“Agent siyahısında İsa Qəmbərlə Pənah Hüseynin adı var idi” – Elçibəyin köməkçisi ilə MÜSAHİBƏ
Azad Demokratlar Partiyasının sədri, 1992-1993-cü illərdə Milli Təhlükəsizlik nazirinin birinci müavini postunu tutmuş Sülhəddin Əkbər son müsahibəsində bir sıra maraqlı və diqqət çəkən açıqlamalar verib. Həmin açıqlamalar onun KQB arxivlərinin açılması, AXC rəhbərliyindəki şəxslərin bəzilərinin Rusiya xüsusi xidmət orqanlarının agenti olması və digər məsələlrlə bağlı fikirlərini əhatə edir.
RegionXəbərləri.com xəbər verir ki, “AzPolitika.info” Sülhəddin Əkbərin ictimai marağa səbəb olan müsahibəsi ilə əlaqədar Azərbaycanın mərhum Prezidenti Əbülfəz Elçibəyin mətbuat, məktublar və məxfi sənədlər üzrə köməkçisi, habelə həmin illərdə Dövlət Müdafiə Komitəsinin katibi postunu tutmuş Oqtay Qasımovun fikirlərini öyrənib:
- Oqtay bəy, Cəbhə hakimiyyəti dövründə Milli Təhlükəsizlik nazirinin birinci müavini postunu tutan Sülhəddin Əkbər son müsahibəsində qeyd edib ki, həmin vəzifəyə özünün xəbəri olmadan təyin olunub. O zaman cəmi 32 yaşı olan S.Əkbərin ona tanış olmayan strateji əhəmiyyətə malik bir nazirlikdə yüksək posta təyin edilməsini necə izah etmək olar?
- Əslində, buna normal yanaşmaq lazımdır. O dövrdə Ayaz Mütəllibov Konstitusiyanı pozmuşdu. Həmin vaxt Konstitusiyanın bərpası prosesi başladı, AXC hakimiyyətə gəldi və danışıqlar prosesində razılaşma əsasında təyinatlar baş verdi. Yaqub Məmmədov Fəxrəddin Təhməzovu nazir vəzifəsinə təklif etdi, Arif Hacılı isə birinci müavin kimi Sülhəddin Əkbərin namizədliyini irəli sürdü. Yəni bunlar danışıqlar prosesinin nəticəsi olaraq üzə çıxan təyinatlar idi. Həmin vaxt İsgəndər Həmidov da Daxili İşlər naziri təyin edilmişdi. Bu təyinatlar faktiki hakimiyyətdə olan Yaqub Məmmədovla aparılan danışıqların nəticəsində gerçəkləşmişdi. Burada ziddiyətli bir məsələ yoxdur.
- Sülhəddin Əkbər ona arxivlərə baxmasına imkan verilmədiyini bildirir. Qəribədir, necə ola bilər ki, Milli Təhlükəsizlik nazirinin birinci müavini arxivlərə baxmaq istəyir, amma onu bu vəzifəyə gətirən hakimiyyətin yüksək vəzifəli şəxsləri buna mane olur?
- Məncə, Sülhəddin Əkbər bu məsələdə konkret danışmalıdır. Əvvəla, ona kim imkan verməyibsə, onun adını çəkməlidir. İkincisi, arxivlərin açılmasına dair 1992-ci ilin oktyabrında Milli Məcisdə müzakirələr gedib. Arxiv və agentura şəbəkəsinin açılmasının əleyhinə çıxış edənlərdən biri də Sülhəddin bəyin özü olub. Eləcə də nazir Fəxrəddin Təhməzov arxivlərin açılmasının əleyhinə olub. Həmin vaxt Milli Məclis normativ hüquqi aktların hazırlanmasına dair qərar qəbul edib. “Azərbaycan” qəzetinin 22 oktyabr 1992-ci il tarixli nömrəsinə baxa bilərsiniz, orada Sülhəddin Əkbərin çıxışı dərc edilib.
- Sülhəddin Əkbər açıq bildirir ki, AXC hakimiyyətində KQB ilə əlaqəsi olan, agentura işinə cəlb edilən şəxslər olub. Sülhəddin bəy hətta bununla bağlı siyahı tərtib edərək, onu Prezidentə təqdim edib...
- Əslində, Sülhəddin bəyin dediyi həmin siyahıda cəmi iki nəfərin - Pənah Hüseynlə İsa Qəmbərin adları olub. Bu, elə də qapalı məsələ deyil. Sülhəddin bəy zamanında mətbuatda bu haqda fikirlər işlədib, amma sonradan bunları təkzib edib.
- Bu məqamda müəyyən anlaşılmazlıq var. Sülhəddin Əkbər müsahibəsində bir neçə dəfə vurğulayıb ki, İsa Qəmbərlə yaxın olub və bəzi fikirlərini yalnız onunla bölüşüb. Belə olan halda, əgər İsa Qəmbər KQB agenti idisə və Sülhəddin bəy bunu bilirdisə, nədən fikirlərini məhz onunla bölüşürdü, sonra isə Prezidentə təqdimat verirdi?...
- Bəli, məsələnin ən ziddiyyətli tərəfi də budur. Prezidentə gedib deyirsən ki, bu adamlar agentdir. Həmin adamlar da sənin nazir təyin olunmağını təklif edir. Amma Əbülfəz Elçibəy bunu qəbul etmir. Əsas məsələ də budur. Sizə deyim ki, Sülhəddin bəyin son müsahibəsində tarixlə, faktlarla və hadisələrlə bağlı bir sıra anlaşılmazlıqlar var.
- Konkret nəyi nəzərdə tutursunuz?
- Məsələn, Sülhəddin bəy deyir ki, Naxçıvanda Milli Təhlükəsizlik Nazirliyi Heydər Əliyev Ali Məclisin sədri olana qədər ləğv edilmişdi. Bu, doğru məlumat deyil. Heydər Əliyev 1991-ci ilin sentyabrın 3-də Naxçıvan Ali Məclisinin sədrliyinə gəlib. Noyabrın sonunda isə Naxçıvan Milli Təhlükəsizlik Nazirliyi ləğv edilib. O zaman nazir Mirzəyev soyadlı şəxs idi.
Mehri dəhlizinin açılması məsələsinə dair təqdimat da səhvdir. Sülhəddin Əkbərin bu məsələlərdən xəbəri yoxdur və əslində, onun fikirlərində Əbülfəz Elçibəyə böhtan atmaq meyli var. Mehri əməliyyatı məhz Əbülfəz Elçibəyin təklifi olub. Bu məsələ Silahlı Qüvvələr Baş Qərargahında müzakirə edilib, planlar cızılıb. Məncə, Sülhəddin bəyin bunlardan xəbəri olmayıb. Ancaq deyir ki, bu məsələni Füzulidə İsa Qəmbərlə birgə müzakirə ediblər və Elçibəy də bununla razılaşmayıb...
1992-ci ilin 15 mayında baş verənlərlə bağlı verdiyi məlumat da doğru deyil. Sülhəddin Əkbərin özü də qeyd edir ki, o zaman AXC rəhbərliyində olmayıb və ADP-nin həmsədri olub. Əslində isə Sülhəddin bəy həmin vaxt Müsavatın bərpa mərkəzinin üzvü idi. Yəni belə ziddiyyətlər və yanlışlıqlar var.
Həmçinin, Sülhəddin bəy qeyd edir ki, nazirlikdəki otağının yanında toplantı keçirilib və onun bundan xəbəri olmayıb. Məncə, bunun özü də müzakirə mövzusu ola bilər. Əgər nazir müavininin qonşu otaqda keçirilən iclasdan xəbəri olmayıbsa, hansısa başqa rayonda olanlardan necə xəbəri ola bilərdi?
- Prezident Milli Təhlükəsizlik nazirinin müavinini Qəbələnin Vəndam kəndinə qızıl axtarmağa göndərəndə, təbii ki, çox şeydən xəbəri olmaya bilərdi...
- Çox gözəl. Qızıl məsələsi də maraqlıdır. Amma Sülhəddin bəy nədənsə demir ki, qızıl axtarmaq təşəbbüsü məhz onun özündən gəlib. Məhz onların məlumatı əsasında bu işlər aparılıb. Ancaq indi belə qələmə verilir ki, məqsəd Sülhəddin bəyi buradan uzaqlaşdırmaq olub...
Başqa anlaşılmazlıqlar da var. Sülhəddin bəy qeyd edib ki, Sürət Hüseynovun rəhbərlik etdiyi alay ləğv olunub, lakin onun təhvil-təslimi 1 ay uzadılıb və martın 26-da təhvil-təslim başa çatdıqdan bir neçə gün sonra, yəni aprelin 1-də yenidən briqada yaradılıb. İstiqamət verir ki, bunu Prezident Elçibəy və ya Müdafiə naziri Dadaş Rzayev edə bilərdi. Tamamilə yanlış fikirdir. Bu məsələ 1993-cü il aprelin 1-də Dövlət Müdafiə Komitəsinin iclasında müzakirə edilib və Kəlbəcərdə yaranan durumla bağlı ləğv olunan alayın bazasında briqada yaradılıb. Bu, Dövlət Müdafiə Komitəsinin qərarı ilə olub. Bu qurum Milli Məclis tərəfindən yaradılmışdı və onun qərarları imperativ xarakter daşıyırdı. Yəni onun verdiyi qərarların icrası məcburi idi.
- Həmin müsahibədə qeyd edilir ki, hakimiyyət KQB ilə əlaqəli şəxslərin adlarını açıqlamamaq şərti ilə bu qurumun arxivlərinin açılmasının mümkünlüyünü bildirib, ancaq Sülhəddin bəy buna qəti etiraz edib...
- Arxivlərin açılması ilə bağlı məsələ şişirdilib. Gedin 22 oktyabr 1992-ci il tarixdə nəşr edilən “Azərbaycan” qəzetinə baxın və Sülhəddin Əkbərin Milli Məclisdə KQB-nin arxivlərinin açılmasına dair müzakirələrdəki çıxışını oxuyun. Sülhəddin bəy Milli Məclisdə KQB-nin arxivlərinin açılmasına qarşı çıxış edib. Digər tərəfdən, axı arxivlərin açılması Prezidentin sərəncamı ilə olmurdu. Bu məsələ parlamentin qərarı ilə baş verirdi. Parlamentdə müzakirələr gedib və qərarlar qəbul edilib. Nəzərə alın ki, hörmətli Sülhəddin Əkbərin agent dedikdə nəzərdə tutduğu şəxslərdən biri olan Pənah Hüseyn parlamentdəki çıxışı zamanı ümumiyyətlə, arxivlərin açılmasının tərəfdarı olduğunu elan etmişdi.
- Sülhəddin bəyin başqa diqqət çəkən fikri odur ki, əslində, o zaman hakimiyyətin bölüşdürülməsi artıq fevral ayında baş tutmuşdu. Bununla da Heydər Əliyevlə Əbülfəz Elçibəyin 8 saatlıq görüşünə işarə edilir...
- Burada da müəyyən yanlışlığa yol verilir. Sözügedən görüş olub və tam fərqli müstəvidə aparılıb. Heydər Əliyev o zaman Bakıya böyük qardaşı Həsən Əliyevin yas mərasimində iştirak etmək üçün gəlib. Prezident də onu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin rəhbəri kimi qəbul edib. Və bu görüşdə tamamilə fərqli məsələlər müzakirə olunub. Sülhəddin bəy Milli Təhlükəsizlik nazirinin birinci müavini postunu tutmuş şəxs olaraq, faktlar əsasında danışmalıdır, nəinki özünün dediyi kimi 27 illik təhlilinin nəticəsi əsasında.
Sülhəddin bəyin fikrindən belə çıxır ki, həmin vaxt hakimiyyət bölgüsündə Mütəllibov prezident, Heydər Əliyev Milli Məclisin sədri, Etibar Məmmədov isə baş nazir təyin edilməli imiş. Elçibəy, yəni Mütəllibovu hakimiyyətdən devirən bir adam, sonradan prezidentliyi Mütəllibova niyə versin ki?
İkincisi, Sülhəddin bəy qarışdırır. Onun dediyi konfiqurasiya bizim Moskvadakı səfirimiz Hikmət Hacızadə tərəfindən diplomatik poçtla göndərilən məlumatdır. Bu məlumat mayın 31-də yazılıb və iki gün sonra Prezident Aparatına gəlib. Həmin məlumat Moskvada Ayaz Mütəllibov, Rəhim Qazıyev, Qurban Xəlilovun oğlu və rus generallarının iştirakı ilə keçirilən toplantının qərarına dair olub.
- Nədən aprel ayından sonra Sülhəddin Əkbərin Prezident Elçibəylə görüşü mümkün olmayıb və ya bunun qarşısı alınıb?
- Məncə, bu da yanlış informasiyadır. Səhv etmirəmsə, Sülhəddin bəy 1993-cü il iyunun 1-də prezidentin yanında olub. Həmin vaxt Sülhəddin Əkbər bəzi siyasətçilərin telefon dinləmələrini Prezidentə təqdim edib. Bu kimi hallara görə, Sülhəddin bəyin müsahibəsini anlamaqda çətinlik çəkirəm...
- Sülhəddin Əkbərin müsahibəsində Prezident Elçibəyin Rusiya agenti olmasına dair eyhamlar, işarələr gördünüzmü?
- Onun müsahibəsindən belə çıxır ki, AXC-də hamı Heydər Əliyevin adamı idi və onlar kombinasiyanı quraraq hakimiyyəti sahibinə verdilər. Mən belə anladım. Bir daha qeyd edirəm ki, onun fikirlərində ciddi yanlışlıqlar və anlaşılmazlıqlar var. Məncə, Əbülfəz Elçibəyi haralarasa bağlamağı insanların vicdanına buraxmaq lazımdır.
- Doğurdanmı həmin dövrdə Rusiya mediasında “Uçitel” ləqəbli siyasətçi haqqında yazılar gedib və “Uçitel” dedikdə Əbülfəz Elçibəy nəzərdə tutulurmuş?
- Xüsusi xidmət orqanları kimisə izləyəndə, ona taxma ad verirlər. Onlar da öz yazılarında poçt ələ keçməsin, bilinməsin deyə “Uçitel” adından istifadə ediblər. Bu, o zaman Rusiyanın Azərbaycandakı səfiri Valter Şoniyanın Rusiya Xarici İşlər Nazirliyinə yazdığı raportda var. Həmin raportda qeyd edilir ki, “Uçitel”in apardığı siyasət 3-4 il davam edərsə, Azərbaycan tam müstəqil dövlətə çevriləcək və bu, nəinki digər keçmiş SSRİ respublikaları, eləcə də Rusiyanın öz daxili siyasəti üçün pis nümunə olacaq.
- Amma bu məqamdan istifadə edib Əbülfəz Elçibəyi Rusiyaya bağlamağa çalışanlar da az deyil...
- Bu məsələlərə işi bilənlər və peşəkarlar qiymət verməlidir. Əks halda hər adam ağlına gələni danışacaqsa, bu məsələ uzanıb gedəcək.
- Xatırlayırsınızsa, bir neçə il əvvəl Eldar Namazov da bildirmişdi ki, 1988-ci ildə ona Azadlıq meydanında xalqın qarşısında çıxış edərək, populyarlıq qazanması təklif olunub...
- Ola bilər. Azərbaycan həmin illərdə Rusiyanın tərkibində idi. İmperiyalar belə hallarda onlara yaxın və ya onlarla əlaqəli adamlarla əməkdaşlığa gedirlər və xüsusi xidmət orqanları bu yolla prosesləri idarə etməyə çalışırlar.
Paylaş:
Müəllif : Fuad
Tarix:7-06-2020, 13:05
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:7-06-2020, 13:05
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01