O da gərgin anlarını yaşayır... - İDDİA
Sovetlər ittifaqı dağılana qədər Sumqayıt Azərbaycanın ən iri sənaye şəhəri idi. Ötən il 70 yaşı qeyd edilmiş Sumqayıt bu gün də sənaye şəhəri olaraq qalmaqdadır.Amma bu şəhərdəki iri sənaye müəssisələri artıq çoxdan xlor,sabun və digər sexlərə çevrilib. Bəs məşhur gənclər şəhərinin bu kökə düşməsinə kimlər bais olub? Mərhum Heydər Əliyevin təbirincə desək,”akulalar.” Nəyə işarə vurduğumuzu yəqin sumqayıtlılar anladı. Söhbət 2003-cü il aprel ayının 3-də Sumqayıtda keçirilən geniş müşvirədən gedir. Sözügedən müşavirədə mərhum Prezident Heydər Əliyev Sumqayıt şəhərində özbaşınalıqlara yol vermiş vəzifəli şəxsləri geniş ictimaiyyətin gözləri qarşısında ifşa etdi. Şəhər sakinləri arasında narazılıq yaradan ayrıseçkilik,qohumbazlıq kimi amillərin yolverilməz olduğunu bildirdi və sərt mövqeyini ortaya qoydu. İcra Hakimiyyətinin başçısı Təvəkkül Məmmədovu yol verdiyi ciddi nöqsanlara görə tutduğu vəzifədən kənarlaşdırdı.Sonra nələr baş verdi? Məlum müşavirədən sonra Sumqayıtda ictimai-siyasi atmosfer tamam dəyişdi. Sumqayıtı hissələrə parçalamış,vəzifə,nüfuz uğrunda savaşan Fikrət Sadıqov, Zaman İskəndərov, Tofiq Hüseynov, Ağamirzə Əhmədov kimi akulaların hökmranlığına son qoyuldu. Heydər Əliyevin sözügedən müşavirədən sonra sonra Sumqayıta təyin etdiyi İcra başçısı Vaqif Əliyev bu stereotipləri dağıtdı. Ondan sonra Prezident İlham Əliyev tərəfindən şəhər rəhbərliyinə gətirilmiş Eldar Əzizov da Heydər Əliyevin idarəetmə prinsiplərinə sadiq qalaraq burada ayrıseçkilik,qohumbazlıq hallarına yol vermədi.
Bəs onda Sumqayıt şəhər İcra Hakimiyyətinin hazırkı başçısı Zakir Fərəcov harada idi? Onda, Zakir Fərəcov da Sumqayıt şəhər Bələdiyyəsinin sədri kimi həmin müşavirədə ön sıralarda oturanlardan biri idi.Bəs iştirakçısı olduğu sözügedən müşavirədən görəsən hansı təəssüratlarla ayrıldı,gələcək işlərində ona lazım ola biləcək nə kimi nəticələr çıxardı?
Bir bələdiyyə sədri kimi nəticə çıxarmağa imkan tapmamış Zakir Fərəcov Abşeron rayon İcra Hakimiyyətinə başçı təyin edildi.Vəzifəsi böyüdükcə Zakir Fərəcovun iddiaları da çoxaldı.Elə Abşeron rayon icra Hakimiyyətinə başçılıq edəndə ətrafına topladığı kadrların ancaq yerliləri və qohumları olması Zakir Fərəcovun iştirakçısı olduğu,ümummilli lider Heydər Əliyevin sədrliyi ilə keçirilmiş müşavirədən heç bir nəticə çıxarmadığını göstərdi.
Sumqayıt şəhər İcra Hakimiyyətinə başçı təyin edildikdən sonra isə apardığı kadr “islahatları” birbaşa dövlətçiliyə deyil, şəxsi məqsədlərə xidmət etdiyini aşıq şəkildə göstərmiş oldu. Zakir Fərəcov Sumqayıta rəhbərliyə başladığı ilk günlərdən Heydər Əliyevin idarəetmə prinsiplərinə zidd gedərək yaxın çevrəsinə və qohumlarına vəzifə verdi.Biz onun vəzifəyə təyin etdiyi qohum -əqrəbası və yaxın çevrəsinin adlarını tək-tək sadalamaq istəməzdik.Sadəcə onu qeyd etmək istərdik ki,uzun illər müxtəlif vəzifələrdə çalışmış,püxtələşmiş kadrları qeyri peşəkar yerliləri ilə əvəz edən Zakir Fərəcov qohumbazlıq amillərini Sumqayıta yenidən qaytardı.Bunları Sumqayıtda bu gün bilməyən yoxdur. Bir çox elektron kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə də Zakir Fərəcovun yarıtmaz kadrları barədə kifayət qədər geniş məlumatlar yayılıb. Yaylmış informasiyalarda vəzifə başına çəkdiyi qeyri peşəkarların idarəetmə sahəsindəki səriştəsizliyi ucbatından Zakir Fərəcovun bu gün əziyyət çəkdiyi də bildirilir.
Zakir Fərəcovun yeritdiyi kadr siyasəti nələrə gətirib çıxardı? Bu gün Sumqayıtda böyük bir narazılar ordusu yaranıb. Qeyd etdiyimiz kimi,bu barədə elektron informasiya vasitələrində və sosial şəbəkələrdə demək olar ki hər gün yeni məlumatlara rast gəlmək olar. Burada Zakir Fərəcovun iştirakçısı olduğu müşavirədə mərhum Heydər Əliyevin kadr məsələlərinə toxunarkən ifadə etdiyi sözləri yadından çıxarıbsa,bir daha yadına salmaq istərdik. Heydər Əliyev onda, Sumqayıtda kadrların yerləşdirilməsi məsələsinə toxunarkən belə demişdi. “Kadrların yerləşdirilməsi məsələsi. Demək, bir çox vəzifələrdə Fikrət Sadıqovun qohumları işləyir, o cümlədən onun idarəsində, təşkilatında çoxları işləyir.Tofiq Hüseynovun bir dəstə qohumu işləyir. Bir dəstə Zaman İsgəndərovun qohumu işləyir və başqalarının qohumları işləyir. Başqa adamlara yer yoxdur. Bunların həm biznesdə böyük imkanları var, həm də böyük vəzifədədirlər. Bu vəzifələrindən, bu imkanlarından istifadə edərək, eyni zamanda bütün qohum qardaşlarını vəzifəyə doldurublar. Bəs, başqa adamlar kənarda qalır axı. Niyə, nədən ötrü?…” Qeyd edək ki,həmin dövrdə mərhum Heydər Əliyevi gözlənilmədən Sumqayıta aparan,orada geniş müşavirə keçirməyə vadar edən məhz bu kimi narazılıqlar olmuşdu.Və bütün bunların hamısı Zakir Fərəcovun gözləri qarşısında baş vermişdi.Ümummilli liderin dediklərini Zakir Fərəcov başqalarından deyil,öz qulaqları ilə eşitmişdi.Təbii adları çəkilən şəxslər indi yoxdu.İndi təkcə Zakir Fərəcovun qohumları, tanışları var.Ancaq Zakir Fərəcov Sumqayıtda iş başına Heydər Əliyevin qeyd etdiyi kimi, insanları öz biliyinə,bacarığına görə gətirmədi. Zakir Fərəcov bir çox yüksək ranqlı dövlət postları ilə bərabər,məktəb direktorlarından tutmuş, xırda tibb məntəqələrində belə çalışmağa biliyi çatmayan, idarəetmə sahəsində səriştəsi olmayan yaxın ətrafına Sumqayıtda vəzifələr verdi.Zakir Fərəcov kadr təyinatında Heydər Əliyevin vurğuladığı dövlətçiliyimizə sədaqət prinsiplərini təmiz unutdu. Onun təyin etdikləri kadrların elə ilk vəzifəsi dövlət vəsaitlərini müxtəlif yollarla talamaq oldu.Bu isə sonda Sumqayıt sakinlərinin ciddi narazılığına gətirib çıxardı.Yuxarıda qeyd etdiyimiz kimi,bu gün Sumqayıtda Zakir Fərəcovun dövlətdən narazı saldığı sahibkarlar artıq başlarına gətirilinləri gizlədə bilmirlər.Onların bir çoxu ən yuxarı instansiyalara qədər şikayətlər ediblər.Bu şikayətlərin çoxluğu artıq Zakir Fərəcovu yuxarı dairələrdə bu günə qədər müdafiə edənləri,qoruyanları da bezdirib.
Aktualinfo.org-un əldə etdiyi son məlumatlara görə bu günlərdə Baş nazirin birinci müavini Yaqub Eyyubov İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun sahibkarlarla dövlət orqanları arasında yaratdığı narazılıqlarla bağlı xüsusi olaraq Sumqayıt şəhərində olub.Məlumatlara görə Eyyub Yaqubov Sumqayıtın icra başçısından sahibkarlarla yaranmış narazılıqların tez bir zamanda aradan qaldırılmasını və yuxarı instansiyalara barəsində olunan şikayətlərin qarşısının alınmasını tələb edib.Məlumatlara görə koronavirus pandemiyası ilə əlaqədər ölkədə yaradılmış karantin rejimi Zakir Fərəcova verilmiş vaxtı arxa plana atıb. Lakin karantin rejimi aradan qaldırıldıqdan sonra ya şikayətçi sahibkarların problemləri həll edilməli,ya da…
Ya da ümmummilli lider Heydər Əliyevin 2003-cü ildə Sumqayıtda keçirdiyi geniş müşavirənin bir daha təkrar olunması ehtimalı var.Bu dəfə təbii ki,Prezident İlham Əliyevin sədrliyi ilə.Sözügedən birinci müşavirəni Zakir Fərəcov seyrçi kimi izləyirdisə, gəlişi gözlənilən müşavirədə artıq iştirakçı rolunda olacaq.Onda keçmiş İcra başçısına ünvanlanan suallar,bu dəfə Zakir Fərəcova veriləcək.“Niyə,nədən ötrü?”
Aktualinfo.org
Paylaş:
Müəllif : Yazar
Tarix:23-04-2020, 11:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:23-04-2020, 11:40
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01