Sahibkarlara və şirkətlərə kredit güzəşti BELƏ OLACAQ – İZAHAT
Xəbər verildiyi kimi, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 23.04.2020-ci il tarixli qərarı ilə koronavirus pandemiyasına görə, bank sektorunda bəzi güzəştlərə icazə verilib.
FED.az bu sənəddə biznes nümayəndələri – sahibkarlar və şirkətlər üçün güzəştləri izah edir.
Tədbirlər Planına əsasən 01 mart 2020-ci il tarixinə keyfiyyəti qənaətbəxş olan və Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına müvafiq olaraq kredit faizləri subsidiyalaşdırılan sahibkarların kreditləri restrukturizasiya olunduqda borcalanın maliyyə vəziyyətindən asılı olmayaraq keyfiyyətinin 30 sentyabr 2020-ci ilədək pisləşdirilməməsi nəzərdə tutulur. Qeyd edək ki, Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planında bəzi sahibkarların kreditlərinin subsidiyalaşdırılması – yəni kredit faizlərinin 10%-nin dövlət tərəfindən ödənilməsi nəzərdə tutulur.
Həmin sahibkarlara ödənişlərdə vaxt verilir və bu zaman onun kredit tarixçəsi pisləşdirilmir. Çünki bu vəziyyət ondan asılı olmayan səbəbdən yaranıb.
Eyni qərar 1 mart 2020-ci il tarixinə keyfiyyəti qənaətbəxş olan və dövlət fondlarının (Sahibkarlığın İnkişafı Fondu, Aqrar Kredit və İnkişaf Agentliyi) vəsaitləri hesabına verilmiş kreditlərə də aid olacaq.
Yəni həmin kreditlər həmin fondların razılığı ilə (fondların müvafiq normativ sənədlərinə düzəliş edilməklə) 30 sentyabr 2020-ci ilədək restrukturizasiya olunacaq və bu halda borcalanın maliyyə vəziyyətindən asılı olmayaraq kreditin keyfiyyəti pisləşməyəcək.
Banklara tövsiyə ediləcək ki, kredit öhdəliklərinin (əsas borc və ya faiz üzrə) gecikdirilməsi halında borcludan əlavə cərimə faizi, dəbbə pulu və digər ödənişlərini 30 sentyabr 2020-ci il tarixinədək hesablamasınar və tutmasınlar.
1 mart 2020-ci il tarixinə keyfiyyəti qənaətbəxş olan və pandemiya ilə əlaqədar kredit borcunu gecikdirən borcalanlar üzrə neqativ məlumatlar 30 sentyabr 2020-ci il tarixinədək kredit bürosuna xüsusi qeydlə təqdim olunacaq. Məqsəd borcalanın kredit tarıxçəsinin pisləşdirilməməsidir.
Paylaş:
Müəllif : Yazar
Tarix:25-04-2020, 13:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:25-04-2020, 13:07
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11