Ramiz Mehdiyevin nəvəsi və bacısı nəvəsi şirkətdən uzaqlaşdırıldı - zavodun rəsmi sahibi Rasim Məmmədov isə…
Azərbaycanın ən iri poladəritmə zavodu olan “Baku Steel Company” ilə bağlı mətbuatda bir çox qalmaqallı yazılar dərc olunub. Bu şirkətin qurucusu və 2008-ci ilədək sahibi olan İran əsilli Böyük Britaniya vətəndaşı Paolo Pərvizin ölkədən didərgin salınmasından bu yana istər “Baku Steel Company”, istər də sənəd üzərində zavodun sahibi olan, bahalı avtomobillər kolleksioneri Rasim Məmmədov hər zaman mətbuatın diqqət mərkəzində olub.
Sonuncu dəfə cari ilin fevral ayında bu zavodun istehsal prosesini dayandırdığı bildirilirdi. İddia olunurdu ki, R. Məmmədov Azərbaycandan milyardlarla dollar vəsaitini çıxardaraq Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində və Qazaxıstanda yeni zavodlar açıb. Ona bu işlərdə türk ortağı kömək edib.
Bundan öncə isə azərbaycanlı iş adamının özünə milyonlarla dollar dəyərində avtomobil alması barədə də informasiyalar yayılmışdı. İddia olunurdu ki, bahalı avtomobil kolleksiyası olan Rasim Məmmədov sonuncu dəfə qiyməti 1,2 milyon dollar olan “Mercedes G63 AMC İNCAS” maşını gətizdirib.
Bu maşının bir özəlliyi də ondan ibarətdir ki, onun zirehli avtomobillər kateqoriyasına aid olmasındadır. “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri avtomobilinə 10-AB-784 dövlət qeydiyyat nişanını sifariş edib. Bu nömrə də xüsusi məna kəsb edir. Belə ki, iş adamının bahalı avtomobillər kolleksiyasında olan maşınların hamısının nömrəsi 784-dür.
Bu günlərdə əldə etdiyimiz məlumata əsasən, “Baku Steel Company” şirkətinin rəhbərliyində ciddi dəyişikliklər həyata keçirilib. Etibarlı qaynaqlardan daxil olan bilgilərə əsasən, indiyə kimi şirkətin qeyri-rəsmi sahibi Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev olsa da, artıq bu zavoda nəzarət tamamilə fərqli qüvvələrin əlinə keçib. Bunun necə və hansı şəraitdə baş tutması açıqlanmasa da, bəlli olan odur ki, R.Mehdiyevin “Baku Steel Company”də çalışan nəvəsi və bacısı nəvəsi şirkətdən uzaqlaşdırılıb. Zavodun sənəd üzərində sahibi olan Rasim Məmmədovun isə artıq bu şirkət üzərində heç bir hüququ qalmadığı, sadəcə “Baku Steel Company”nin idarəçiliyinin hələlik ona tapşırıldığı iddia olunur.
Hurriyyet.org
Redaksiyadan: Mövzu ilə bağlı araşdırmamız davam edir. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.
Paylaş:
Müəllif : Yazar
Tarix:12-05-2020, 17:54
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:12-05-2020, 17:54
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01