Prezidentin masasında ölü ördək fotoları... - BAKIDA İŞLƏMİŞ KƏŞFİYYATÇININ TAKTİKASI
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Ceyn Haspel 2018-ci ildə prezident Donald Trampı QRU polkovniki Sergey Skripalın zəhərlənməsinə görə Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etmək üçün ona ölü ördəklərin fotolarını göstərib.
regionxeberlericom.az “The New York Times” qəzetinə istinadla xəbər verir ki, həmin ilin martında ABŞ-ın milli təhlükəsizliyə cavabdeh məmurları Ağ evdə toplaşaraq prezidentlə Skripalların zəhərlənməsi işini müzakirə ediblər. Məlumata görə London israr edirdi ki, ABŞ rusiyalı diplomatları ölkədən çıxarsın. Amma prezident Tramp bu məsələyə skeptik yanaşırdı. Hətta o Rusiya hakimiyyətinin tərəfini saxlayaraq “satqın zabitin təqib olunmasına” haqq qazandırırdı.
Belə olanda MKİ-nin o vaxtkı direktor müavini Ceyn Haspel prezidentə sakit, amma sərt tonda deyib ki, Rusiyanın bu hərəkətinə qarşı kəskin cavablar verilməlidir. O, “sərt variant” kimi 60 rusiyalı diplomatın ölkədən xaric edilməsini qeyd edib.
Haspel Trampı əmin edib ki, Skripal və qızı Rusiya kəşfiyyatının yeganə qurbanları deyil. Belə ki, o Trampa Britaniya kəşfiyyatının təqdim etdiyi və “Noviçok” əsəb-iflic qazının təsirindən zəhərlənmiş balaca uşaqların fotolarını göstərib. Bundan başqa Haspel rusiyalı kəşfiyyatçıların həmin əməliyyat zamanı səhlənkarcasına davranması nəticəsində ölən ördəklərin fotolarını da təqdim edib.
Qeyd olunur ki, Haspel prezidenti emosional obrazlarla yola gətirməyə çalışan yeganə məmur deyildi. Amma məhz onun taktikası effektli olub. Tramp qazdan zəhərlənən uşaqların və ölü ördəklərin şəkillərinə baxıb, görüşün sonunda Rusiyaya qarşı sərt sanksiyaların tətbiq edilməsinə razılıq verib.
Mənbələr deyiblər ki, həmin nəticə Haspelin Trampı fikrindən daşındıra bilə azsaylı şəxslərdən biri olduğunu göstərir. “Onun stili belədir ki, zəiflik göstərmədən belə situasiyalarda qarşısındakını tərksilah edir”-mənbə deyib.
Ceyn Haspel ötən əsrin 90-cı illərində ABŞ-ın Bakıdakı səfirliyində MKİ rezidenti kimi işləyib. Daha sonra Türkiyədə ABŞ kəşfiyyatının bürosuna rəhbərlik edib.
Paylaş:
Müəllif : Yazar
Tarix:17-04-2019, 10:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:17-04-2019, 10:22
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti