Aqrar sektorun ölüm-qalım məsələsi... - Nazirin nəzərinə...
Koronavirusun dünya iqtisadiyyatına ağır zərbə vurduğu şəksizdir. Pandemiyanın hələ uzun müddət ortadan qalxmayacağı gözlənilir. Bu da bərabərində daha ciddi problemlər, çöküşlər, iflaslar gətirəcək.
Bir çox ölkələr koronavirus pandemiyasının hələ başlanğıcında olduqlarını açıq şəkildə etiraf etsələr də, əksər beynəlxalq maliyyə qurumları indidən böyük böhranın başladığını gizlətmirlər. Sözsüz ki, bu böhran getdikcə dərinləşəcək və qlobal iqtisadiyyat daha çətin çıxmazlarla qarşı-qarşıya qalacaq. Beynəlxalq Valyuta Fondunun prezidenti Kristalina Georgiyevanın bu yaxınlarda mətbuata verdiyi açıqlamalar da problemin nə qədər dərin olduğunu gözlər önünə sərir. Geogiyevanın sözlərinə görə, Beynəlxalq Valyuta Fondu (BVF) qurulandan bəri bu qədər ağır iqtisadi böhranla üzləşməyib və 90-dan çox ölkə təcili kömək üçün Fonda müraciət edib. BVF-nun koronavirusdan təsirlənən ölkələrə ayırmağı nəzərdə tutduğu maliyyə yardımı isə məhduddur – 1 trilyon dollar.
İlk baxışdan 1 trilyon dollar xeyli böyük vəsait kimi görünsə də, söhbətin dünya iqtisadiyyatının itkilərini kompensasiya etməkdən getdiyini nəzərə alanda bu o qədər də yetərli qaynaq deyil. Üstəlik, pandemiyanın nə qədər davam edəcəyi də bilinmir. Dünyanın bir sıra transmilli şirkətlərinin iflas edəcəyi, çox sayda iş yerlərinin bağlanacağı, sosial narazılığın artacağı da istisna edilmir. Ən çox zərəri isə iqtisadiyyatını tam formalaşdıra bilməyən ölkələr görəcəklər. Bunu BVF-nun prezidenti də bəhs etdiyimiz çıxışında açıq şəkildə dilə gətirmişdi. Georgiyevanın sözlərinə görə, koronavirusa qarşı ən həssas iqtisadiyyatlar yüksəlməkdə və inkişaf etməkdə olan ölkələrdir.
Azərbaycanın da xanım baş maliyyəçinin qeyd etdiyi bu kateqoriyaya daxil olduğu sirr deyil. Koronavirusun xüsusilə neft hasilatçılarını vurduğu açıq-aydın şəkildə görünür. Ölkəmizin yenicə başlatdığı qeyri-neft sektoruna keçid mərhələsində bu cür ağır sürprizlə qarşılaşması şanssızlıq olsa da, böhranlı vəziyyətdən çıxma fürsətlərimiz, əlbəttə, var. Prezident İlham Əliyevin də vurğuladığı kimi, biz indiki çətin vəziyyətdən əl-ələ verərək, yardımlaşaraq çıxacağıq. Təbii ki, əsas yardımı isə hər kəs dövlətdən gözləyir.
Prezident İlham Əliyevin son zamanlar verdiyi bir çox Sərəncamlar bu gözləntiləri doğruldacaq mahiyyətdədir. Ölkə başçısının 2020-ci il 19 mart tarixındə imzaladığı “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı da vətəndaşların sosial vəziyyətini yüngülləşdirməyə hesablanıb. Bu Sərəncamın tələblərinə uyğun olaraq Nazirlər Kabinetinin hazırladığı Tədbir Planında 3 mərhələ nəzərdə tutulur.
İlkin mərhələdə pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsi ödəniləcək və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi göstəriləcək. Bu məqsədlə hökumət müxtəlif sahələrində və klasterlərdə çalışan 300 min muzdlu işçi üçün 215 milyon manat həcmində maliyyə ayırıb.
İkinci mərhələdə pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstəriləcək. Bu məqsədlə 300 min fərdi sahibkara dövlət tərəfindən 80 milyon manat həcmində maliyyə dəstəyi ayrılıb.
Üçüncü mərhələ isə fərdi sahibkar olan vergi ödəyicisinin dövlət büdcəsinə və ya büdcədənkənar dövlət fondlarına borcu ilə əlaqədar tədbirlər planının həyata keçirilməsidir. Bu plan çərçivəsində fərdi (mikro) sahibkarlara 2019-cu il ərzində dövlət büdcəsinə ödənişi həddində maliyyə dəstəyi veriləcək. Maliyyə dəstəyinin maksimal həddi 5.000 manat olacaq.
Sözsüz ki, ölkə iqtisadiyyatının ən geniş sahəsi sayılan fərdi sahibkarların və işçilərin sosial vəziyyətini yaxşılaşdırmaq üçün bu kimi tədbirlər təqdirəlayiqdir. Fəqət yalnız mikro iqtisadi elementlərin dəstəklənməsiylə kifayətlənmək mümkün deyil. Əks halda bu iqtisadi yox, sadəcə sosial yardım olaraq qalacaq və qarşılaşdığımız böhran dövründə ölkə iqtisadiyyatının inkişafına, yaxud özünü toparlarmasına heç bir təsiri olmayacaq.
Məsələ burasındadır ki, bütün iqtisadiyyatların bel sütununu makro sahibkarlıq subyektləri təşkil edirlər. Onlar qorunmadan fərdi sahibkarlıq da özünü çətin vəziyyətdən qurtara bilməyəcək, sadəcə dövlət yardımları hesabına ayaqda durmağa çalışacaq. Çünki mikro sahibkarlıq sahələri böyük istehsal sahələrindən qidalanır. Böyük istehsal sahələri fəaliyyətini yürüdə bilməsə, əlbəttə ki, ondan qidalanan kanallar da quruyacaq. Məsələn, böyük tekstil fabrikası parça istehsal edə bilməsə, kiçik otelyelər xammal sıxıntısı yaşayar və nəticədə onlar da iflasa uğrayarlar. Yaxud broyler şirkətləri tənəzzülə uğrayarsa, bunun ağrısını yalnız onun işçiləri və ya sahibkarlar çəkməzlər. Eynilə restoranlar, müxtəlif xidmət və istehsal sahələri, həmçinin əhali də ciddi problemlərlə qarşı-qarşıya qalarlar. Odur ki, hökumət təkcə mikro sahibkarlıq subyektlərini yox, həm də iqtisadiyyatımızın bel sütunu sayılan böyük şirkətlərin də vəziyyətini düşünməlidir.
Xüsusilə də ölkə iqtisadiyyatının mühüm hissəsi sayılan aqrar sektorun dəstəklənməsinə bu gün böyük ehtiyac var. Əvvəla, ona görə ki, aqrar təsərrüfat ölkə əhalisinin 41%-nin məşğulluq sahəsidir və insan sayına görə ən qələbəlik sektor sayılır. İkincisi, ona görə ki, xüsusilə böhran dönəmlərində əhalinin ərzaqla təminatı bütün prioritetlərin başında gəlir. Özəlliklə də dünyanın bütün ölkələrinin ixracatı dayandırdığı bir şəraitdə bizim özümüzü 100% qida məhsulları ilə təmin etmək gücünə qovuşmağımız təkcə iqtisadi inkişaf prioriteti olmaqdan çıxır, mövcudluğunu qorumaq zərurətinə çevrilir. Açıq danışaq; mən aqrar sektorla məşğul olan iş adamı kimi istehsalatda bəzi sıxıntıların yaşandığını hiss edirəm. Hökumət bu sektorla bağlı ciddi addımlar atmasa, qısa müddətdən sonra bunun ağır nəticələrini aradan qaldırmaqda çətinlik çəkəcək.
Aqrar sektorun ən ciddi sıxıntı yaşadığı sahələrin başında xammal çatışmazlığı gəlir. Bəllidir ki, Azərbaycan bir sıra aqrar sənaye sahəsində özü-özünə yetəcək qədər yem məhsulları istehsal edə bilmir. Nəticədə istər heyvandarlıq, istərsə də quşçuluq sahəsində lazım olan yemin önəmli hissəsini idxal edirik. Xüsusilə qarğıdalı, soya və s. kimi yem məhsullarının idxalı dayandırıldığından bu, bazara da öz təsirini göstərir. Hökumət bu istiqamətdə ciddi şəkildə düşünməli, Ukraynadan, Qazaxıstandan yem məhsullarının gətirilməsinə çalışmalıdır. Çünki quşçuluqda və heyvandarlıqda yem elə məhsulun özü deməkdir. Heyvanlar yedikləri yem miqdarında bizə ət verirlər. Yemi kəsilərsə onlar ya tələf olmağa, ya da məhsuldarlıqlarını azaltmağa məhkumdurlar.
Aqrar sektorun inkişafı üçün atılacaq başlıca addımlardan biri də təkcə istehsalatı deyil, həm də xammalı əlavə gəlir vergisindən tam azad etməkdir. Məlum olduğu kimi, Azərbaycan hökuməti aqrar sənayenin inkişafı üçün istehasalı bütün vergilərdən azad edib. Bu güzəst əsas xammal sayılan buğda idxalına da şamil olunub. Amma yem əlavəsi , qarğıdalı, soya və s. məhsullardan əlavə gəlir vergiləri tutulur. Bu da istər-istəməz son məhsulun maya dəyərinini artırır. Nəzərə almaq lazımdır ki, bu sektorda maya dəyərində artan hər qəpik istər isəməz bazarda bahalaşmaya səbəb olur. Maya dəyərindən aşağı satış isə bütün iqtisadi sahələr kimi aqrar sektoru da iflasa sürükləyə bilər.
İş adamlarımıza dəstək üçün işıq, su və sairə kimi kommunal xərclərin azaldılması günün başlıca tələblərindəndir. Çünki kommunal xərclər də məhsulun maya dəyərinə ciddi təsir göstərir və xammaldakı qiymət artımını bu yolla kompensasiya etmək mümkündür.
Hökumət nəzərə almalıdır ki, əhalinin az qala yarısının çalışdığı bu sektor həm də ölkənin qida təhlükəsizliyinin təminatıdır və onun qorunması bütün iqtisadiyyatlar üçün “olum və ya ölüm” məsələsidir.
Mürvət Həsənli,
İş adamı //ovqat.com//
Paylaş:
Müəllif : Yazar
Tarix:13-04-2020, 13:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:13-04-2020, 13:40
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11