“Quska”nın obyektini aldığı iddia edən Dadaş Rzayev danışdı: - “Mən belə alqı-satqıda iştirak etməmişəm”
“Quska” ləqəbi ilə tanınan keçmiş deputat Hüseyn Abdullayevin cinayət işinin araşdırması zamanı xeyli maraqlı məqamlar ortaya çıxıb.
Bir sıra yerli KİV-lər xəbər verir ki, “Avromed” dərman firmasının rəhbəri, deputat Cavanşir Feyziyev bir neçə il əvvəl “Quska”dan dəyəri 10 milyonlarla ölçülən obyekt alıb.
İstintaq zamanı müəyyən olunub ki, 2014-cü ildə Hüseyn Abdullayevin mərhum atasının adına olan və Üzeyir Hacıbəyov küçəsində yerləşən 786 kvadratmetr qeyri-yaşayış sahəsini millət vəkili Cavanşir Feyziyev öz oğluna alıb.
İlk mərhələdə obyekt 3 fərqli adamın adına alınıb. Onlar Sücəddin Kərimov, Yelizaveta Əlizadə və məşhur müğənni Gülyaz Məmmədova olub. Hər üç şəxsi notariusda etibarnamə ilə başqa adamlar təmsil edib. Etibarnamə ilə çıxış edib alqı-satqı müqaviləsinə imza atanlardan biri də “Avromed”in şöbə rəisi Dadaş Rzayevdir. Daha sonra həmin şəxslər milyonluq obyekti C.Feyziyevin oğlu Orxanın adına keçiriblər.
Cavanşir Feyziyev də istintaqa cəlb olunaraq bu hadisə barədə şahid qismində dindirilib.
Qeyd edək ki, xalq artisti Gülyaz Məmmədova deputat Cavanşir Feyziyevin sabiq həmkarı Hüseyn Abdullayevdən aldığı obyektin onun adına sənədləşdirilməsinə münasibət bildirib.
Belə ki, müğənni “Qafqazinfo”ya açıqlamasında xəbəri təsdiqləyərək hadisənin uzun illər əvvəl baş verdiyini bildirib.
Xalq artisti qeyd edib ki, C. Feyziyev onun əmisi oğludur: “Sizdən bir ricam var, bu söhbəti çox qabartmayaq. İllər əvvəl olmuş bir söhbətdir. Hamı obyekt, əmlak ala bilər. Birincisi, mənim Hüseyn Abdullayevlə heç bir bağlılığım yoxdur. İkincisi də, Cavanşir Feyziyev əmim oğludur, qohumumdur. Bu məsələni böyütməyə dəyməz. Bir məlumatı yazırlar, başqası da uzadır, böyüdür. Lazım deyil, köhnə söhbətdir. Belə söhbətləri ağartmağa dəyməz”.
Azinforum.az dəqiqləşdirib ki, etibarnamə ilə çıxış edib alqı-satqı müqaviləsinə imza atanlardan biri kimi adı hallanan Dadaş Rzayev həqiqətən də “Avromed”də böyük post tutur və Cavanşır Feyziyyevin yaxın qohumudur. O, Azinforum.az-a açıqlamasında xalq artistindən fərqli olaraq, bu məlumatı təkzib edib: “Biz “Quska”dan heç bir obyekt almamışıq. Kim nə deyirsə, özü bilər, amma mən belə alqı-satqıda iştirak etməmişəm. Bəli, mən “Avromed”də işləyirəm, amma bu o demək deyil ki, adımı nədə gəldi hallandırsınlar”.
Paylaş:
Müəllif : Yazar
Tarix:25-04-2019, 09:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:25-04-2019, 09:22
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11