Kəmaləddin Heydərov “EuroHome”un sahibini günahlandırdı - “Məsuliyyətsiz insandır”
""EuroHome" ilk dəfə yanandan sonra bura dəfələrlə xəbərdarlıq olunub. Obyektin təmiri tam bitməmiş, tərəfimizdən qəbul olunmamış obyektə yenidən mallar qəbul ediblər".
regionxeberlericom.az "Qafqazinfo"-a istinadən xəbər verir ki, bunu Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov "EuroHome" tikinti bazarında baş verən yanğını şərh edərkən bildirib.
Nazir bazar sahibini məsuliyyətsizlikdə günahlandırıb:
"Bu obyekt sahibi nə qədər məsuliyyətsiz insandır ki, özünə aid olan şəxsi bir obyekti bu qədər təhlükəli şəkildə işlədir. Nəticədə sahibkarlara zərər dəyir. Bu hadisədən sonra obyekt haqqında hüquq-mühafizə orqanları daha ciddi tədbir görəcəklər və layiqli cəzasını almalıdır".
Nazir yanğın zamanı yanğınsöndürən şlanqlarının yararsız olması ilə bağlı səsləndirilən iddialara da münasibət bildirib:
"Yaxşı olardı ki, bu sualları verməmişdən öncə yanğınsöndürənlərin işinə baxasınız. Baxın görün bu alovun içində şlanqların üzərinə nələr tökülür. O şlanqlar partlaya bilməz. Bir az ağılla fikirləşin".
Paylaş:
Müəllif : Yazar
Tarix:12-05-2020, 09:16
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:12-05-2020, 09:16
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11