Göyçaydan şikayət var " İşçilərin maaş kartları müdirin cibindədir"
RegionXəbərləri.com-a Göyçay rayon 1-ci Ərəbcəbirli kənd sakini 1-ci qrup hərbi əlil Səmədov Məhəmmədəli Azər oğlu tərəfindən şikayət məktubu daxil olub.Narazı vətəndaş şikayətini mətbuat vasitəsi ilə prezidentə çatdırmaq istəyir.
"Cənab Prezident, bu şikayət ərizəmi yazaraq sizə bildirirəm ki, mən Səmədov Məhəmmədəli Azər oğlu ailədə 5 nəfərik. Anam evdar qadındır, atam heçbir yerdə işləmir. Mən isə 2011-ci ildən 1-ci qrup hərbi əliləm. Qeyd etdiyim kimi ailədə heç birimiz işləmirik.Bu səbəbdən maddi durumumuz çox aşağıdır.
Mən də öz növbəmdə bir neçə gün öncə qərara gəldim ki,ailəmizin maddi sıxıntılarını aradan qaldırmaq üçün rayonumuzda yerləşən idarə və müəssisələrə atamın yaxud anamın işləməsi ilə bağlı müraciət edim. Göyçay rayon Mənzil İstismar İdarəsində boş iş yeri olduğu barədə məlumat aldım.10 mart 2020-il tarixində həmin İdarəyə getdim.İdarə rəhbəri Ayaz Səfərəliyevin qəbulunda oldum.Ona ailəmizin vəziyyərtini olduğu kimi anlatdıqdan sonra atamın yaxud anamın Mənzil İstismar İdarəsində işlə təmin olunması üçün mənə köməklik göstərməsini xahiş etdim. O, isə mənə bildirdi ki, hazırda bizim İdarədə əlavə işçiyə ehtiyac yoxdur.
Göyçay rayon Mənzil Istimarı Idarəsinin işçiləri hazırda rayonun Çayarxı kəndində tikilən uşaq bağçasında işləyirlər. 3 ay olar ki, bu uşaq bağçasının tikintisinə başlanılıb. Lakin başlanandan bu günə kimi cəmi 4-5 mişar daşı hasarı qaldırılıb.
Koronavirus pandemiyası ilə əlaqədar 20 aprelə qədər iş yerlərinin fasilə etməsinə baxmayaraq Ayaz Səfərəliyevin gündəlik işə gələn 5-10 işçisi hazırda tikintisi gecikdirilmiş həmin uşaq bağçasında işlədir.
Siz çıxışlarınızda xalqa səslənirsiniz ki, prezident administrasiyasında artıq başqa vəziyyətdir.Bütün ərizə və şikayətlərə ciddi baxılır. Əgər hansısa dövlət məmuru insanlarların haqqını yeyirsə o varlanmaqla yanaşı dövlətə xəyanət etmiş sayılır.Bu səbəbdən mən də bir vətəndaş kimi Göyçay rayon Mənzil istismarı idarəsində olan qanunsuzluqları sizə bildirməyi özümə borc bildim.
Cənab Prezident!
Sizdən çox xahiş edirəm adını şikayət ərizəmdə göstərdiyim faktları yerində mənim iştirakımla obyektiv araşdırıb Göyçay rayon Mənzil İstismar İdarəsinin rəisi Ayaz Səfərəliyev barəsində ciddi tədbirlər görəsiniz".
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq...
RegionXəbərləri.com
Paylaş:
Müəllif : Fuad
Tarix:14-04-2020, 09:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:14-04-2020, 09:17
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11