Səfər Əbiyev əsgərlərin həyatına necə qəsd edirdi? - ŞOK FAKTLAR
Azərbaycan xalqı hər zaman öz əsgər və zabitinin yanında olub, bütün çətin günlərdə onlara həm ərzaq, həm geyimlə bağlı kömək edib, xəstələnmiş və yaralanmış hərbçilərin ayağa qalxması üçün əlindən gələni əsirgəməyib. Qarabağ müharibəsi illərində də məhz belə olub. Təəssüf ki, 1-ci Qarabağ savaşında atəşkəs elan olunandan sonra müdafiə naziri postuna gələn Səfər Əbiyevin fəaliyyət illəri məhz əsgər “payoku”na göz tikməsi, ordu sıralarına qatılan sağlam gəncləri bir “buket” xəstəliklə evə yola salması ilə yadda qaldı.
Hit.Az-ın verdiyi xəbərə görə, 2000-ci illərdə əsgər ərzaqlarının özəl marketlərdə satışa çıxması adi bir hala çevrilmişdi. Öz əlaltıları vasitəsilə əsgərlərə aid ərzağın yarıdan çoxunu satan, bəzilərini isə ümumiyyətlə keyfiyyətsiz məhsulla əvəzləyən Səfər Əbiyev özünə böyük sərvət toplayıb. Həmin illərdə dəfələrlə bir çox dükan və marketlərdə hüquq-mühafizə orqanları orduya aid olan ərzaq malları aşkarlasalar da, sonradan Səfər Əbiyev bəzi əlaqələrini işə salaraq bu işləri ört-basdır etməyə nail ola bilib.
Əsgərin qidasını isə kiflənmiş ət, yararsız piylər, kərə yağının yerinə marqarin təşkil edirdi. Əbiyevin nazir olduğu illərdə orduda xidmət edən hər kəs deyə bilər ki, çörək içi nəm və maya iyi verirdi, bərk və ağır olurdu.
Kartof "poroşoku" ilə əsgərlərin zəhərlənməsi və milyonların oğurlanması...
XXI əsrin ilk onilliyində Azərbaycan əsgərinin qidalanmasında olan problemlər zaman-zaman qaldırılsa da heç bir nəticəyə nail olmaq olmurdu. Bir faktı açıqlamaq bütün mənzərəni çılpaqlıqla göstərəcək:
Orduya kartof əvəzinə lazımsız kimyəvi maddələrlə bol olan, insan sağlamlığına ziyanlı sayılan kartof “poroşok”u verilirdi. Əsgərlərin qida rasionunun əsas hissəsini təşkil edən və “ikinci çörək” adlandırılan təbii və təzə kartofun kartof “poroşoku” ilə əvəzlənməsi bir çox hərbi hissələrdə narazılıqla qarşılanırdı. Hətta, Naxçıvan və Şəmkir korpuslarında əsgərlərin kartof “poroşok”undan bir neçə dəfə zəhərlənməsi halı da qeydə alınmışdı. Soyuq qış aylarından birində Naxçıvanda əsgərlərə şam yeməyində konservləşdirilmiş balıqla “poroşok”dan hazırlanmış kartof püresi verilərkən 150-yə yaxın əsgər zəhərlənmədən muxtar respublikadakı hospitallara yerləşdirilmişdi. Müayinə zamanı həmin əsgərlərin kartof püresindən zəhərlənməsi faktı öz təsdiqini tapmışdı. Naxçıvan ordu korpusunun komandanı, general-leytenant Kərəm Mustafayevin əmri ilə bir müddət kartof püresinin verilməsi qadağan olunmuşdu.
Təzə, keyfiyyətli və yerli kartofu qoyub ölkəmizə əsasən Belarus və Ukraynadan idxal edilən, daha ucuz qiymətə başa gələn bu “poroşok”dan istifadə edilməsinin isə bir səbəbi vardı: Ordu üçün xaricdən ərzaq almaq Səfər Əbiyevə milyonlar qazandırırdı.
Azərbaycan büdcəsində hərbi xərclər qrafasının 20 faizinin əsgərlərin qida və geyiminə xərcləndiyini nəzərə alanda ortada keçmiş nazirin nəhəng qazanc imkanlarının olduğunu görürük. Xüsusilə də o halda ki, ortada ordunun maddi təchizatına dair tenderlərin qeyri-şəffaf aparılması ilə bağlı çoxsaylı faktlar mövcud idi.
Məsələn, 2007-ci ildə “Ayşən” firmasının orduya xaricdən keyfiyyətsiz zebu əti gətirməsi barədə faktlar açıqlandı. Məsələ nəzarətə götürüləndən sonra isə Müdafiə Nazirliyi həmin şirkətlə müqaviləni birtərəfli qaydada pozmağa məcbur oldu.
Yaxud başqa fakt. Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarəti Azərbaycan Mərkəzinin direktoru Ələkbər Məmmədovun 2009-cu ilin mayında açıqladığı məlumata görə, onların apardığı bir monitorinq zamanı əsgərlər onlara Qazaxıstandan gətirilən və xəstə heyvana məxsusluğu adi gözlə görünən ucuz və çürümüş at əti verildiyini bildiriblər.
Ümumən, əsgərlərin ərzaq təminatı ilə bağlı məsələ şəffaf deyildi. Ona görə də əsgərə verilən ərzağın mənşəyi qaranlıq qalırdı. Buna ictimai nəzarəti həyata keçirməyə imkan verilmirdi. Bu da əliəyriliyə, maxinasiyalara yol açırdı. Fakt budur ki, Müdafiə Nazirliyində dəyişikliyə ən çox məruz qalan sahə ərzaq təminatı ilə bağlı xidmətin rəisi vəzifəsi olub. Həmin xidmətin rəisi Səfər Əbiyevin dövründə azı 10 dəfə dəyişib. Bu da ərzaq təminatında neqativ hallara yol verilməsinin ən böyük əlaməti və təsdiqidir.
Cəbhə xəttində erməni, arxada Səfər Əbiyev...
Bütün bunlarla yanaşı əsgərlərin şəxsi gigiyena məsələsi də daima nəzarətdən kənar saxlanılırdı.
Hər əsgərə 1 ədəd paylanılan “vafelnıy” dəsmal hər ehtiyac üçün istifadə olunurdu - əsgərlər həm əl-üzlərini silir, həm hamamdan sonra qurulanır, həm sonradan həmin dəsmallarla qablar silinirdi. “Hamam günü” əsgərlərin həftədə 1 dəfə yuyunması üçün ayrılan vaxt idi. Ən dəhşətlisi isə odur ki, bu qayda isti yay günlərində də tətbiq olunurdu, nəticədə bit və birə əsgərlərin paltarının və yataq dəstlərinin ayrılmaz atributlarına çevrilmişdi.
Bütün sadalananların nəticəsində əsgərlər tuberkulyoz, pnevmaniya kimi xəstəliklər tapır, bəzilərində hətta raxitlik də inkişaf edirdi.
Amma xəstələnib hospitala getmək də bir başqa sınaq idi Səfər Əbiyevin əsgərləri üçün. Ora ayrılan vəsait və qida məhsullarının da mənimsənilməsi nəticəsində sağalması müşkülə çevrilən hərbçilər ailələrinə müraciət edirdi. Kimin imkanı varıdsa evdən yemək, dərman gətirir, yiyəsizlər isə elə o şəraitdə də daha da ağırlaşırdı...
Cəbhədə erməni işğalçıları ilə savaşan əsgərimiz kazarmada da Səfər Əbiyevin düşmənçiliyi ilə üz-üzə dayanırdı...
Bəli, bu gün Ordu sıralarında hərbi xidmət keçən gənclər üçün bütün bu yazılanlar filmlərdə gördükləri Böyük Vətən müharibəsi illərini xatırlada bilər. Amma bir az stajlı hərbçiləri dindirmək kifayətdir ki, Ordunun Səfər Əbiyev dönəminin ağırlıqlarından "ağız dolusu" danışsın.
Hit.Az
Paylaş:
Müəllif : Yazar
Tarix:5-06-2020, 13:32
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:5-06-2020, 13:32
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01