“Belə davam edərsə, un və un məhsullarının qiyməti qalxacaq” - deputat
Azərbaycanda un qıtlığının yaranması topdan satış qiymətlərin artmasına səbəb olub. Ölkədə strateji əhəmiyyətli bu məhsulun dəyərinin artması müşahidə olunur. Xüsusilə, 50 kiloqramlıq yüksək keyfiyyətli unun qiymətinin 26 manatdan 28-30 manata qədər qalxdığı bildirilir. Una tələbatın kəskin artması səbəbindən bir çox topdan satış müəssisələri satışı dayandıraraq qiymət artımını gözləyir.
Ekspertlərin fikrincə, qiymətlər belə templə artmağa davam edərsə, yaxın günlərdə unun topdan satış qiyməti 35 manata qədər qalxa bilər. Buna görə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ərzaq çatışmazlığının vaxtında aşkarlanması və zəruri malların qiymətinin artmasının qarşısının alınması üçün intensiv monitorinq və yoxlamalar keçirməlidir.
Xatırladaq ki, bir müddət əvvəl Milli Məclisin deputatı Vahid Əhmədov hökumətə xüsusilə vacib ərzaq məhsulları - çörək, ət və şəkərin qiymətlərinin dondurulmasını təklif etmişdi: “Hökumət məhsulların fasiləsiz təminatı və əsas malların qiymət sabitliyini təmin etmək üçün lazımi tədbirlər görür. Ancaq mövcud şəraitdə bu, uzun müddət davam edə bilməz və müəyyən bir müddətdən sonra qiymətlər sıçrayış edərək qalxa bilər. Görünən odur ki, əsas ərzaq məhsulları - çörək, ət, şəkər və bir sıra digər məhsulların qiymətlərinin dondurulduğu Rusiya təcrübəsindən istifadə etməliyik”.
O, həmçinin qeyd etmişdi ki, rayonlardan Bakıya giriş praktiki olaraq bağlıdır və fermerlər paytaxta meyvə-tərəvəz gətirməkdə çətinlik çəkirlər: “Bu da təbii ki, çatışmazlığa və müvafiq olaraq bu məhsulların bahalaşmasına səbəb olacaq”.
Unun bahalaşması qonşu ölkələrdə də müşahidə olunur. Ötən ay Rusiya əsas məhsulların ixracına müvəqqəti kvotalar tətbiq etdi. Aprelin 1-dən iyunun 30-dək Avrasiya İqtisadi Birliyi xaricində buğda, arpa, çovdar və qarğıdalı ixracı 7 milyon tonla məhdudlaşacaq.
Rusiya Federasiyasının Kənd Təsərrüfatı naziri Dmitri Patruşev deyib ki, təklif olunan tədbirlər paketi daxili bazarda lazımi miqdarda taxıl olmasına imkan verəcək: “Bu, əsas məhsulların qiymətində artımın qarşısını alacaq, əhali üçün un, taxıl, çörək, ət və süd məhsullarının qiymətlərini stabil saxlayacaq”.
Azərbaycan hər il Rusiyadan orta hesabla 1,5-1.6 milyon ton buğda idxal edir. Azərbaycana əsas taxıl idxalı - 70%-ə qədəri Rusiya Federasiyasındandır. Ölkəmizə taxıl idxal digər ölkə Qazaxıstan da martın 16-dan etibarən fövqəladə vəziyyət dövründə buğda ixracını azaldıb. Bundan əlavə, Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyi açıqlayıb ki, bu şərtlər daxilində buğda və un Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təyin olunan aylıq kvota çərçivəsində xaricə ixrac ediləcək.
Məsələni AYNA-ya şərh edən Milli Məclisin deputatı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun sözlərinə görə, Azərbaycan, əsasən Qazaxıstan və Rusiyadan taxıl idxal edir: “Buna görə də idxal olunan Qazaxıstan məhsullarının qiymətində dəyişiklik olarsa, bu, ölkədə un və un məhsullarının qiymətinin artmasına səbəb olacaq. Proses davam edəcək və qiymət əvvəlki vəziyyətinə qayıtmayacaq”.
“Qiymətlər əvvəlki səviyyəyə qayıdarsa, yerli bazara müəyyən şəkildə təsir edəcək. Lakin düşünürəm ki, hökumət çörəyin indiki qiymət səviyyəsini qorumağa çalışacaq”, - Bayramov bildirib.
Paylaş:
Müəllif : Yazar
Tarix:8-04-2020, 11:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:8-04-2020, 11:50
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11