Gömrük Komitəsində dəyişiklik – idarələr ləğv edildi, yeniləri yaradıldı
Dövlət Gömrük Komitəsinin (DGK) strukturunda dəyişiklik edilib.
regionxeberlericom.az FED.az-a istinadən xəbər verir ki, Nazirlər Kabineti «İnzibati orqanların Təsnifatı»nda dəyişiklik edilməsi barədə qərar qəbul edib. Qərara əsasən Gömrük Komitəsində yeni idarələr yaradılıb, eləcə də bəzi idarələr ləğv edilib.
Beləliklə, qərara əsasən, DGK-nin iki idarəsi - Xəzər dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsi və Avtonəqliyyat gömrük İdarələri ləğv edilib.
Əvəzində indiyədək mövcud olan Enerji Gömrük idarəsinin yerində Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi yaradılıb. Başqa sözlə, dənizdə gömrük işləri bu baş idarəyə həvalə edilib.
Bundan başqa, Komitənin Aksiz Gömrük İdarəsinin yerində Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi yaradılır.
Digər tərəfdən, Nazirlər Kabinetinin bu qərarı ilə Gömrük Komitəsinin yeni regional idarələri təsis edilib. Belə ki, indiyədək mövcud olan Bakı və Sumqayıt baş gömrük idarələrindən başqa, komitədə Qərb Ərazi, Şimal Ərazi və Cənub Ərazi baş gömrük idarələri də yaradılıb.
Qərardakı mühüm yeniliklərdən biri – Dövlət Gömrük Komitəsi ilə yanaşı, bu təsnifata Naxçıvan MR Dövlət Gömrük Komitəsi də daxil edilib.
İndiyədək Naxçıvan DGK-i «İnzibati orqanların Təsnifatı»nda yer almamışdı.
«İnzibati orqanların Təsnifatı»na əsasən ölkənin gömrük sisteminin strukturunun son variantı belədir:
21. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi
21.1. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin:
21.1.1. ərazi gömrük idarələri:
21.1.1.1. Bakı Baş Gömrük İdarəsi
21.1.1.2. Sumqayıt Baş Gömrük İdarəsi
21.1.1.3. Qərb Ərazi Baş Gömrük İdarəsi
21.1.1.4. Cənub Ərazi Baş Gömrük İdarəsi
21.1.1.5. Şimal Ərazi Baş Gömrük İdarəsi
21.1.1.6. digər ərazi gömrük idarələri
21.1.2. ixtisaslaşdırılmış gömrük idarələri:
21.1.2.1. Hava Nəqliyyatında Baş Gömrük İdarəsi
21.1.2.2. Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi
21.1.2.3. Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi
21.1.3. gömrük postları
21.2. Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin ərazi və ixtisaslaşdırılmış gömrük idarələri
Paylaş:
Müəllif : Yazar
Tarix:31-07-2020, 12:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:31-07-2020, 12:06
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11