Bağlanmış banklarda pulu batanlar NƏ ETMƏLİDİR? - Diqqət!
Tanınmış hüquqsünas, banklarla bağlı mübahisələr üzrə mütəxəssis Əkrəm Həsənov Azərbaycanda bağlanmış - “Atabank”, “Amrahbank”, “NBC Bank” və “AGBank”da pulua qalanlarda tövsiyələrini verib.
Əkrəm Həsənov yazır:
“Atabank”, “Amrahbank”, “NBC Bank” və “AGBank”ın bağlanması ən çox orada pulu qalanları narahat edir.
Yəni əsasən aşağıdakı şəxsləri (kreditorları):
1. Cəmi məbləği təxmini 681 mln. manat olan qorunan əmanət sahibləri – vətəndaşlar;
2. Cəmi məbləği təxmini 5 mln. manat olan qorunmayan əmanət sahibləri – vətəndaşlar;
3. Cəmi məbləği təxmini 105 mln. manat olan vəsaitin sahibləri – fərdi sahibkarlar və hüquqi şəxslər (o cümlədən dövlət qurumları).
Bankın həmçinin işçilərinə və dövlətə (vergi və s.) borcları var. Amma həmin borcların məbləği çox aşağıdır.
Bu pulların qaytarılması prosesi aşağıdakı kimi olacaq. 3 ay ərzində Əmanətlərin Sığortalanması Fondu (ƏSF) 681 mln. manat təşkil edən qorunan əmanətləri vətəndaşlara tam qaytaracaq. Beləliklə, həmin şəxslər narahat olmaya bilər.
Bundan sonra ƏSF həmin bankların ləğvi prosesini həyata keçirəcək. Bu proses bir neçə il çəkəcək. Ləğvin mahiyyəti sözügedən bankların bütün aktivlərinin pula çevrilməsindən və kreditorlar arasında bölüşdürülməsindən ibarətdir. Yəni ƏSF bankların daşınar və daşınmaz əmlakını satmalı, verdiyi kreditləri isə qaytarmalıdır (qaytarma həmçinin bu kreditlərin başqa banklara satılması yolu ilə də həyata keçirilə bilər). Aktivlər pula çevrildikcə ƏSF tərəfindən aşağıdakı növbəlilik qaydasında bölüdürüləcək:
1. ƏSF qorunan əmanətlərə sərf etdiyi 681 mln. manatı götürəcək (təbii, hər bank üzrə ayrılıqda);
2. ƏSF illərlə çəkən ləğv prosesinə çəkdiyi xərcini götürəcək. Məsələn, işçilərin maaşı, kargüzarlıq, nəqliyyat, hüquqi xidmət və s. xərclər. Xərcin limiti yoxdur. Deməli, ləğv prosesi mümkün qədər tez bitməlidir ki, xərc də çox olmasın.
3. bankların işçilərinə olan borc (maaş, müavinətlər).
4. dövlətə olan borc.
5. qorunmayan 5 mln. manat məbləğində əmanətlərin sahibləri olan vətəndaşlar, habelə 105 mln. manat məbləğində vəsaitin sahibləri olan fərdi sahibkarlar və hüquqi şəxslər.
Göründüyü kimi, ən çətin durumda olan sonuncu növbəli kreditorlardır. Yəni birlikdə 110 mln. manatlıq vəsaitin sahibləri. Bu statusum da ilk növbədə onlara müraciətdir. Amma təbii eyni zamanda bağlanmış bankların işçilərinə də aiddir.
Əvvəllər bağlanmış bankların təcrübəsi göstərir ki, sonuncu növbəli kreditorlara, bir qayda olaraq, yekunda ya heç nə çatmır, ya da çox cüzi məbləğ çatır. ƏSF deyir ki, pul qurtardı! Ola bilər ki, pul həqiqətən yoxdur. Amma ola da bilər ki, pulun çatmaması ƏSF-nin öz vəzifələrini düzgün və vicdanlı icra etməməsinin nəticəsidir.
Ləğvedici kimi ƏSF-nin səlahiyyətləri olduqca genişdir. Üzərində isə demək olar ki, nəzarət yoxdur. Formal olaraq ona bu sahədə Bakı Apellyasiya Məhkəməsi nəzarət edir. Amma söhbət elə mürəkkəb işdən gedir ki, hakimlərin əksər hallarda lazımi nəzarətə həm bilikləri, həm də vaxtları kifayət etmir. Cari və hərtərəfl nəzarət lazımdır. Bunu da əslində ancaq kreditorlar özləri edə bilər. Kreditorlar Komitəsi vasitəsilə. Bütün dünyada belədir. Əksər ölkələrdə ləğvedicini belə həmin Komitə təyin edir. Bizdə də “Müflisləşmə və iflas haqqında” Qanuna uyğun olaraq digər hüquqi şəxslərdə mexanizm məhz belədir. Təkcə banklar nədənsə istisna təşkil edir.
Belə nəzarət olmadığı halda ƏSF bir sıra özbaşınalığa, hətta korrupsiya əməllərinə yol verə bilər. Əsasən 4 istiqamətdə:
1. Bankların əşyalarını formal olaraq ucuz satıb, “otkat” götürə bilər. Buna görə də əşyalar Kreditorlar Komitəsinin nəzarəti altında yalnız açıq hərraclarda satılmalıdır. Özü də mümkün qədər tez. İsti-isti!
2. Bankların verdiyi kreditləri qaytarmaq əvəzinə borc alanlarla sövdələşə və rüşvət müqabilində onlara güzəştlərə gedə bilər, hətta məhkəmə proseslərini də bilərəkdən uduza bilər. Buna görə də bütün borclulara qarşı məhkəmə işlərinin siyahısı Kreditorlar Komitəsində olmalıdır və Komitə bu proseslərin ƏSF tərəfindən necə aparılmasına nəzarət etməlidir.
3. Bankın müəyyən kreditorlarına pullarını qanunsuz olaraq növbədənkənar qaytara bilər. O cümlədən “otkat” müqabilində. O cümlədən hansısa kreditorun tələbi ilə hansısa borclunun borcunun əvəzləşdirilməsi yolu ilə. Yəni tutaq ki, birinin (kreditor) bankda 1 mln. manatı qalıb. Digərinin (borclu) isə banka 1 mln. manat borcu var. Guya kreditor tələbini borcluya bağışlayır (əslində müəyyən məbləğdə pul müqabilində), borclu da sonra ƏSF gəlib deyir ki, indi mənim 1 mln. manatlıq borcum da var, tələbim də, zəhmət olmasa, əvəzləşdir. Bu qanunsuzdur, amma təcrübədə olub. Təbii ki, eyni şəxsin banka həm tələbi, həm də borcu varsa, əvəzləşdirmə qanunidir. Amma belə süni yolla əldə edilmiş tələb olmamalıdır. Buna görə də kreditorların reyestri Kreditorlar Komitəsində olmalıdır və o, kreditorlara ödənişlərin aparılmasına nəzarət etməlidir.
4. Öz xərclərini şişirdə bilər. Məsələn, lazımsız işçilər (qohum-əqraba və s.) saxlaya, “otkat” müqabilində bahalı mallar və xidmətlər ala bilər və s. və i.a. Buna görə də ƏSF-nin satınalamaları əsasən tender vasitəsilə həyata keçirilməldir və Kreditorlar Komitəsi xərclərə nəzarət etməlidir.
Kreditorlar Komitəsi “Banklar haqqında” Qanuna əsasən yaradılır. Bunun üçün ƏSF Mərkəzi Bankın dəstəklədiyi sorğu ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etməlidir. Yekun qərarı da həmin məhkəmə qəbul edir. Əslində, dünya təcrübəsində Komitənin ləğvedicinin (ƏSF-nin) və Mərkəzi Bankın təşəbbüsü ilə yaradılması yoxdur. Çünki belə Komitənin mövcudluğu onların maraqlarına cavab vermir. Kim istəyər ki, üzərində əlavə nəzarət olsun?
Bununla belə, son illər ərzində ləğv prosesində olan banklarda komitələr yaradılıb. Onlardan ilkinin və ən aktivinin sədri də mən olmuşam (“Bank Standard”da). İndiyə kimi fəaliyyət göstərən Komitələrin fəaliyyətində 3 problem olub:
1. Bank müflis olan kimi yaradılmayıblar və ləğv prosesi əvvəldən səhv qurulub.
2. ƏSF müvafiq məlumatları vermək istəməyib. Halbuki, məsələn, Fondun sabiq rəhbəri Vüqar Abdullayev mənə həmin məlumatları verəcəyinə söz vermişdi.
3. Kreditorlar kifayət qədər fəal olmayıblar. Göydən 3 almanın düşəcəyini gözləyiblər.
Buna görə də kreditorlar yubanmadan ƏSF-ə və Mərkəzi Banka yazılı müraciət edərək Kreditorlar Komitəsinin yaradılmasını istəməlidirlər. Kollektiv müraciətlər də ola bilər. Başqa yollar axtarmaq lazım deyil: yersiz iddialar və məhkəmə prosesləri burada keçmir! O cümlədən əyri yollar da axtarmaq lazım deyil, xeyri olmayacaq, yalnız vaxt itirəcəksiz!
ƏSF-ə yeni rəhbər təyin olunub. Ümid edirəm ki, o, bankarın ləğvi işini daha savadlı, daha dürüst, daha şəffaf həyata keçirəcək. Ümumiyətlə, dürüst işləmək istəyən ləğvedicinin kreditorlardan, onların Komitəsindən yaxşı dəstəyi ola bilməz. Buna görə Kreditorlar Komitəsinin olmasını istəməyən, ona tam məlumat verməkdən yayınan ləğvedicinin vicdansız niyyətləri şübhə doğurmamalıdır...
P.S. Dediklərimi “AGBank”ın misalında göstərmək istəyirəm. Əvvəla, ona görə ki, rəhbərlik etdiyim vəkil bürosunun da həmin bankda 91,44 manat pulu qalıb. Başqa sözlə, özüm də kreditoram və sözügedən Komitənin işində iştirak edəcəyəm. Ən əsası isə məhz bu bankda fərdi sahibkarların və hüquqi şəxslərin daha çox pulu qalıb: təxmini 85 mln. manat. Buna görə ən çox hüququ pozula bilən şəxlər də məhz bu bankdadır. “AGBank”da fiziki şəxslərin 140 mln. manat pulu qalıb. Yəni bu pulu ƏSF əmanətçilərə qaytaracaq, sonra isə bankın aktivləri hesabına həmin vəsaiti götürəcək. Bankın isə təkcə kredit portfeli təxmini 230 mln. manatdır. Yəni 140 mln. manatdan xeyli çoxdur və sahibkarların tələblərini də ödəməyə artıqlaması ilə kifayət edir. Mən hələ bankın daşınar və daşınmaz əmlakını demirəm. Deməli, əsas məsələ Fondun işinin savadlı və dürüst olmasıdır. Belə olsa, hamının pulu qayıdacaq. Bunun üçün isə Kreditorlar Komitəsi lazımdır. Konkret “AGBank”da pulu qalmış kreditorlar rəhbərlik etdiyim qurumun ofisinə də müraciət edə bilər (telefon: 4933124, [email protected]). Birlikdə bu işi yüksək səviyyədə təşkil edə bilərik! İrəli! //fed.az//
Paylaş:
Müəllif : Yazar
Tarix:19-05-2020, 12:57
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:19-05-2020, 12:57
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11