iki dəfə strateji yerləri, məsələn, damı, pəncərəni öz hesabına təmir də edib. Ancaq 1-2 ay çəkib, sonra yenə həmin hala düşüb. Bəzən tavandan su damır, döşəmə dağılıb, suvaq isə heç olmayıb: “Yolları da normal deyil. Uşaqlar qışda məktəbə gələndə ayaqları palçığa bulanır. Ancaq istiliyə fikir veririk. Düzdür, çox yaxşı olardı ki, məktəbdə mavi yanacaq olsun, odun yandırmağa gərək olmasın. Yəqin yeni bina tikilsə, bu, nəzərə alınar. Amma indiki halda soyuq havalarda odun yandırmaq məcburiyyətində qalırıq. Valideynlər də deyə bilərlər, məktəb qış aylarında o qədər soyuq olmur. Martın sonunacan, Novruz tətilinəcən məktəbdə istilik olur”.
Mübariz Aslanov deyir ki, məktəbin yararsız halda olmasından aidiyyatı qurumların xəbəri var. Hətta dəfələrlə Quba Rayon İcra Hakimiyyətindən, Fövqəladə Hallar Nazirliyinin yerli idarəsindən gəlib baxıblar: “Onlar da təsdiqləyiblər ki, bu məktəb yenidən qurulmalıdır. Yəni sökülüb, yerində yeni məktəb tikilməlidir. Yenə deyirəm, 1 milyon da qoysalar, təmir işə yaramayacaq. Pandemiya da düşdü ortaya. Ümid edirəm, məktəblər nə zaman açılsa, onda nəzərə alacaqlar. Bizim şagirdlər yeni tədris ilini yeni məktəbdə qarşılayacaqlar”.
Mübariz Aslanov deyir ki, yeni və şəraitli məktəb həm müəllimlərdə, həm də şagirdlərdə böyük ruh yüksəkliyi yaradar: “Elə mənim özümdə də. Gözəl, təmirli, səliqəli, şəraitli binada kim işləmək istəməz ki? Baxmayaraq ki, biz şəraitsiz binada da çox yaxşı, savadlı şagirdlər yetişdiririk. Ancaq istənilən halda bizim məktəbin binası müstəqil Azərbaycanımıza yaraşmır. Ümid edirəm ki, dövlətimiz bunu nəzərə alar”.
Quba Rayon İcra Hakimiyyətindən isə bildiriblər ki, qəzalı, təmirə ehtiyacı olan məktəb binalarının siyahısı hər il tutulur və Təhsil Nazirliyinə göndərilir. Daha sonra dövlət büdcəsindən həmin məktəbin təmiri, yenidən qurulması, yaxud yeni məktəb binasının tikilməsi üçün vəsait ayrılır: “Sadəcə bu il pandemiya çıxdı ortalığa. Ola bilsin proseslərdə bir az ləngimə oldu. Ancaq bütün qəzalı məktəb binaları təmir edilir və həmişə də ediləcək. Sadəcə səbrli olmaq lazımdır”.
Paylaş:
Müəllif : Yazar
Tarix:6-08-2020, 10:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:6-08-2020, 10:28
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11