Rostovda həbs olunan Söyün Sadıqov Moskvaya gətirilmədi: - Ailəsi narazıdır
Rusiyanın Rostov şəhərində həbs olunan sabiq diaspor rəhbəri Söyün Sadıqovun məhkəmə prosesi aprel ayında keçiriləcək
regionxeberlericom.az bildirir ki, Cebhe.info-ya bu barədə Sadıqovun ailəsindən məlumat verilib. Bildirilib ki, Sadıqovun istintaq müddətində Moskvaya gətirilməsi mümkün olmayıb. Ailə həbsin erməni sifarişi olduğunu düşünür və bildirir ki, Sadıqovun Moskvaya gətirilməsinə də onun həbsində maraqlı olanXaçaturov, Kiçikyan və Oksanov soyadlı ermənilər mane olur.
Ailəsi Sadıqovun yüksək təzyiq və şəkər xəstəliyindən əziyyət çəkdiyini bildirib. Ailə üzvlərinin də Söyün Sadıqovla görüşünə hələ icazə verilməyib.
Xatırladaq ki, həbs barədə ilkin məlumatlarda Söyün Sadıqovun biznesmenlərdən birindən zor tətbiq etməklə 100 milyon rubl (2,5 milyon manat ) və bir hektar torpaq tələb etdiyi bildirilirdi.
Sadıqovla bağlı “mütəşəkkil qrupla əlbir olaraq külli miqdarda dələduzluq” maddəsi ilə cinayət işi başlanıb. Cinayət sübuta yetirilərsə, onu 10 ilədək həbs cəzası gözləyir. İstintaq hesab edir ki, o, əlbir olduğu şəxslərlə birlikdə güc tətbiq etməklə “Nebuq” şirkətindən torpaq və külli miqdarda pul tələb edib.
Şirkətin rəhbəri, biznesmen Modiros Oksanov polisə müraciət edib, sonra isə hüquq-mühafizə orqanlarının iştirakı ilə Sadıqova 5 milyon rubl (130 min manat ) verib. Bundan sonra Söyün Sadıqov həbs edilib.
Məlumat üçün bildirək ki, S.Sadıqov uzun müddət Rusiyada diaspor təşkilatına rəhbərlik edib. Rusiya Prezidenti yanında Beynəlxalq Münasibətlər Şurasının üzvü, Putinin səlahiyyətli nümayəndəsi olub. Son illər geosiyasi araşdırmalarla məşğul olan Strateji İnkişaf Mərkəzinə rəhbərlik edir.
Söyün Sadıqov həbsindən əvvəl Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımın iştirakçısı olmuş Mixail Avaqyana Gürcüstanda abidə qoymasına sərt etirazını bildirib. Ailəsi onun həbsini bu məsələdəki kəskin mövqeyi ilə əlaqələndirir.
Paylaş:
Müəllif : Yazar
Tarix:5-03-2019, 11:58
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:5-03-2019, 11:58
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11