Ana və körpəsini xilas edən təcili yardım sürücüsünü baş həkim işdən qovub? - GİLEY
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının baş direktoru Elnur Azadxanov xəstəxanada 29 il Təcili Tibbi Yardım Stansiyasının təcrübəli sürücüsü işləyən Hünbətov Sucayyət Höccət oğlunu işdən çıxararaq onun yerinə taksi sürücüsünü təyin edib.
regionxeberlericom.az bildirir ki, bu haqda Moderator.az-a şikayətçi özü məktub ünvanlayıb. Şikayətçi məktubunda yazır:
“Sizə bildirmək istəyirəm ki, 1965-ci ildə Cəlilabad rayon Əliabad kəndində kolxozçu ailəsində anadan olmuşam. Ailədə 8 bacı və 3 qardaş olmuşuq. Valideynlərimiz isə bizi çox ağır şəraitdə boya-başa çatdırıb. Özüm ailəliyəm, dörd övladım var. Kiçik oğlum Ə.Hünbətov Qazax rayonunda Sərhəd Qoşunlarında düşmənlə üzbəüz bölgədə xidmət edir. Onu demək istəyirəm ki, vətən anadır və onu kişilər qoruyur, mən də oğlumla fəxr edirəm.
Özüm isə 1991-ci ildən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Stansiyasında ikinci dərəcəli sürücü kimi fəaliyyətə başlamışam. Artıq 29 ildir ki, bu kollektivdə fasiləsiz və şərəflə xalqıma xidmət edirəm. İşimin məsuliyyətini daim dərk edərək, insanların taleyini düşünərək rəhbərliyin həmişə təşəkkürnamə və mükafatlarına layiq görülmüşəm. Bu peşəmlə fəxr edirəm və özümü Səhiyyə Nazirliyinin əsgərlərindən biri hesab edirəm. Bunu iş yoldaşlarım Dilavər Baxşəliyev, Vahid Xubalıyev, Vətənxan Zeynalov, Möhübbət Məmmədov, İntiqam Babayev və Bəhruz Cəfərov da təsdiq edə bilər.
Bu illər ərzində xəstəxanada dörd baş həkim dəyişib və hamısıyla da xoş münasibətlərim olub. Bu il Mərkəzi Xəstəxananın baş həkimi İlham Əliyev mart ayında işdən azad edildikdən sonra onun yerinə Elnur Azadxanov təyin edildi. E.Azadxanov işə başlayan kimi onun ilk “qurbanı” mən oldum. Hadisənin isə baş vermə səbəbi çox ilgincdir. Belə ki, martın 26-da rayonun Dövlətəlibəyli kənd sakini 19 yaşlı ana Şəmmədova Məleykə Aslan qızını əlimdə olan rəsmi göndərişlə, rəhbərliyin tapşırığıyla Akademik Miqasımov adına Respublika Klinik Xəstəxanasına çatdırdım. M.Şəmmədova ölümlə üz-üzəydi, çünki onun diaqnozu “22-23 hamiləlik həftəsi, dölün arxa kəllə çuxurunda baş beyin mədəciyində maye taplaşması” idi. Əgər xəstə vaxtında xəstəxanaya çatdırılmasaydı, həm özü, həm də bətnindəki körpə ölə bilərdi. Şükür Allaha ki, mən onları xəstəxanaya çatdırdım və həm ana, həm də körpəsi yerdə mənim, göydə Allahın köməyi ilə xilas edildi.
Lakin Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına qayıtdıqdan sonra E.Azadxanov mənə dedi ki, “TƏBİB”in göstərişi ilə səni işdən azad edirəm. Mənə ağır gələn isə odur ki, mən özbaşına heç yerə maşın sürməmişəm. Bakıya xəstəni çatdırmaq üçün də bütün sənədləri rəhbərlik özü mənə vermişdi. Onu da qeyd edim ki, mən karantin dövründə mart ayının sonuna kimi gecə-gündüz yatmayaraq insanlara xidmət etmişəm. Lakin mən heç o, ölkə başçısının sərəncamına uyğun olaraq əlavə əmək haqqı da almamışam. E.Azadxanov mənim yerimə isə rayonda taksi sürücüsü işləyən şəxsi təyin edib. İyirmi doqquz illik peşəmi itirdiyim üçün həm ailəm, həm də mən çox dərin sarsıntı keçirdik və indi də çox çətin günlər keçirirəm. Buna səbəb olan məsələlərdən biri də mənim səbəbsiz yerə işdən uzaqlaşdırılmağımdır.
Sizin vasitənizlə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Səhiyyə Naziri Oqtay Şirəliyevə müraciət edərək tapdanmış haqqımın bərpası üçün kömək istəyirəm. Bütün qurumlara müraciətlər ünvanlamışam və ümid edirəm ki, tezliklə əlaqədar qurumlar mənim harayıma cavab verəcəklər.
Məsələylə bağlı Elnur Azadxanovla əlaqə saxladıq və baş direktorun münasibətini öyrəndik.
E.Azadxanov Moderator.az-a açıqlamasında S.Hünbətovun ittihamlarının əsassız olduğunu bildirdi:
“Siz bununla bağlı “TƏBİB”dən də informasiya ala bilərsiniz. Əgər S.Hünbətovun işdən çıxmasıyla bağlı narazılığı varsa, məhkəməyə və əmək müfəttişliyinə müraciət edə bilər. Onun işdən azad olunması tam qanunauyğundur. O, Əmək Məcəlləsinin tələblərini və özünün müqaviləsini kobud şəkildə pozub və bu barədə hər yerdə informasiya var. O, mətbuata bu cür şikayətlər etməklə gördüyü əməlləri ört-basdır edə bilməz. S.Hünbətovun görüyü qanunsuz hərəkətlərdən birbaşa qərargahın məlumatı var. O, göndərişlə getməyib, talon, yol vərəqəsi almayıb, bunu sanoviasiya ilə razılaşdırmayıb. On gün ərzində dörd dəfə qanunsuz viziti olub, heç kimin xəbəri olmadan xəstəxana ərazisini tərk edib və bununla bağlı heç kimə məlumat verməyib. Bu günə kimi onun özəl xəstəxanalara 60-dan çox qanunsuz viziti olub. Burda hansı məqsədlər güdülüb, bununla bağlı bizə hələ məlumat versin. Onun əvvəllər qəza törətdiyi üçün məhkəmə işi də var və bu da davam edir”.
Paylaş:
Müəllif : Yazar
Tarix:16-05-2020, 10:35
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:16-05-2020, 10:35
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Dünən, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
28-11-2024, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
28-11-2024, 10:11