Həbslər icra strukturlarında niyə qorxu yaratmır? - GƏLİŞMƏ
“…Aparılan yoxlamalarla müəyyən edilib ki, yerli icra hakimiyyətlərində yeni təyin edilən rəhbərlik tərəfindən keçmiş rəhbərliyin fəaliyyəti dövründə aparılan təmir və tikinti işləri heç bir sənədləşmə olmadan, yəni səbəbi göstərilmədən sökülür və ya ehtiyac olmadığı halda, onların üzərindən yenidən təmir işləri aparılır. Bu da büdcə vəsaitinin səmərəsiz xərclənməsinə, habelə əvvəlki rəhbərlik tərəfindən həmin işlərə xərclənən vəsaitlərin nəzarət tədbirlərindən kənarda qalmasına gətirib çıxarır…”
Bu cümlələr Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 2018-ci ilin birinci yarısı ilə bağlı açıqladığı hesabatından götürülüb. Sənəddə əksər dövlət qurumlarında büdcə vəsaitlərinin hansı yollarla mənimsənilməsi barədə konkret faktlar, mexanizmlər əks olunub. Amma həmin cinayət faktları üzrə hansı tədbirlər görülüb, bu barədə məlumat yoxdur. Dövlət qurumunun qeydində göstərilir ki, üzə çıxan qanunsuzluqlar haqqında Respublika Prokurorluğuna məlumat verilib…
Bir ilə yaxındır ki, ölkədə elan olunmuş genişmiqyaslı struktur və kadr dəyişiklikləri həm də yerli icra hakimiyyətlərində aparılan əməliyyatlarla müşayiət olunur. İndiyə qədər 4 icra başçısı, onların müavinləri Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları tərəfindən həbs edilib. Cəmiyyətə həmin şəxslərin cinayət əməllərini əks etdirən kadrlar nümayiş etdirilib.
Prezidentin yeni mesajları və həllini gözləyən problemlər
Prezident İlham Əliyevin son çıxışlarında vəzifəsindən sui-istifadə edərək cinayət törədən məmurlara qarşı mübarizə əsas istiqamətlərdən biri kimi qeyd olunub. Ali səviyyədə verilən mesajlardan aydın olur ki, məmur həbsləri davam etdiriləcək.
Bir neçə gün əvvəl Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov bəyan edib ki, DTX-nın keçirdiyi əməliyyatlar bəzi nazirlikləri və komitələri də əhatə edəcək. Bu günlərdə prezident tərəfindən təyin olunan yeni baş prokuror Kamran Əliyev də bildirib ki, korrupsiya qarşı mübarizə prioritet olacaq.
Hökumət üçün kifayət qədər dramatik situasiya yaranıb. Neftin kəskin ucuzlaşmasının, pandemiyanın yaratdığı sosial-iqtisadi gərginliyin yumşaldılmasına elə hakimiyyət strukturlarının özündə ciddi əngəllər üzə çıxıb. Kölgə iqtisadiyyatının fəsadları, uçotun düzgün aparılmaması, böhrana dayanıqlı kiçik və orta biznesin formalaşmaması, maliyyə resurslarının kasadlığı, iqtisadiyyatın bir mənbədən asılılığı, nəhayət, məmur korpusuna ictimai inamsızlığın yüksək olması hökumətin işini xeyli çətinləşdirib. Xüsusən korrupsiyalamış idarə sistemi ən mükəmməl yol xəritələrinin, əhaliyə dəstək proqramlarının da doğru-dürüst icra olunmasına imkan vermir. Dövlət vəsaitləri məmurlar tərəfindən təyinatdan yayındırılır, mənimsənilir, nəticədə hökumət əlinə heç nə çatmayan yüz minlərlə vətəndaşla üz-üzə qalmağa məcbur olur.
Bu gün prezident tərəfindən sanksiyalaşdırılan həbslər bu sistemin dağıdılmasına, şəffaflığın artırılmasına yönəlib. Amma bu hədəfə nail olmaq olduqca problematikdir, çünki idarəçilikdə kompleks islahatlar aparılmasa, məmur həbsləri hökuməti hədəfinə çatdırmayacaq. Səbəbləri çox sadədir:
-Korrupsiya faktlarının istisnasız olaraq dövlət qurumlarında baş verməsi və aparılan ifşaedici əməliyyatlara rəğmən davam etməsi;
-Dövlət vəzifələrinə təyinatlar zamanı kadrların peşəkarlığı, idarəetmə təcrübəsinin, həyat fəaliyyətinin nəzərə alınmaması, traybalizm, rüşvət faktorunun ciddi rol oynaması;
-Dövlət nəzarəti funksiyasını yerinə yetirən orqanların fəaliyyətsizliyi, bir çox hallarda onların təqdim etdikləri cinayət faktlarının araşdırılmaması;
-Cinayət məsuliyyətinə cəlb olunmuş məmurlara verilən cəzalar və onların sonrakı taleyi;
-Regionların inkişafı üzrə qəbul edilərək icra olunmuş dövlət proqramlarının, bu istiqamətdə həcmi 70 milyard manatı aşdığı barədə statistik rəqəmlər təqdim edilən investisiyaların aqibəti…
Bir faktın altında gizlənən onlarla həqiqət
Biləsuvarın DTX tərəfindən həbs olunmuş keçmiş icra başçısı Mahir Quliyev 2006-cı ildə Astara rayonuna rəhbər təyin olunub. Həmin dövrə qədər ali təhsili olmayıb, cəmi bir neçə ay Səbail rayon Bələdiyyəsində sədr müavini işləyib. Ondan əvvəl isə… kafe-restoran sistemində çalışıb. M. Quliyevin təyinatı zamanı bu yetərsizliyin heç biri “diqqət çəkməyib.” Amma o, Astarada 5 il icra başçısı işlədikdən sonra 2011-ci ildə Biləsuvar rayon İcra Hakimyyətinin başçısı vəzifəsinə təyinat alıb. İndi 9 illik fəaliyyətindən sonra DTX natəmiz əməllərini çəkib yayır, həbs edir…
Bəs bu illər ərzində dövlət nəzarəti orqanları Biləsuvarda maliyyə nəzarəti həyata keçiriblərmi? Sualın cavabı müsbətdir. Hesablama Palatasının 2013-2015-cı illərdə sözügedən icra qurumuna ayrılmış vəsaitlərin proqnozlaşdırılması və istifadə vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı var. Həmin sənəddən bəzi qeydləri təqdim edirik:
Audit 9 tədbiri, o cümlədən beş məktəb və bir inzibati bina və iki yolun tikintisi, həmçinin “Biləsuvar rayonu ərazisində abadlıq və quruculuq işlərinin yerinə yetirilməsi” layihəsi üzrə ümumilikdə 31363,8 min manat məbləğində vəsaiti əhatə edib.
– RİH tərəfindən Azərbaycan prezidentinin 2010-cu il 17 mart tarixli 239 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları”nın tələblərinə əməl edilməyərək layihə təklifləri verilməzdən əvvəl investisiya layihələrinin əsaslandırılması, ilkin strukturu və qiymətləndirilməsini əks etdirən ilkin texniki-iqtisadi əsaslandırma və layihə sənədləri hazırlanmayıb;
– Məktəblərin tikintisi üçün layihə-smeta sənədlərinin tərtibində Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”nin binalarla bağlı bəzi tələblərinə əməl edilməyib;
– “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulan 5 tədbir vaxtında başa çatdırılmayıb;
– Tikinti obyektinin layihə ilə uyğunluğunu təmin etmək, həmçinin tikilən və ya yenidən qurulan kommunikasiyalarda yüksək keyfiyyətin təmin olunması məqsədilə layihənin müəllif nəzarətinin təmin olunması barədə qeydlər aparılmayıb;
– 2 layihə üzrə tərtib edilmiş dövlət ekspertiza rəyində bildirilmiş iradlar aradan qaldırılmayıb;
– Tikintisi başa çatdırılmış məktəb binalarının istismara verilməsi üçün tərtib olunan dövlət qəbul komissiyasının aktlarından əvvəl işçi komissiyasının aktları tərtib olunmadığı, 4 obyekt üzrə son ödəmə texniki təminat müddəti nəzərə alınmadan həyata keçirilib;
– Bir sıra hallarda sonradan üstü örtülən işlərin və məsul konstruksiyalarının qəbulu, su, istilik, qaz təchizatı və kanalizasiya sistemlərinin və s. sınaqları barədə müvafiq aktlar tərtib edilməyib;
– Yerinə yetirilməyən bəzi tikinti-quraşdırma işləri qəbul aktlarına daxil edilib;
– Bir sıra hallarda müxtəlif mebel və inventarların podratçı təşkilat tərəfindən məktəblərə təhvil verilməsi tam təmin olunmayıb;
– 1 yanvar, 2016-cı il tarixə başa çatdırılmamış kapital qoyuluşu üzrə 1 obyektin dəyəri, 10 obyekt üzrə isə kreditor borc məbləği mühasibat uçotunda və maliyyə hesabatlarında əks etdirilməyib;
Auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib.
Dövlət qurumlarının yoxlamalarına diqqət edən yoxdur
Hesablama Palatası və Maliyyə Nazirliyi demək olar, bütün dövlət qurumlarında yoxlamalar aparıb, yuxarıda təqdim olunan cinayət faktları aşkara çıxarsalar da, tədbir görülməyib. Bu faktların böyük bir qismi Milli Məclisə və hüquq-mühafizə orqanlarına təqdim olunub. Yenə də bir nəticə hasil olmayıb. Yalnız prezidentin verdiyi siyasi qərardan sonra dövlət qurumlarının hərəkətə keçməsi məyusedicidir.
Başqa faktlara diqqət edək. Bəs, səs-küylü həbslərin, hətta dövlət qurumlarının ləğv olunmasına, biləşdirilməsinə gətirib çıxaran hadisələrin sonrakı aqibəti necə olub?
Keçmiş Milli Təhlükəsizlik Nazirliyinə, Rabitə Nazirliyinə rəhbərlik etmiş şəxslərin əksəriyyəti 5 il əvvəl ağır cinayətlərdə ittiham edərək vəzifələrindən kənarlaşdırılıb, həbs edilmişdilər. Aradan cəmi bir neçə il keçməsinə rəğmən, indi onların heç biri həbsxanada deyil. Bəziləri əfv edilib, bəziləri yüngül cəza alıb, bir qismi də müxtəlif vasitələrlə azadlığa çıxıblar. Bu necə mümkün olub? Buna yol verməklə cəmiyyətə hansı mesajlar ötürülür? Nəzərə alsaq ki, Azərbaycan ən yüngül cinayətlərə görə həbs-qətimkan tədbiri seçilən, uzun illər həbs cəzası verilən ölkələrdən biri sayılır. Bu gün minlərlə məhbus xırda oğurluq, xuliqanlıq, dələduzluq və s. cinayətlərə görə həbsxanalarda saxlanılır. Amma dövlətin milyonlarla vəsaitini mənimsəyənlər üçün “açıq qapı” həmişə var. Dövlət qurumlarında davam edən nəhayətsiz korrupsiyanın əsas səbəblərindən biri budur.
76 milyarddan ölkəyə nə qaldı?
Nəhayət, yerli idarəçilikdə korrupsiyanın hansı fəsadlara gətirib çıxardığını təsdiq edən daha bir fakta diqqət edək:
Azərbaycanda 2005-ci ildən başlayaraq regionların sosial-iqtisadi inkişafına nail olmaq üçün bir neçə çoxşaxəli dövlət proqramı icra olunub. Rəsmi məlumatlara görə, bu istiqamətdə 76 milyard manatdan çox yerli və xarici investisiya cəlb edilib. Olduqca böyük rəqəmdir. Amma bu nəhəng investisiyanın Azərbaycanda yaradılan Ümümi Daxili Məhsula (ÜDM), büdcənin formalaşmasına töhfəsi nədən ibarətdir? Əhalinin yaşayış səviyyəsi necədir?
Yenə də rəsmi məlumatlara istinad edək: ölkədə ÜDM-in 93 faizi neft sektoruna görə Bakı-Abşeron iqtisadi rayonunun payına düşür. Büdcədə də bu regionun payı 80 faizdən yuxarıdır. Üç-dördünü çıxmaqla, rayonların əksəriyyəti büdcədən verilən dotasiya hesabına yaşayır. Öz xərclərini belə ödəməkdə çətinlik çəkirlər. Əhalinin gəlirləri olduqca aşağı səviyyədədir, rayon camaatı Bakıya, Rusiyaya, digər MDB ölkələrinə səpələnib, çörəkpulu qazanmağa çalışır. Bu gün pandemiyaya görə dövlətdən yardım istəyən milyonlarla vətəndaşın 50 faizə qədəri bölgələrin payına düşür. Bu istiqamətdə biabırçı göstəricilərin siyahsını xeyli uzatmaq olar…
Yekun olaraq qeyd etmək olar ki, təsvir olunan problemlərin həlli üçün icra başçılarının həbsi kifayət deyil və bu, hökuməti məqsədinə çatdıra bilməyəcək. Azərbaycanda fundamental siyasi, iqtisadi islahatların vaxtı çoxdan çatıb, onu ləngitmək daha böyük fəsadlara gətirib çıxara bilər.(Pressklub.az)
Paylaş:
Müəllif : Yazar
Tarix:4-05-2020, 16:10
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:4-05-2020, 16:10
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01