İcra başçısı pəhləvan qardaşlara yardım etməyi boynuna götürüb
Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev məşhur azərbaycanlı pəhləvanlar Laçın və Hüseyn Abdulhüseynov qardaşlarına dəstək verməyə, maliyyə yardımı göstərməyə razılıq verib.
Bu sevindirici xəbəri Hüseyn Abdulhüseynov Sputnik Azərbaycan-la bölüşüb. Qardaşlar özləri icra hakimiyyətinə yardım üçün müraciət ediblər və bu günlərdə gözləmədikləri halda onların müraciətinə müsbət cavab verilib.
"Biz Ziyəddin Əliyevə hədsiz dərəcədə minnətdarıq. O, həmişə gənc istedadlara dəstək verir. Biz uzun müddət bir çox dövlət orqanlarına müraciət etdik. Təəssüf ki, müraciətimizə baxan olmadı. Bizi tez-tez beynəlxalq layihələrdə iştirak etməyə çağırırlar və hər dəfə də xərcləri özümüz ödəməli oluruq, ya da bizə kömək etməyə hazır olan dost-tanışlara müraciət edirik. Buna görə çox narahat olurduq" - deyə Abdulhüseynov bildirib.
Pəhləvanlar çox şaddırlar ki, onların xahişi yerə salınmayıb və bu adam məhz onların doğma rayonları Qubanın icra hakimiyyətinin başçısıdır. Qardaşlar mayın 8-də xaricə yollanırlar və onlar üç ölkəni ziyarət etmək niyyətindədirlər. Abdulhüseynov olacaqları ölkələrin və iştirk edəcəkləri şouların adlarını çəkməkdən imtina edib. Onun dediyinə görə, beynəlxalq layihələrin təşkilatçıları şou haqqında qabaqcadan hər hansı məlumatları yaymağa icazə vermir."Biz xaricdəki layihələrə can-başla hazırlaşırıq. Yenidən öz həyatımızla risk etməliyik, amma bu, bizim işimizdir. Bizim xərclərimizin bir hissəsi müsabiqənin təşkilatçıları tərəfindən ödəniləcək, qalan hissəsini ödəməyi isə rayonumuzun icra haimiyyəti öz üzərinə götürüb. Bu xərclər vizanın, bizim nömrələrimiz üçün bir sıra aksessuarların və bir çox digər şeylərin alınmasına sərf olunacaq. Mənə verilən məlumata görə, artıq bizə müəyyən məbləğ ayrılıb, amma nə qədərdir, onu bilmirəm" - Abdulhüseynov bildirib.
Qardaşlar Azərbaycanın qədim incəsənətinin xaricdə təbliğ edilməsi üçün göstərdiyi dəstəyə görə icra başçısı Ziyəddin Əliyevə minnətdarlıqlarını bildiriblər.
Hazırda pəhləvanların bir dənə həll olunmamış problemləri qalıb ki, bu da hansısa mədəniyyət müəssisəsində ştatlı işlə təmin olunmaqdır. Abdulhüseynovun sözlərinə görə, hələlik onlara əməkdaşlıq təklifi ilə heç kəs müraciət etməyib. Lakin ümid edirlər ki, gələcəkdə bu arzuları da yerinə yetiriləcək. İndilik isə onlar xarici fəthlərini davam etdirirlər.
Qeyd edək ki, Abdulhüseynov qardaşları Qubada doğulublar. Onlar vaxtilə məşhur pəhləvan olan atalarının izi ilə gedirlər. Həmçinin doğulduqları rayonda gələcəyin pəhləvanlarını yetişdirməklə məşğuldurlar. Laçın və Hüseyn qardaşları ABŞ, Ukrayna, Rusiya, İtaliya, Türkiyə və Gürcüstanın televiziya kanallarında yayımlanan istedad şoularında uğurlu çıxış ediblər. Onlar Leonid Yakuboviçin aparıcısı olduğu "Ya moqu" şousunda iştirak edəndən sonra hətta Rusiyada rekord vurduqları barədə sertifikat da alıblar. Hazırda onlar "Ginnesin rekordlar kitabı"na düşməyə can atırlar.
Paylaş:
Müəllif : Yazar
Tarix:24-04-2019, 09:54
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:24-04-2019, 09:54
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti