İcra başçısının şübhəli tenderlərinin izi ilə... - Bu rayonda da DTX-nin əməliyyatına ehtiyac var...
Azərbaycanda hakimiyyətin korrupsiyaya, məmur özbaşınalığına qarşı son illər başlatdığı siyasət bu gün də uğurla davam etməkdədir. Son zamanlar serial şəkilini alan məmur həbsləri siyasi hakimiyyətin iradəsinin inkaredilməz nümunələrindəndir. Məlum icra başçılarının, onların ərazi nümayəndələrinin həbsində rüşvətalma, yardımların yeyilməsi ilə bərabər, müxtəlif adlarla dövlət vəsaitinin mənimsənilməsi də acı həqiqət olaraq yer alır. Təəssüf ki, dünyada, eləcə də ölkəmizdə mövcud olan maliyyə-itisadi duruma rəğmən də bu məmur kütləsi korrupsiya aludəçiliyindən ayrılmaq istəmir. Dövlət başçısının dəfələrlə xəbərdarlığı da özünün dediyi kimi “Bunlara dərs olmur”.
Büdcə vəsaitinin mənimsənilməsi isə bir qayda olaraq müxtəlif adlı tenderlərdən keçir… Hansı ki, ekspertlər də, media da bu tenderlərdəki müəmmaları dəfələrlə şərh edib, ictiamiləşdirib.
Laçın rayonunda büdcə təşkilatlarının dövlət vəsaitini xərcləməsi ilə bağlı maraqlı məlumatlar yayılıb. Məlumatlarda dövlət vəsaitinin xərclənməsi ilə bağlı bir sıra müəmmalar yer alır…
Xatırladaq ki, Laçın rayonunda məmur özbaşınalığı, icra hakimiyyətinin başçısı Aqil Nəzərlinin rəbhərliyi ilə büdcə vəsaitinin xərclənməsindəki qüsurlarla bağlı ölkə mediasında vaxtaşırı yazılar dərc olunur. Və maraqlıdır ki, bu yazılarda yer alan iddiaların heç biri Laçın Rayonu İcra Hakimiyyəti tərəfindən təkzib olunmur(?)
İndi isə rayondakı mənbəmiz Laçın rayonunda büdcə təşkilatlarının tenderlərindən və bu tenderlərin şəksiz və şərikli qalibindən və tərəfdarlarından bəhs edir. Söhbət “Aran-50” MMC və “Aran-51” MMC-nin Laçın rayonunun büdcə təşkilatları ilə əməkdaşlığından gedir. Məlumatlarda diqqət çəkən faktor Laçın rayonunda büdcə təşkilatlarının tenderlərinin qalibinin ötən illərdə əsasən “Aran-50” MMC, son zamanlar isə “Aran-51” MMC olmasıdır… “Aran-50” MMC Taxta körpü ərazisindəki Alxaslı obasında elektrik şəbəkəsində təmir işlərinin, Taxta körpü ərazisindəki Qarakeçdi, Vağazin, Qoşasu və Şeylanlı obalarında avtomobil yolunun hamarlanması, Qayğı qəsəbəsində 4 saylı körpələr evi-uşaq bağçasının binasında təmir işlərinin, Laçın rayon Mərkəzi xəstəxanası, Laçın rayon Təhsil şöbəsi, Laçın rayon Mədəniyyət və Turizm şöbəsinin bir sıra layihələrinin icraçısı kimi məşhurlaşıb(?) Göründüyü kimi, zamanında “Aran-50“ MMC az qala Laçın rayonunda büdcə təşkilatlarını “öz polyası” elan edib. Zamanında ona görə yazırıq ki, indi “Aran-50“ MMC-nin fəaliyyəti gözə dəymir. “Aran-50“ MMC-ni indi “Aran-51” MMC əvəzləyir…
Ötən ayın 24-də Laçın Rayonu İcra Hakimiyyətinin Qayğı Qəsəbəsi İnzibati Ərazi Dairəsi Qzrə Nümayəndəliyi bir gündə iki şirkətlə müqavilə bağlayıb. Bunlardan birincisi “Mehr Bulağı” MMC-dir. Nümayəndəlik müqavilə ilə bu şirkətə qəsəbədə abadlıq işlərinin aparılması üçün 439767 manat dövət vəsaitini köçürməli olacaq. İkinci- “Aran-51” MMC-dir ki, nümayəndəlik bu şirkətə qəsəbədə asfaltlaşma qarışılığında 129720 manat dövlət vəsaitini köçürməli olacaq. Olsun, ilk baxışdan qeyri-adi bir nəsnə görünmür.
Dövlət satınalamaları haqqında qanundan da məlum olduğu kimi müsabiqənin qalibi olan şirkətin bir sıra standartlara uyğunluğu vacibdir. Bu sırada Tenderin qalibi olan şirkətin analoji işlərdə təcrübəsi, iddiaçının potensial, texniki və kadr imkanları, qalib olduğu müddətə qədər son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatı, son bir ildəki maliyyə vəziyyəti haqqında müvafiq bank arayışı və müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları kimi şərtlər sadalanır. Həmçinin qalib şirkətin təsis olunmasından 3 il zaman ötməsi də şərtlər sırasında yer alır.
Biz də bu və digər suallara cavab almaq səbəbindən “Mehr Bulağı” MMC və “Aran-51” MMC ilə əlaqə yaratmağa çalışdıq. Belə bir müsabiqənin qalibi olub, heç də az olmayan dövlət vəsaitinə iddialı bu şirkətlər haqqında internet üzərindən axtarış cəhdlərimiz nəticəsiz oldu(?) Mövcudluğu vacib olan saytları bir yana, bu şirkətlərin heç bir əlaqə vasitəsinə rast ola bilmədik.
İnternet üzərindən heç bir əlaqə vasitəsinə rast olunmayan şirkətlərlə əməkdaşlığın bəzi detallarına aydınlıq gətirmək istəyi ilə 11 gün əvvəl-aprelin 25-də- Laçın Rayonu İcra Hakimiyyətinin başçısı cənab Aqil Nəzərliyə online sorğu ünvanladıq. Təəssüf ki, o gündən bu günə sorğumuza cavab ala bilmədik. Telefon cəhdlərimiz də nəticəsiz oldu… Səbəb bizim üçün anlaşılmaz olaraq qalır: bu cənab Aqil Nəzərli tərəfindən mətbu sayqısızlıqdırmı?, yazılası cavabın yoxluğumu, yoxsa…?
Hələlik dəqiqləşdirə bilmədiyimiz məlumata görə “Aran-50“ MMC və “Aran-51” MMC əslində necə deyərlər “Bir medalın iki üzüdür”. Bu şirkətlərin vahid mənbə(lər)dən idarə olunması iddia olunur…(yenixeber.org)
Mövzu diqqətimizdədir.
Paylaş:
Müəllif : Yazar
Tarix:6-05-2020, 11:48
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:6-05-2020, 11:48
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11