"Vəziyyət daha da gərginləşə bilər, hazır olun" - Polkovnik
"Düşmənin bu təxribatı gözlənilən idi. Azərbaycan Ordusu hər zaman belə təxribatlara qarşı hazırlıqlıdır və düşmən tərəfindən atılan bütün addımlara ən sərt şəkildə cavab veriləcək".
Bu sözləri Redaktor.az-a açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib. O, düşmənin təxribatının səbəblərindən də bəhs edib:
“Pandemiya dövründə bu addımı atmağın müəyyən səbəbləri var. Baxın, niyə məhz indi və cəbhədə deyil, dövlət sərhədində təxribata cəhd etdilər? Bunun bir səbəbi var - pandemiya səbəbindən Ermənistanı daxilində olan gərginlik. Bəli, cəmiyyətin fikrini yayındırmaq üçün məhz Azərbaycanla sərhəddə təxribat törətmək lazım idi. Bununla göstərmək istəyirlər ki, guya onların başı müharibəyə qarışıb və buna görə əhalinin problemləri ilə maraqlana bilmirlər. Əlbəttə ki, onların bu niyyəti baş tutmayacaq. Çünki artıq yerli əhali Paşinyanın boş və mənasız vədlərindən yorulub, təngə gəlib”.
Ş. Ramaldanov bildirib ki, Azərbaycan ordusu tərəfindən düşmənin hər hansı bir təxribata işarə edən hərəkətləri daim müşahidə altındadır:
“Müdafiə naziri general-polkovnik cənab Zakir Həsənov keçirdiyi müşavirədə bu məsələyə diqqət çəkmişdi. O, düşmənin hər an təxribata əl ata biləcəyini bildirmişdi. Azərbaycan hər zaman cəbhə xəttini, sərhəd bölgəsini nəzarətdə saxlayır. Buna misal olaraq, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyevin də cəbhə bölgəsinə gedib, oradakı vəziyyətlə tanış olmasını, müəyyən göstərişlər verməsini göstərmək olar.
Yəni, Azərbaycan tərəfi bu təxribata ciddi şəkildə hazırlıqlı idi və bunun nəticəsi olaraq düşmənin qarşısı çox ustalıqla alındı və onlara ağır cavab zərbələri endirildi.
Prezident İlham Əliyev də dəfələrlə öz çıxışlarında Azərbaycanın hər an öz torpaqlarını işğaldan azad etmək üçün müharibə edə biləcəyini bildirib. Ona görə də, müharibə olma ehtimalı qaçınılmazdır. Biz buna hazır olmalıyıq. Hər an vəziyyət daha da gərginləşə və müharibə ola bilər”.
Hərbi ekspert Azərbaycan Ordusunun Tovuz istiqamətindən irəlləməsi haqqında da danışıb:
“Azərbaycan Ordusunun bütün istiqamətlərdə yetəri qədər imkanları var ki, düşmənə sarsıdıcı zərbə endirə bilsin. Bu istiqamətdə bütün tədbirlər görülüb.
Bugünkü döyüşdə Azərbaycan əsgərlərinin qəhrəmancasına düşmənə layiqli cavab verməsi onu göstərdi ki, Azərbaycan Ordusunun bölmələri bütün istiqamətlərdə olduğu kimi, Tovuz istiqamətində də daim düşməni nəzarət altında saxlayır. Azərbaycan əsgəri düşmənin hər hansı bir təxribatına cavab verməyə hazır vəziyyətdədir.
Tovuz istiqamətində ordumuzun irəlləməsi məsələsinə gəlincə, bildiyiniz kimi, Tovuz rayonu Ermənistanla sərhəd rayondur. Düşünürəm ki, əgər biz hər hansı bir əməliyyata başlasaq, bu, ancaq işğal olunmuş torpaqlar istiqamətində olacaq. Yəni, bizim əsas hədəfimiz işğal altında olan torpaqları qaytarmaq, ərazi bütövlüyümüzü bərpa etməkdir. Lakin düşmən tərəfi öz təxribatlarına davam etsə, o zaman biz, Prezident İlham Əliyevin də dediyi kimi, öz qədim torpağımız olan İrəvan uğrunda da savaşmağa başlayacağıq. Amma hələlik əsas hədəf işğal altında olan torpaqlarımızdır”.
Paylaş:
Müəllif : Fuad
Tarix:13-07-2020, 17:16
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:13-07-2020, 17:16
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Dünən, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
28-11-2024, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
28-11-2024, 10:11